Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə201/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   197   198   199   200   201   202   203   204   ...   216

1996-

 

cı  ildə  dənizdə  ABƏŞ-in  qazdığı  ilk  neft  quyusu  güclü 



fontan  vurdu  və  yataqlann  böyük  ehtiyatlan  bir  daha  təsdiq  olundu. 

1997-ci il noyabrın 12-də «Əsrin müqaviləsi» üzrə iUdn neftin hasilatına 

başlanıb dı. Bu hadisə Bakıda təntənə ilə qeyd edildi. 

İqtisadiyyatın  başqa  sahələrinə  də  xarici sərmayə  qoyuluşu  sürətlə 

artırdı.  Xarici  investisiyanın  1996-cı  ildə  33,  2000-ci  ildə  isə  artıq  50 

faizdən  çoxu  qeyri-neft  sahələrinə  yönəldilmişdi.  Ümumiyyətlə, 

respublikanın  iqtisadiyyatına  1993-cü  ildə  15  milyon,  1996-2000-ci 

illərdə  isə  5  milyard  dollar  xarici  investisiya  qoyulmuş,  onun  90  faizi 

istehsal  sahələrinin  inkişafına  istiqamətləndirilmişdir.  Azərbaycan 

iqtisadiyyatına 

Avropa 

birliyi 


«TRASEKA» 

proqramı 

üzrə 

«Avropa-Qafqaz-Asi-  ya»  nəqliyyat  dəhlizinin  -  «Yeni  tpək  Yolu»nun 



açılması da əhəmiyyətli təsir göstərdi. 1993-cü ilin mayında bu məsələ ilə 

bağlı  «Brüssel  bəyannaməsi»  qəbul  edildi.  1996-cı  ilin  mayında 

Azərbaycan,  Gürcüstan,  Türkmənistan  və  Özbəkistan  arasında  tranzit 

yükdaşımalan  haqqında  Sarahs  sazişləri  imzalandı.  1996-cı  ilin 

dekabnnda Ukrayna da Avrasiya nəqliyyat dəhlizinə qoşuldu. Prezident 

Heydər  Əliyevin  təşəbbüsü  ilə  1998-ci  il  sentyabnn  7-8-də  Bakıda 

«Böyük tpək Yolu» beynəbcalq Konqresi keçirildi. Bakıda «Böyük İpək 

Yolu»nun  mənzil  qərargahı  yaradıldı.  Yeni  nəqliyyat  dəhlizinə 

Qazaxıstan  və  Qırğızıstan  Respubli-  kalan  da  qoşuldular.  Bu  dəhliz 

vasitəsilə Azərbaycandan 1996-cı ildə 345 min, 2000-ci ildə isə artıq 5,7 

milyon tondan çox tranzit yük daşınmışdı. 

İqtisadiyyatda struktur dəyişiklikləri də getdikcə dərinləşirdi. Onun 

başlıca  istiqaməti  sahibkarlığın  inkişafı,  dövlət  mülkiyyətinin 

özəlləşdirilməsi,  aqrar  islahatın  həyata  keçirilməsi  idi.  «1995-1998-ci 

illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Dövlət Proqramı», 

«Sahibkarlıq  fəaliyyəti  haqqında»,  «Müəssisələr  haqqında»,  «Səhmdar 

cəmiyyəti  haqqında»  Qanunlar,  «Dövlət  müəssisələrinin  səhmdar 

cəmiyyətlərin  çevrilməsinin  qaydalan  haqqında  Əsasnamə»  və  başqa 

hüquqi aktlar qəbul edildi. «Sahibkarlığın İnkişafı üçün Milli Fond» təsis 

olundu.  «Antiinhisar  Siyasəti  və  Sahibkarlığa  Kömək  Komitəsi», 

yerlərdə  «Sahibkarlıq  İnkişafı  Mərkəzləri»,  «Kiçik  və  Orta  Sahibkarlıq 

İnkişafı Agentliyi», «Xarici İnvestisiyalar Mərkəzi», «İqtisadi və İşgüzar 

İnformasiya  Mərkəzi»  yaradıldı.  Bu  təşkilatlar  sahibkarlann  investisiya 

layihələrini  ekspertiza  edir,  onlann  həyata  keçirilməsi  üçün  maliyyə 

yardımı göstərirdilər. Sahibkarlar üçün müxtəlif kurs və seminarlar təşkil 

olunurdu.  Vətəndaşların  xarici  banklarda  saxlanılan  pulla-  nnın 

Azərbaycanda investisiya qoyuluşuna cəlb edilməsi üçün 1995-ci 

510 



ilin  iyulunda  qəbul  olunmuş  qanuna  əsasən  qoyulan  vəsaitin  mənbəyi 

haqqında məcburi məlumat alınması qadağan edildi. 

İş adamlannın fəaliyyətini tənzimləmək, onlara istiqamət, proqnozlar 

vermək  məqsədilə Azərbaycanda və qabaqcıl xarici ölkələrdə qarşılıqlı 

ticarət,  sənaye  palataları  yaradıldı.  Azərbaycan  İran  Birgə  İqtisadi, 

Texniki, Elmi və Humanitar Komissiyası, Türkiyə-Azərbaycan Müştərək 

İqtisadi Komissiyası təşkil olundu. 

1996-cı  ilin  avqustunda  Prezident  sahibkarlann  nümayəndələri  ilə 

görüşdü.  Kiçik  və  orta  sahibkarhğa  kömək  məqsədilə  Dövlət  proqramı 

hazırlandı. Müəssisələrin dövlət qeydiyyatı işi sadələşdirildi, zonalar üzrə 

qeydiyyat mərkəzləri təşkil edildi. 

Ölkənin böyük investisiya imkanlan geniş təbliğ olunmağa başlandı. 

1994-

 

cü  ilin  payızında  Bakıda,  1995-ci  ilin  qışında  Londonda  və 



Parisdə,  1996-cı  ilin  bahannda  və  payızında,  1997-ci  ilin  bahannda 

Bakıda  və  İstanbulda  beynəbcalq  biznes  konfranslan  keçirildi.  Bu 

konfranslarda prezident Heydər Əliyevin iştirakı və xarici investitorlan 

respublikaya cəsarətlə vəsait qoymağa şəxsən dəvət etməsi çox səmərəli 

oldu. 

1997-


 

1998-ci  illərdə  ABŞ-da  Amerika-Azərbaycan  Ticarət  Palatası 

tərəfindən  keçirilən  beynəbcalq  konfranslarda  respublikanın  iqtisadi 

imkanlan  geniş  müzakirə  edildi.  ADNŞ-nin  vitse-prezidenti  İlham 

Əliyevin  bu  konfranslarda  əhatəli,  inandıncı  çıxışlannın  daha  səmərəli 

təsiri olmuşdu. 

Xarici investitorlann Azərbaycana marağı durmadan artırdı. 2000-ci 

ildə respublikada 1300-dən çox xarici şirkət fəaliyyət göstərirdi. 

Respublikada sahibkarlığın inkişafına beynəbcalq iqtisadi təşkilatlar 

da yaxından köməklik göstərirdilər. Avropa Birliyi İqtisadi Komissiyası 

«TASİS» - texniki yardım proqramı respublika iqtisadiyyatında struktur 

dəyişiklikləri,  sahibkarlığın  inkişafına,  xüsusən  kənd  təsərrüfatında 

islahatlann 

apanimasına 

investisiyalar 

cəlb 


olunmasına, 

Avropa-Qafqaz-Asiya  ticarət,  nəqliyyat  əlaqələrinin  inkişafına  kömək 

edən  layihələr  hazırlanmasında  fəal  iştirak  edirdi.  Onun  hazırladığı 

Avroasi- ya-«TRASEKA» nəqliyyat proqramı Azərbaycan və beynəlxalq 

iqtisadi  birliklər  üçün  daha  əhəmiyyətli  idi.  «TASİS»  proqramı 

dairəsində KOSİA-SMEDA təşkilatı və habelə Türk-Sənaye İş Adamlan 

Birliyi,  Türk  İş  Birliyi  İnkişaf  Agentliyi  respublikada  sahibkarlığın 

inkişafı sahəsində fəal iş aparırdılar. 

Almaniya  Texniki  Əməkdaşlıq  Təşkilatı  (GTZ)  kənd  təsərrüfatını 

özəlləşdirmək işlərinə kömək üçün xüsusi layihə hazırlayıb Azərbaycana 

hədiyyə etdi. 

511 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə