Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə197/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   193   194   195   196   197   198   199   200   ...   216

1995-ci ilin ya5^nda, 1996-cı ilin dekabr ayında respublikada daha 

bir neçə siyasi terror və dövlət çevrilişi planlan ifşa olundu. 

Respublikada  qanuni,  demokratik  vasitələrlə  siyasi  fəaliyyət  və 

fikirlər plüralizmi üçün münasib imkanlar yaranmışdı. 

1995-ci  ilin  ortalarında  Azərbaycanda  artıq  50-dən  çox  partiya  və 

ictimai-siyasi  təşkilat  vardı.  2001-ci  ildə  burada  artıq  32  siyasi  partiya, 

1350  qeyri-dövlət  təşkilatı,  o  cümlədən  30-a  qədər  hüquq  müdafiə 

təşkilatı  fəaliyyət  göstərirdi.  Siyasi  partiyalarda  410  min  nəfərdən  çox 

üzv  birləşmişdi.  Kifayət  qədər  ictimai  bazası  olan  siyasi  partiya  və 

cəmiyyətlər  dövlət  tərəfindən  qeydə  alınırdı,  ölkədə,  milli,  millətçi, 

liberal, dini sosial-demokrat, kommunist təşkilatlan fəaliyyət göstərirdi. 

Sağlam  müxalifətin  siyasi  həyatda  mühüm  rol  oynaya  biləcəyini 

qiymətləndirən  iqtidar  respublikada  belə  bir  siyasi  qüvvənin 

formalaşmasında maraqlı idi. Müxalifətə demokratik vasitələrdən istifadə 

etməklə  təbliğat  və  təşkilat  imkanlan  yaradılırdı.  Müxalif  qüvvələr 

onlarla azad qəzet və jurnal nəşr edib yayır (əsasən özəl), televiziya və 

radio  ka-  nallanndan  istifadə  edir,  seçkilərdə  iştirak  edir,  parlamentdə 

təmsil olunurdular. 

İqtidarda olan Yeni Azərbaycan Partiyası cəmiyyətdə böyük nüfuza 

malik idi. Prezident Heydər Əliyevin sədrlik etdiyi bu partiyanın siyasəti 

Azərbaycanın  dövlət  müstəqilliyinin,  suverenliyinin  qorunmasına, 

demokratiyanın,  bazar  iqtisadiyyatının,  milli  mənəvi  dəyərlərinin 

inkişafına  istiqamətləndirilmişdi.  2001-ci  ildə  bu  partiyanın  sıralarında 

230 min insan birləşmişdi. 

Adamlar kimin-kim olduğunu getdikcə daha aydın dərk edir, siyasi 

qüvvələrin  məqsəd  və  əməllərini  düzgün  qiymətləndirirdilər.  Xalq 

demokratiya  məktəbi  keçirdi,  mübahisəli  fikirləri  hay-küylə  deyil, 

demokratik qaydada, sivilizasiyalı şəkildə müzakirə və həll etmək yolla- 

nnı  öyrənirdi  Müxalifət  cəbhəsindəki  əsas  partiyalann  iqtidara  qarşı 

mübarizədə birləşmək cəhdləri bu partiyalann rəhbərlərinin ambisiya- lan 

üzündən baş tutmurdu, tnsanlann böyük əksəriyyəti müxalifətdə dayanan 

partiyalara dəstək vermirdi. 

Gənc  nəslə,  onun  tərbiyəsi  və  sağlamlığına  qayğı  xeyli  artmışdı. 

1994-cü  ilin  iyununda  Azərbaycan  Respublikası  Gənclər  və  İdman 

Nazirliyi təsis edilmişdi. Gənclərin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də 

Gənclərin I respublika formu keçirildi. Prezident Heydər Əliyev forumda 

gənclər  üçün  proqram  xarakterli  nitq  söylədi,  onları  -  müstəqil 

respublikanın gələcək sahiblərini daha mütəşəkkil, müstəqilliyin, dövlət 



500 


çiliyin, 

vətənin 


bütövlüyünün 

təmin 


olunması 

və 


möhkəmləndirilməsində  fəal,  mübariz  olmağa  çağırdı.  Respublika 

Gənclər  Təşkilatlannın  Milli  Şurası  təşkil  olundu.  Respublika  Uşaq 

Təşkilatı yaradıldı. 

Bu  illərdə  Azərbaycan  qadınlannın  ictimai-siyasi  fəaliyyəti  də 

genişlənmişdi.  2000-ci  ildə  respublikada  40  qadın  təşkilatı  fəaliyyət 

göstərirdi.  «Sevil»  qadınlar  cəmiyyəti,  xüsusən  fəal  maarifçilik  və 

xeyriyyəçilik  işi  apanrdı.  Azərbaycan  1995-ci  ilin  ortalannda  «qadın 

hüquq-  lannın  pozulmasının  bütün  təzahürlərini  aradan  qaldırmaq 

haqqında»  BMT  konvensiyasına  qoşuldu.  Həmin  ilin  oktyabrında 

Azərbaycan Qadınlar Cəmiyyəti Ümumdünya Qadınlar Cəmiyyətinə üzv 

qəbul  olundu.  1998-ci  ilin  yanvar  ayında  prezident  fərmanı  ilə 

«Qadınların Problemləri Üzrə Dövlət Komitəsi» yaradıldı. 

1996-cı  ilin  noyabrında  Azərbaycan  Qırmızı  Aypara  Cəmiyyəti 

Beynəlxalq  Qırmızı  Xaç  Komitəsi,  Qızıl  Xaç  və  Qızıl  Aypara 

Cəmiyyətləri Be)məlxalq Federasiyasına üzv qəbul edilmişdi. 

2001-ci  ildə  ölkədə  40-dan  çox  həmkarlar  ittifaqı  fəaliyyət 

göstərirdi. 

1995-ci  il  noyabrın  l2-də  müstəqil  Azərbaycan  Respublikası 

parlamentinə  mojaritar  (100  deputat)  və  proporsional  (25  deputat) 

sistemlə  ilk  seçkilər  keçirildi.  125  deputat  yerinə  600,  o  cümlədən 

birmandatlı dairlərdə 100 deputat yerinə 400 namizəd qeydə alınmışdı. 

Cəmiyyətdə  daha  çox  sosial  dəstəyi  olan  səkkiz  siyasi  partiya  deputat 

mandatları uğrunda mübarizəyə qoşulmuşdu. Xalq seçkilərdə fəal iştirak 

etdi.  Çoxmandatlı  seçki  dairələrində  seçicilərin  86  faizdən  çoxu  səs 

vermişdi. Yeni seçilmiş parlament geniş qanun yaradıcılığı fəaliyyətinə 

başladı.  Burada  insan  hüquqları,  elm,  təhsil,  mədəniyyət,  iqtisadiyyat, 

ekologiya  və  s.  mühüm  sahələr  üzrə  daimi  komissiyalar  təşkil  olundu. 

Komissiyanın  işinə  respublikanın  görkəmli  alim  və  mütəxəssisləri  də 

cəlb  edilmişdi.  Beş  ildə  parlament  400-dən  çox  qanun  qəbul  etdi. 

Azərbaycan  parlamenti  dünyanın  qabaqcıl  demokratik  dövlətlərinin 

qanunverici orqanlan təcrübəsini öyrənmək sahəsində mühüm addımlar 

atdı.  2000-ci  il  5  noyabr  parlament  seçkiləri  də  demokratik  şəraitdə 

keçirildi. 13 siyasi partiya seçki dairələri üzrə imza  vərəqələri almışdı. 

Demokratik Mərkəzi Seçki Komissiyası təşkil edilmişdi. 

1999-

 

cu  il  dekabrın  12-də  Azərbaycan  Respublikasında  ilk 



bələdiyyə seçkiləri keçirildi. 

Ölkədə  yaranmış  siyasi  sabitlik,  bu  əsasda  demokratiyanın, 

iqtisadiyyatın və mədəniyyətin inkişafı üçün münasib şəraitin yaranması 

Prezident Heydər Əliyevin gərgin, çoxcəhətli fəaliyyətinin nəticəsi idi. 



501 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə