Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə212/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   208   209   210   211   212   213   214   215   216

Ədəbiyyatın  və  filologiyanın  inkişafına  marağı  daha  da  artırmaq 

üçün 1996-cı ildə Prezident Heydər Əliyevin təşəbbüsü ilə Füzuli adına 

beynəlxalq mükafat təsis edilmişdi. 

Həmin  il  Prezident  fərmanı  ilə  «Azərbaycan»  ədəbi-bədii  jurnalı, 

«Qobustan»  dərgisi  və  «Ədəbiyyat»  qəzeti  dövlət  büdcəsindən 

maliyyələşdirilməyə  başlandı.  Sonralar  «Ulduz»  jurnalına  da  maddi 

kömək  göstərildi.  1997-ci  ilin  noyabrında  Prezident  Heydər  Əliyev 

qocaman ədəbiyyat və incəsənət xadimləri üçün ayda bir milyon manat 

(250 dollar) məbləğində ömürlük 30 fərdi təqaüd təyin edilməsi haqqında 

fərman verdi. 

Respublikada  bir  sıra  yeni  teatrlar  -  «Bakı  Bələdiyyə  teatrı», 

«Tənqid-təbliğ teatrı», «Milli Dastan teatrı», «Yuq» teatrı və b. teatrlar 

meydana  gəlmişdi.  1997-ci  ildə  20-dən  çox  dövlət  teatrı  fəaliyyət 

göstərdi.  1996-cı  ildə  Azərbaycan  Milli  Dram  Teatnnın  binası  bərpa 

edildikdən  sonra öz  qapılarım  tamaşaçılara  açdı.  1998-ci  ildə  bu teatra 

Hüseyn  Cavidin  adı  verildi.  1998-ci  ildə  Musiqili  Komediya  Teatrının 

tam yenidən qurulmuş binası istifadəyə verildi. Teatrlar xalqın qəhrəman 

tarixindən  və  müasir  həyatından  bəhs  edən  onlarla  əsərə  səhnə  həyatı 

verdi.  Mərahim  Fərzəlibəyev,  Hüseynağa  Atakişiyev,  Cahangir 

Novruzov  kimi  istedadlı  teatr  rejissorları  Azərbaycan  rejissorluq 

məktəbinin ən yaxşı ənənələrini yaşadır, inkişaf etdirirdilər. Azərbaycan 

rejissorlan  xarici  ölkələrdə  də  bir  sıra  tamaşalara  quruluş  vermişdilər. 

1995-ci  ildə  H.Atakişiyev  Türkiyədə  Ü.Hacıbəyovun  «Arşın  mal  alan» 

operettasını  səhnəyə  hazırlamış  və  bu  tamaşa  ilə  İstanbul  Bələdiyyə 

teatrının əsası qoyulmuşdu. 

Azərbaycan  musiqi  sənəti  də  yeni  əsərlərlə  zənginləşməkdə  idi. 

1996-cı ildə Süleyman Ələsgərovun «Solğun çiçəklən> operası tamaşaya 

qoyulmuşdu. Görkəmli bəstəkar Cövdət Hacıyevin dövrün dramatizmini, 

xalqın ümid və inamını musiqi dili ilə əks etdirən «Onu zaman seçib» adlı 

VIII  simfoniyası,  bəstəkar  Sərdar  Fərəco-  vun  «Böyük  vətəndaş 

haqqında»  odası  xalqın  səadəti,  müstəqilliyin  əbədi  olması  uğrunda 

yorulmaz mübariz Heydər Əliyevə həsr olunmuşdu. 

Azərbaycan  musiqisində  hərbi  mövzu  xeyli  inkişaf  etmişdir. 

Süleyman Ələsgərovun «Əsgər marşı», Ş.Musaoğlunun hərbi mah- nılan 

xalqda,  döyüşçülərdə  qələbəyə  inam  oyadırdı.  Cavanşir  Quliyevin 

«Əsgər marşı» dillər əzbəri olmuşdur. 



539 


Azərbaycan musiqi ifaçılıq sənəti də inkişaf etməkdə və geniş təbliğ 

olunmaqda  idi.  Muğam  xalq  mahnıları  və  təsnif  ifaçılarının  ənənəvi 

müsabiqələri  keçirilir, istedadlı  gənc  ifaçıların  təqdim  konsertləri  təşkil 

olunurdu.  Azər  Zeynalovun  vokal  sənəti  Rəşid  Behbudov  məktəbi 

ənənələrini davam etdirirdi. Musiqi kollektivləri, ayrı-ayrı ifaçılar tez-tez 

xarici  ölkələrə  qastrola,  beynəlxalq  festival  və  müsabiqələrə  dəvət 

edilirdilər. Müğənni Eldar Əliyev 1995-ci ildə İtaliyanın məşhur La-Skala 

teatnnda  çıxış  etməyə  dəvət  olunmuşdu.  Xanəndələr  Alim  Qasımovun, 

Səkinə İsmayılovanın, caz vokal ustası və pianoçu Əzizə Mustafazadənin, 

müğənnilərin ABŞ, Kanada, Fransa, İngiltərə, Almaniya,  İsveç,  İtaliya, 

Rusiya,  Türkiyə,  İraq,  İsrail,  Çin  və  başqa  ölkələrdə  çıxışlan  böyük 

maraqla qarşılanırdı. Lütfiyar İmanov, Xuraman Qasımova kimi görkəmli 

vokal  ustalan,  habelə  başqa  musiqiçilər  Türkiyə  musiqi  təhsili 

müəssisələrində dərs deməyə dəvət olunmuşdular. 

1997-ci ilin noyabr ayında Bakıda vokalçıların Bülbül adına birinci 

beynəlxalq müsabiqəsi keçirildi. 

Bu illərdə Azərbaycan kinosu, bütün maddi çətinliklərə baxmayaraq, 

inkişaf  dövrü  keçirirdi.  Müstəqil  kinostudiyalar  təşkil  olunmuşdu. 

«Azərbaycanfilm»  kinostudiyası  1994-cü  ildən  yenidən  dövlət 

büdcəsindən  maliyyələşdirilməyə  başlamışdı.  Həmin  il  Dövlət  Film 

Fondu  təşkil  olunmuşdu.  Bu  fonda  Azərbaycanda  istehsal  olunmuş 

filmlər, habelə nüsxələri yalnız xarici ölkələrdə qalmış filmlərin surətləri 

toplanmağa başlamışdı. Azərbaycan kinosunun Vaqif Mustafazadə, Ayaz 

Salayev,  Hüseyn  Mehdiyev  kimi  görkəmli  rejissorları  yetişmişdi.  Bu 

illərdə Azərbaycan kinomatoqraflan «Əhlikef», «Fransız», «Hər şey yaxşı 

olacaq»  (V.  Mustafazadə),  «Yarasa»  (A.Salayev),  «Həm  ziyarət,  həm 

ticarət»  (R.Ocaqov),  «Uçurulmuş  körpü»,  «Özgə  vaxtı»  (H.Mehdiyev) 

kimi bir sıra yüksək bədii dəyərli filmlər yaratmışdılar. Müharibə, erməni 

quldurlarının  vəhşiliyi,  qaçqınçılıq  həyatının  dəhşətləri  Azərbaycan 

kinosuna yeni mövzular gətirmişdi. «Ağatlı oğlan», (Ə.Əbluc), «Fəryad» 

(C.Mirzəyev) kimi təsirli, realist filmlər yaradılmışdı. 

Azərbaycan  sənədli  kinosu  da  xeyli  inkişaf  etmişdir.  Müstəqillik 

uğrunda  mübarizə,  Qarabağda  müharibə.  Prezident  Heydər  Əliyevin 

xalqm  səadəti  uğrunda  fədakarlıqla  dolu  mənalı  həyatı  mövzulannda 

onlarla  maraqlı,  ibrətamiz  kino,  videolent  çəkilmişdi.  Müdafiə 

Nazirliyinin sənədli kinotelestudiyası bu işdə xüsusən fərqlənirdi. 



540 


Azərbaycan filmi dünya ekranlarında daha geniş təmsil olun-5 mağa 

başlanmışdı. 1995-ci ildə 10 Azərbaycan bədii filmi Beynəlxalq Nant «Üç 

qitə» kinofestivalında nümayiş etdirildi. «Yarasa» bədii filmi 1996-cı ildə 

Fransada  «Birinci  plan»  beynəlxalq  kinofes-^  tivalmda  «Avropanın  ən 

yaxşı  tammetrajlı  bədii  filmi»  adma,  Misir  beynəlxalq  kinofestivalında 

yüksək  mükafata  layiq  görüldü.  1997-ci  ildə  Beynəlxalq  Madrid 

kinofestivalında  «Özgə  vaxtı»  filmi  yüksək  qiymətləndirildi,  onun 

yaradıcıları  H.Mehdiyev  ən  yaxşı  rejissor,  A.Mirqasımova  isə  ən  yaxşı 

qadın  rolu  ifaçısı  adına  layiq  görüldü.  90-cı  illərin  əvvəllərində 

respublikanın  şəhər  və  qəsəbələrində  meydanlar,  parklar  monumental 

kommunist  təbliğatına  xidmət  edən  heykəl  və  abidələrdən  təmizləndi. 

Bakıda  K.Marksa,  Leninə,  Şaumyana,  Kirova,  Dzerjinskiyə,  Fioletova, 

«26-lar»a,  «XI  Qızıl  Ordu»ya  qoyulmuş  heykəl  və  abidələr  söküldü. 

Dağüstü parkda «Şəhidlər xiyabanı» salındı. 1998-ci ildə burada şəhidlərə 

möhtəşəm abidə ucaldıldı və əbədi məşəl yandırıldı. Şəhər və kəndlərdə 

xalqın  azadlığı  uğrunda  döyüşlərdə  canından  keçmiş igidlərin  xatirəsini 

əbədiləşdirən abidə və komplekslər yaradıldı. 

Azərbaycan  fırça  ustalan  yeni  gözəl  əsərlər  yaradırdılar.  Tahir 

Salahovun «Heydər Əliyevin portreti» əsəri böyük maraqla qarşılanmışdı. 

Respublika  rəssamlannın  sənət  inciləri  dünyanın  sərgi  salonlarında 

müvəffəqiyyətlə  nümayiş  etdirilirdi.  1995-ci  ildə  ABŞ-da,  1996-cı  ildə 

Almaniyada  Səttar  Bəhlulzadənin  əsərlərinin  sərgisi  təşkil  olunmuşdu. 

1996-cı 

ildə  Parisdə  «Dünya  rəssamları»  sərgisində  Toğrul 

Nərimanbəyovun  əsərləri,  1997-ci  ildə  Vaşinqtonda,  Çikako  və 

Nyu-Yorkda rəssam Kamil Nəcəfzadənin əsərləri nümayiş etdirilmişdir. 

Xalça  rəssamlan  Kamil  Əliyevin  və  Eldar  Mikayılovun  əsərləri 

yüksək bədii sənətkarlıq nümunələri idi. Kamil Əliyevin, Türk dünyasının 

böyük  şəxsiyyətləri  Atatürk,  Heydər  Əliyevin,  Süleyman  Dəmirəlin, 

Səudiyyə  Ərəbistanının  kralı,  iki  müqəddəs  şəhərin  xadimi  Fəhd  ibn 

Əbdül  Əziz  əl  Səudun  portretləri  toxunmuş  xalçalarda  Azərbaycan 

miniatür  sənətinin  ən  yaxşı  ənənələri  yaradıcılıqla  inkişaf  etdirilmişdi. 

1996-cı  ildə  Brüsseldə  Eldar  Mikayılovun  bənzərsiz  xalçaları  böyük 

müvəffəqiyyətlə nümayiş etdirilmişdi. 

Bu illərdə respublikanın tişə və fırça ustaları müharibə, qəhrəmanlıq, 

vətənpərvərlik  mövzularına  tez-tez  müraciət  edirdilər.  Xalqı  biri  yə, 

düşmənə qarşı döyüşə, qələbəyə çağıran əsərlər meydana 

541 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə