Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə196/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   192   193   194   195   196   197   198   199   ...   216

Əliyevin təşəbbüsü ilə respublikada ölüm hökmü tamamilə ləğv edildi. 

1995-ci  ilin  may  ayından  respublikada  1996-2001-ci  illərdə  əfv  və 

amnistiya təsisatlan bərpa edildi. Amnistiya aktlan 63,5 min nəfərdən çox 

şəxsə tətbiq edildi. 

Dövlətçiliyin təmin olunmasının mühüm vasitələrindən biri hüquq- 

mühafizə  orqanlarmın  möhkəmləndirilməsi  idi.  Respublikamn  Daxili 

İşlər  və  Dövlət  Təhlükəsizlik  nazirlikləri  və  onların  yerli  təşkilatlan, 

silahlı  hissələri  təsadüfi  adamlardan,  cinayətkar,  xain  və  satqınlardan 

təmizləndi. Prezidentin 9 avqust 1994-cü il fərmanının müvəffəqiyyətlə 

həyata  keçirilməsi  mövcud  cinayətkar  qrup  və  dəstələrin,  şəxslərin 

zərərsizləşdirilməsində, gizli cəbbəxanalann aşkar edilib götürülməsində, 

cəmiyyətdə  əmin-amanlıq  yaranmasmda  əhəmiyyətli  rol  oynadı.  Bu, 

xüsusən  hakimiyyətə  qeyri-qanuni,  zorakı  yollarla  gəlmək  kimi  zərərli 

ənənəni, dövlət çevrilişi cəhdlərini aradan qaldırmağa kömək etdi. 

Uğurlu  daxili  və  xarici  siyasət,  xüsusilə  xarici  şirkətlərlə  neft 

müqavilələrinin  imzalanması  Azərbaycanın  müstəqilliyinin  ardıcıl  və 

dönməz  olduğunu  bir  daha  nümayiş  etdirdi.  Bundan  daxili  və  xarici 

düşmənlər  çox  narahat  olurdular.  Onlar  paytaxtda  və  bütövlükdə 

respublikada siyasi sabitliyi pozmaq üçün terror aktlanna əl atırdılar. Bakı 

metropolitenində  yanğın  və  partlayışlar  törədilir,  prezidentə  qarşı  sui- 

qəsdlər təşkil olunur, respublikada dövlət çevrilişinə cəhdlər göstərilirdi. 

Çevriliş cəhdlərinə Baş nazir, S.Hüseynov rəhbərlik edirdi. 

Cəmiyyətuə  vahimə  yaratmaq  üçün  1994-cü  il  sentyabrın  21-dən 

22-ə  keçən  gecə  Milli  Təhlükəsizlik  Nazirliyi  istintaq  təcridxanasından 

dövlət  cinayətlərində  ittiham  olunan  dustaqlar  qaçırıldı.  Hərbi-siyasi 

müxalifət sentyabnn 29-da daha bir cinayət aktı törətdi. Ali Sovetin sədr 

müavini  Afiyəddin  Cəlilovu  və  prezident  yanında  xüsusi  idarənin  rəisi 

Ş.Rəhimovu qətlə yetirdi. 

Oktyabrın 2-də əvvəllər müəyyən hərbi xidmətləri olsa da, pozucu 

qüvvələrin təsiri ilə artıq cinayət yoluna düşmüş Xüsusi Təyinatlı Polis 

Dəstəsinin 30-a yaxın döyüşçüsü Respublika Prokurorluğu binasını zəbt 

etdi. Daxili İşlər nazirinin müavini Rövşən Cavadov  40 nəfərlik silahlı 

dəstə ilə  Daxili  İşlər  Nazirliyinin  binasına  hücum  edib  dəf  olunduqdan 

sonra,  prokurorluğun  binasına,  qardaşının  rəhbərlik  etdiyi  dəstəyə 

köməyə  getdi.  Respublika  Prezidenti  Heydər  Əliyevin  ciddi  tədbirləri 

sayəsində Cavadov qardaşlan və onun tərəfdarlan prokurorluğun binasını 

tərk  etdilər.  Bu,  hərbi  qiyamın  başlanğıcı  idi.  Oktyabnn  4-də  Gəncədə 

Surət Hüseynovun tərəfdarlan olan 300-ə yaxm silahh 



498 


adam şəhər icra hakimiyyətinin binasım və digər strateji obyektləri ələ 

keçirdi.  Həmin  gecə  Bakıda  iki  hərbi hissənin  əsgərləri  artilleriya  qur- 

ğulannm  Prezident  aparatı,  Ali  Sovet  və  Müdafiə  Nazirliyi  binalanna 

tuşlayıb əmrə müntəzir dayanmışdılar. Oktyabnn 4-dən 5-nə keçən gecə 

Prezident Heydər Əliyev müstəqil Azərbaycanın dövlətçiliyini müdafiə 

etmək üçün radio və televiziya ilə xalqa müraciət etdi. Heydər Əliyevin 

çağınşı ilə gecəyansı qısa bir vaxtda on minlərlə adam Prezident sarayı 

qarşısına  toplandı.  Prezidentin  həyata  keçirdiyi  tədbirlər  qiyamçılann 

qüvvələrini birləşməyə qoymadı. Vəziyyətin dəyişdiyini görən Cavadov 

qardaşları yalandan prezidenti müdafiə etdiklərini bildirdilər. Gəncədə də 

qiyam  yatınidı.  Oktyabnn  5-də  Bakının  «Azadlıq»  meydanında 

ümumxalq  mitinqi  oldu.  Xalq  qanuni  prezidenti  müstəqilliyin  həqiqi 

qarantı kimi dəstəklədiyini bir daha nümayiş etdirdi. 

Lakin düşmənlərin, xarici kəşfiyyat orqanlanmn əlində oyuncaq olan 

hakimiyyət hərisləri yenə də öz niyyətlərindən əl çəkmədilər. 1994-cü il 

dekabnn  4-də  Türkiyə  «Azərbaycana  xidmət»  vəqfinin  tərkibində 

«Azərbaycan Strateji Araşdırmalar Mərkəzi» adlı təşkilat yaradıldı. Bu 

təşkilat  ölkədə  siyasi  müxalifətlə  hərbi  müxalifəti  birləşdirib  dövlət 

çevirilişi  etməyi,  qanuni  prezidenti  fiziki  cəhətdən  məhv  edib, 

A.Mütəllibov,  Ə.Elçibəy  və  başqalannın  təmsil  olunacaqlan  «Dövlət 

Şurası»  yaratmağı  planlaşdırmışdı.  Mərkəzin  işində  «Müsavat»  və 

«Doğru  yol»  partiyalarının  nümayəndələri  də  fəallıq  göstərirdilər.  Bu 

zaman AXC və ona yaxın müxalif qüvvələr də xeyli fəallaşmışdılar. 

1995-ci  il  martın  11-də  Rövşən  Cavadov  prezidentin və  Ali  Sovet 

sədrinin  istefası  məsələsini  qoydu.  Martın  13-də  Ağstafa  və  Qazax 

rayonlannda  Xüsusi  Təyinatlı  Polis  Dəstəsi  əməkdaşlan  qiyam  qaldınb 

dövlət  idarələrini  zəbt  etdilər.  Prezident  16  mart  tarixli  fərmanı  ilə  bu 

dəstəni ləğv etdi, onun Babdakı əməkdaşlannı silahı könüllü təhvil verib 

«8-ci kilometr» qəsəbəsindəki bazanı tərk etməyə çağırdı. Lakin Cavadov 

qardaşlan  bazada  toplanmış  silahlıları  hücum  qruplanna  bölüb  martın 

16-dan 17-ə keçən gecə Prezident aparatını. Teleradio Şirkətini və Daxili 

İşlər Nazirliyini tutmaq üçün həmlə ilə mühasirəni yarıb şəhərə çıxmağa 

çalışdılar.  Laldn  iqtidann  fövqəladə  tədbirləri,  hökumət  qüvvələrinin 

çevik  hərbi  əməliyyatlan  nəticəsində  dövlət  çevrilişi  cəhdi  yenə  də  baş 

tutmadı. 

Xalq  prezidenti  dəstəklədi,  siyasi  yetkinliyini,  müstəqillik 

ideyalarına, dövlətçilik prinsiplərinə sadiqliyini bir daha sübuta yetirdi. 

499 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə