Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə204/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   200   201   202   203   204   205   206   207   ...   216

üdə  ölkədə  ilk  dəfə  1,5  milyon  ton  taxıl  istehsal  edildi.  Əhalinin  kənd 

təsərrüfatı məhsuilanna tələbatı daha yaxşı ödənilməyə başlandı. 2001-ci 

ildə  Azərbaycan  Respublikası  122  xarici  dövlətə  ticarət  əlaqəsi 

saxlayırdı. Xarici ticarət dövriyyəsi 1993-cü ildəki 1,3 milyard dollardan 

2000-ci ildə 2,9 milyard dollara çatmışdı. 2000-ci ildə ixrac idxaldan çox 

olmuş, müsbət saldo yaranmışdı. 

Makroiqtisadi  göstəricilərin  sabitləşməsi, tənəzzülün cilovlanması- 

na,  artım  meyi  ilərinin  intensivləşməsi,  etibarlı  tərəfdaş  kimi 

respublikanın  beynəlxalq  imicinin  yüksəldilməsi,  xarici  iqtisadi 

əlaqələrin, investisiya qoyuluşunun genişlənməsi, struktur və institusiyon 

dəyişikliklərə istiqamətlənmiş islahatlann dərinləşməsi iqtisadi inkişafın 

dönmədən sürətlənməsinə şərait yaradırdı. 

§ 4. Əhalinin məişəti 

İqtisadi  böhran,  tənəzzül  əhalinin  güzəranını  ağırlaşdırmış,  ərzaq 

məhsullannın, sərnişin daşımalannın qiyməti yüz dəfələrlə artmışdı. 

Əvvəllər  əməkhaqqının  və  pensiyaların  indeksasiyası  üçün 

minimum  əməkhaqqı  səviyyəsi  müəyyən  olunmuşdu.  Sürətli  inflyasiya 

ilə əlaqədar 1993-cü ilin yayında bu səviyyə 300 manatdan 500 manata, 

payızında 900 manata, 1994-cü ilin payızında isə 4000 manata qaldınl- 

mışdı. Du, dolanacaq üçün adi xərclərin cəmi 7 faizinə çatırdı. 

Orta  əməkhaqqının  nominal  göstəriciləri  artsa  da,  real  səviyyəsi 

aşağı düşürdü. Orta aylıq əməkhaqqı 1993-cü ilin ortalarında 13,8 min 

manatdan  1995-ci  ilin  ortalarında  62,5  min  manata  çatmışdı.  Lakin 

inflyasiyanın  artım  sürəti  bunu  dəfələrlə  qabaqlayırdı.  1994-cü  ilin 

ortalarında  bir  adamın  normal  yaşaması  üçün  vacib  ehtiyac  zənbilinin 

dəyəri  təqribən  25,8  min  manat,  əmək  qabiliyyətli  əhalinin  64  faizini 

təşkil  edən  məşğul  adamlann  orta  aylıq  əməkhaqqı  isə  cəmi  13,8  min 

manat  olmuşdur.  Belə  vəziyyətin  yaranmasında  inflyasiyanın  daim 

artmasında marağı olan və buna çalışan, əhalinin aztəminatlı təbəqələrini 

aldadıb  var-yoxunu  əlindən  almaqla  varlanmaq  istəyən  «işbazların» 

yaratdığı soyğunçu «Vahid», «Mərhəmət», «Aleks», «Etimad», «Xəyal» 

və başqa

1992-1994-cü illərdəki hipcrinflyasiyanı cilovlamaq üçün 

1995-


 

1996-cı illərdə həyata keçirilən tədbirlər nəticəsində 1996-cı ilin 

birinci yansmda orta aylıq əməkhaqqının artım sürəti sürətlə zəifləyən 

517 



inflyasiyanı ilk dəfə üstələdi. 2000-ci ildə orta aylıq nominal əməkhaqqı 

221,6 min manat idi. Lakin işləyən əhalinin yandan çoxunun pul gəliri 

orta aylıq əməkhaqqı səviyyəsindən xeyli az idi. 

Sahibkarlıq, özəl müəssisələr inkişaf etdikcə yüzlərlə yeni iş yerləri 

yaradılır,  işsizlər  qeydə  alınır,  onlara  müavinət  verilirdi.  2000-ci  ildə 

respublikada 43,7 min nəfərin rəsmi işsizlik statusu vardı. 

Əhalinin sosial müdafiəsini gücləndirmək üçün tədbirlər görüldü. 

1994-


 

cü il iyulun 24-də «Əhalinin sosial müdafiəsi haqqında» Qanun 

qəbul  edildi.  Həmin  il  noyabnn  21-də  Əhalinin  Sosial  Müdafiə  Fondu 

təsis olundu. Bu fonda bütün müəssisələrin balans mənfəətindən 1 faiz 

məcburi ayırmalar verilməyə başlandı. Fond bütün təşkilatlardan sosial 

sığorta  ayırmalan  toplayır  və  yaranan  vəsait  hesabına  pensiya  və 

müavinətləri maliyyələşdirirdi. 

Əhalinin 38,2 faizinə pensiya, müavinət verilirdi. 1 milyon 600 min 

adam - müəllimlər, veteranlar, şəhid, əlil ailələri, ahıl və yardıma ehtiyacı 

olanlar  (800  min  nəfər)  sosial  güzəştlərdən  istifadə  edirdilər.  1  milyon 

200  min  pensiyaçıya  və  aztəminatlı ailələrdə  1  milyon  650  min  uşağa, 

habelə 240 mindən çox əlilə yardım göstərilirdi. 

1998-

 

ci ildən müharibə və 20 yanvar əlillərinə dövlət hesabına 



«Oka»  markalı  minik  maşınlan  verilməyə  başlandı.  Əlillərin  məişət 

şəraitini yaxşılaşdırmaq üçün evlər tikilib istifadəyə verilirdi. 

Azərbaycanda  1  milyondan  artıq  qaçqın  və  köçkün  vardı. 

Qaçqınların 90 faizə qədəri artıq məskunlaşdırılmış, 77 faizi işlə təmin 

olunmuşdu.  Köçkünlərin  isə  77  min  nəfəri  11  çadır  düşərgəsində 

məskunlaşmışdı. Onlann 42 faizi iş yeri ilə təmin edilmişdi. Qaçqın və 

köçkünlərə  dünyanın  ayn-ayn  ölkələrinin  50  təşkilatı,  o  cümlədən 

BMT-nin  qaçqınlar  üzrə  Ali  Baş  Komissarlığı,  Ümumdünya  Ali  Ərzaq 

Proqramı, Uşaq Fondu, Dünya Bankı, Avropa Birliyi ESNO-EKO xətti. 

Beynəlxalq  Qırmzı  Xaç  Cəmiyyəti,  ABŞ-ın  Beynəbcalq  Uşaqlan 

Xilasetmə Federasiyası xətti ilə maliyyələşdirilən 6 müstəqil humanitar 

təşkilat, Beynəbcalq İnkişaf Agentliyi, Avropa və MBD ölkələri idarəsi, 

Asiya Müsəlmanlan Komitəsi, Beynəlxalq İslam «Nicab> təşkilatı, İran, 

Türkiyə,  Səudiyyə  Ərəbistanı  Qızıl  Aypara  cəmiyyətləri,  Almaniya 

Beynəlxalq Texniki Yardım Təşkilatı humanitar yardım göstərirdi. 

Respublikanın  müxtəlif  rayonlanna  səpələnmiş  köçkünlər  üçün 

beynəbcalq  humanitar  təşkilatlannın  yaxından  köməyi  ilə  yaşayış 

məskənləri  yaradılmışdı.  Avropa  Birliyi  Humanitar  Yardım  İdarəsi 

(ESNO) Azərbaycan qaçqın və köçkünləri üçün 1993-1995-ci illərdə üç 

məs 


518 


kunlaşdırma  proqramı  həyata  keçirmiş,  1994-cü  ildə  Sabirabad, 

Ağcabədi,  Dəvəçi,  Goranboy,  İmişli,  Yevlax,  Şəki  \-ə  Saatlıda  20  min 

əhali üçün qurama evlər, 1995-ci ildə Beyləqanda 2 qəsəbə tikilməsini 

maliyyələşdirmiş,  əhaliyə  sosial  xidmətlər  göstərilməsini,  hər  ay  ərzaq 

yardımı verilməsini təmin etmişdi. Almaniyanın köməyi ilə 1996-cı ildə 

Ağcabədi rayonunda Laçın köçkünləri üçün 2 qəsəbə. BMT-nin köməyi 

ilə Oğuz-Şəki yolunun üstündə Laçın, Kəlbəcər, Ağdam köçkünləri üçün 

1, Oğuz rayonunda 2 qəsəbə salınmışdı. 

1996-

 

cı  ildə  ABŞ-ın  «Keyə»  (Qayğı)  beynəbtalq  humanitar 



təşkilatı İmişli, Saatlı, Beyləqan, Zərdab, Kürdəmir, Göyçay və Ağsu ra- 

yonlannda birtipli layihələr üzrə 1800 köçkün ailəsi üçün ev inşa elmiş, 

ehtiyacı olan ailələrə 6,5 min ton ərzaq vermişdi. ABŞ Dövlət Departa- 

mentinin sponsorluğu ilə 1996-1997-ci illərdə Azərbaycana dava-dərman 

və  tibb  preparatlanndan  ibarət  böyük  humanitar  yardım  göndərilmişdi. 

Ümumiyyətlə,  ABŞ-m  qeyri-dövlət  təşkilatlan  1992-1997-ci  illərdə 

Azərbaycana 125 milyon dollarlıq humanitar yardım göndərmişdi. İranın 

Hilal-əhmər,  Türkiyənin  və  Səudiyyə  Ərəbistanın  Qızıl  Aypara 

Cəmiyyətləri köçkünlər üçün 10 çadır düşərgəsi qurmuş, burada yaşayan 

köçkünləri  ərzaqla  təmin  etməyə  başlamışdılar.  1995-1996-cı  illərdə 

Avropa  Birliyi  Azərbaycana  buğda  unu  göndərmişdi.  ABŞ,  Almaniya, 

Hindistan,  Norveç  və  Yaponiya  Milli  Qızıl  Xaç  Cəmiyyətləri 

Azərbaycanda  kimsəsiz  və  imkansız  adamlara  humanitar  yardım 

göndərirdilər. 

1995-

 

ci  ilin  yanvannda  Prezidentin  fərmanı  ilə  Beynəlxalq 



humanitar və Texniki Yardım Üzrə Respublika Komissiyası təşkil edildi, 

işə nəzarət gücləndi. 

Beynəlxalq təşkilatlar Azərbaycanda yoxsulluğu aradan qaldırmaq, 

iş yerləri yaratmaq, özəl müəssisələr açmaq sahəsində i^al iş apanr- dılar. 

BMT-nin  İnkişaf  Proqramı.  Beynəlxalq  Əmək  Təşkilatı  Azərbaycan 

Respublikası  Əmək  və  Əhalinin  Sosial  Müdafiə  Nazirliyi  ilə  birlikdə 

əhalinin  məşğulluğunu  təmin  etmək  üçün  müxtəlif  proqramlar 

hazırlamışdı. Məsələn, Salyan rayonunda kiçik sahibkarlığın inkişafı üzrə 

belə bir xüsusi proqram həyata keçirmişdi. İslam İnkişaf Bankının vəsaiti 

ilə  10  rayonda  iş  yerləri  yaradılması  üçün  müəssisələr  tikilirdi.  Qatar 

əmirliyi xeyriyyə cəmiyyəti Qax rayonunda xeyriyyəçilik işləri görmüş, 

yeni iş yerləri, tikiş sexi açmışdı. 

Avropa  Birliyi  fermer  təsərrüfatlanna  kömək  etmək  üçün  1996-cı 

ilin əvvəllərində Avropa İttifaqı Partnyor Fondu yaratmışdı. BMT inkişaf 

Proqramı yoxsulluq səviyyəsi daha yüksək olan Naxçıvan MR-ə 

519 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə