Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə211/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   208   209   210   211   212   213   214   215   216

1997-ci ildə müasir tarixi öyrənmək üçün çox qiymətli mənbə  - Heydər 

Əliyevin  «Müstəqillik  yolu»,  «Müstəqilliyimiz  əbədidir»,  «Azərbaycan 

nefti dünya siyasətində», «Yeni siyasi xətt», «Qaçqınlar» (hər üçü ingilis 

dilində),  «Azərbaycan  Respublikası»  kitablan  nəfis  tərtibatla  oxuculara 

təqdim edilmişdi. 

Prezident  Heydər  Əliyev  tarixçi-alimlər  qarşısında  fundamental 

«Azərbaycan  tarixi»nin  yaradılması  kimi  mühüm  vəzifə  qoymuşdu, 

Azərbaycanın siyasi, iqtisadi və mədəni tarixində çox mühüm dövr olan 

XIX-XX  əsrlər  tarixinin  əhatəli  tədqiqi  və  nəşri  üçün  xüsusi  qrand 

müəyyən etmişdi. Respublikanın ən görkəmli tarixçi alimləri bu işə cəlb 

olunmuşdu.  1998-2002-ci  illərdə  7  cildlik  «Azərbaycan  tarixi»  kitabı 

hazırlandı və çap edildi. 

1996-cı  ildə  «Üzeyir  Hacıbəyov  ensiklopediyası»  nəşr  edilmişdi. 

Türk dünyası filoloqları birlikdə «Kitabi-Dədə Qorqud ensiklopediyası», 

«Füzuli  ensiklopediyası»  hazırlamağa  başlamışdılar.  M.Füzulinin 

əsərlərinin altı cildliyi çap olunmuşdu. 

Görkəmli  ədəbiyyatşünas  alimlərin  -  Yaşar  Qarayevin  «Tarix 

yaxından  və  uzaqdan».  Bəkir  Nəbiyevin  «Didərgin  şair».  Vilayət 

Quliyevin  «Ağaoğlular»,  Elçinin  «Bəstəkann  vətəndaş  sözü»  əsərləri 

ədəbi  tənqidin  daha  çox  seçilən  nümunələri  idi.  Adil  Babayevin 

«Azərbaycanın dilçiliyinin tarixi», Mübariz Yusifovun «Dahi şəxsiyyətin 

nitq  fenomenliyi»,  Nizami  Xudiyevin  «Heydər  Əliyev  və  Azərbaycan 

dili» kimi əsərləri dilçilik elmini daha da zənginləşdirmişdi. 

Azərbaycan  fəlsəfi  fikrində  də  müəyyən  canlanma  baş  vermişdi. 

Marksist fəlsəfi fikir öz mütləq hakimliyini itirmişdi. 

Din 


Elm, fəlsəfə ilə yanaşı, ictimai şüurun başqa 

formalarının,  xüsusən  dinin,  habelə  humanist 

ideologiyaların  yayılması  üçün  də  münasib  şərait  yaranmışdı.  Müxtəlif 

dini  icmalann  fəaliyyətinə  geniş  imkanlar  açılmışdı.  Yeni  dini  icmalar 

təşkil olunur, müqəddəs ocaqlar bərpa edilir, yeniləri yaradılırdı. Bakının 

«Şəhidlər  xiyabanı»nda,  Qaraçuxur,  Yeni  Yasamal  qəsəbələrində, 

Novxanı,  Hökməli,  Nardaran  kəndlərində,  «Mir-  mövsüm  ağa», 

«Əliayağı»  pirləri  üzərində  və  başqa  məscidlər  ucaldılmışdı. 

Respublikanın,  demək  olar  ki,  bütün  şəhər  və  qəsəbələrində,  onlarla 

kənddə  yeni  məscid  binaları  tikilmişdi.  Sovet  hakimiyyəti  illərində 

dağıdılmış müqəddəs ocaqlar, pirlər, məscidlər yenidən bərpa olunmağa 

başlanmışdı.  Bu  işdə  xeyriyyəçilər,  dini  icmalar  fəal  iştirak  edirdilər. 

Bayıl qəsəbəsindəki «Bibi-Heybət piri» 

536 



bərpa  olunmuşdu.  20-ci  illərdə  yerlə  yeksan  edilmiş  «Bibi-Heybət 

məscidi»  yeniləşdirilmiş,  layihə  üzrə  (iki  minarəli)  yenidən  tikilmişdi. 

«Təzə pir» məscidi yanında İslam Universiteti üçün bina inşa olunmuşdu. 

Hər  il  Həcc  mərasimi  günlərində  yüzlərlə  dindarın  müqəddəs  Kəbəni, 

habelə islamın  başqa  müqəddəs  ocaqlannı  ziyarət  etməsi üçün təşkilati 

tədbirlər  görülürdü.  «Quran»  iki  variantda  Azərbaycan  dilinə 

tərcümə-təfsir  olunmuşdu  (biri  Z.Bünyadov,  V.Məmmədəliyev,  digəri 

N.Qasımov  tərəfindən).  «İslamın  səsi»,  «İslam  dünyası»,  «İslam» 

qəzetləri nəşr olunurdu. 1989-1990-cı illərdə fəaliyyət göstərmiş «Bakı 

mədrəsəsi»  1991-ci  ildə  «Bakı  İslam  İnstitutuna»,  1994-cü  ildə  isə  bu 

İnstitut  «Qafqaz  İslam  Universitetinə»  çevrilmişdi.  Bir  çox  şəhərlərdə 

mədrəsələr açılmışdı. 

Bununla  yanaşı,  əhalinin  mənəvi  birliyini  parçalamağa  çalışan 

qüvvələr sünni və şiələr arasında nifaq salmağa cəhd göstərirdilər. Xüsusi 

xidmət zabitləri şərq və qərb dini missionerləri libasında geniş təbliğat 

işləri  apanr,  informasiya  mərkəzləri  açır,  pulsuz  dini kitablar,  qəzet  və 

jurnallar  yayırdılar.  Bu  sahədə,  xüsusən  İrandan  gələn  «missionerlər» 

daha fəal idilər. Lakin islam dini bayrağı altında siyasi məqsədlər, qara 

niyyətlər güdən qüvvələr layiqli cavablannı alırdılar. 

Vicdan  azadlığı,  başqa  dinlərə  hörmət  hislərinin  hakim  olduğu 

respublikada onlarla xristian təşkilatı qeydə alınmışdı. Lakin çoxları da 

qanunsuz, gizli fəaliyyət göstərirdi. 

Missionerlər  çox  vaxt  Azərbaycan  Konstitusiyasını  pozur,  zorakı 

tədbirlərə  əl  atır,  fırıldaqçılıq  edir,  orduda,  qaçqınların  çadır 

şəhərciklərində,  azsaylı  xalqlar  arasında  təxribat  işləri  aparır,  islam 

ənənələrini  təhqir  edən,  «xristian  erməni  qardaşlarla  birlik»,  «taledən 

qaçılmazlıq»  haqqında  ideyalar  yayırdılar.  Bu  işdə  ermənilərin  dostu 

Baranessa  Koksun  rəhbərlik  etdiyi  «Xristian  həmrəyliyi  təşkilatı», 

xüsusilə fərqlənirdi. 

Humanist  İslam  dəyərlərinə  sadiq  olan  dini  icmalar,  Qafqaz 

Müsəlmanları İdarəsi əhalinin mənəvi birliyi, müxtəlif dünyagörüşlərinə, 

dinlərə  mənsub  adamlar  arasında  qarşılıqlı  münasibətlər  yaranması 

işində,  dindarlar  tərəfindən  dövlətçiliyin  və  müstəqilliyini  müdafiə 

olunmasında fəal mövqe tuturdular. 1995-ci ildə «Avrasiya İslam Şurası» 

təsis  edilmişdi.  1997-ci  ildə  təbliğat  vasitələri  ilə  islam  dəyərlərini 

qoruyub  saxlamaq,  missionerlərin  fəaliyyətinə  qarşı mübarizə  aparmaq 

üçün Qafqaz Müsəlmanları İdarəsində tanınmış elm və din xadimlərinin 

«Elmi-dini Məsləhət Şurası» yaradıldı. 



537 


1997-ci  il  yanvarın  8-də  Respublika  Prezidenti  Heydər  Əliyevin 

sərəncamı  ilə  Azərbaycanda  xarici  dini  missionerlərin  pozuculuq 

fəaliyyəti qadağan olundu. 

İqtidar dindarlara, dini icmalara qayğı ilə yanaşır, onlann müstəqillik 

və  dövlətçiliyin  dayağı  olan  vətəndaş  həmrəyliyi,  xalq  birliyi 

yaranmasında  böyük  imkanlarını  düzgün  qiymətləndirirdi.  Dövlət 

müstəqilliyi  bərpa  edildikdən  sonra  xalqın  ənənəvi  mədəniyyətinə 

ehtiram və qayğı ilə yanaşılmağa başlanmışdı. Milli Məclisin 1992-ci il 

27  oktyabr  tarixli  «Azərbaycan  Respublikasının  bayramları  haqqında» 

qanuna əsasən «Novruz», «Qurban», «Ramazan» bayramları rəsmi qeyd 

olunurdu. 

Prezident  Heydər  Əliyev  dinə  və  dindarlara  xüsusi  ehtiramla 

yanaşırdı. O, islam dini mərkəzlərini, müqəddəs Kəbəni ziyarət etmişdi, 

dindarlarla  tez-tez  görüşürdü.  1997-ci  ilin  iyununda  prezident 

«Bibi-heybət» pirini ziyarət edərkən burada gedən məscid tikintisini öz 

himayəsinə götürmüşdü. 

Ədəbiyyat və 

Bu illərdə Azərbaycan ədəbiyyatı da yeni 

incəsənət 

əsərlərlə  zənginləşirdi.  Respublikada  500  nəfərdən  çox 

peşəkar yazıçı vardı. Müstəqillik uğrunda açıq mübarizə və müstəqilliyin 

ilk  dövrlərində  ədəbiyyatda  alovlu  şeirləri  ilə  xalqı  şər  qüvvələrə  qarşı 

əlbir  mübarizəyə  çağıran  Bəxtiyar  Vahabzadə,  Xəlil  Rza  (Ulutürk)  və 

Məmməd  Araz  zirvələri  daha  aydın  görünürdü.  Xəlil  Rzanın  «Davam 

edir  37...»  şeirlə  toplusu.  Bəxtiyar  Vahabzadənin  «Şəhidlər»  poeması, 

«Göytürklən> pyesi böyük poetik və tərbiyəvi təsir gücünə malik idi. 

Ədəbiyyatda  müharibə,  yeni  iqtisadi  münasibətlərə  keçid  dövrü, 

siyasi 


qeyri-sabitlik, 

hakimiyyət  uğrunda  mübarizə  şəraitində 

cəmiyyətdə,  insan  mənəviyyatında  baş  verən  dəyişiklikləri  əks  etdirən 

yeni  mövzular  meydana  gəlməyə  başlamışdı.  İsmayıl  Şıxlının  «ölən 

dünyam»,  İlyas  Əfəndiyevin  «Hökmdar  və  qızı»,  İsa  Hüseynovun 

«Cəhənnəm»,  Nəriman  Həsənzadənin  «Pompeyin  Qafqaza  yürüşü». 

Sabir  Rüstəmxanlının  «Bu  sənin  xalqındır».  Çingiz  Abdullayevin 

dedektiv romanlan bu dövrün mühüm ədəbi hadisələri idi. 

Ənvər  Məmmədxanlının  «Babək»  (əvvəllər  yazılıb,  lakin  ilk  dəfə 

1994-cü  ildə  çap  olunub).  Mustafa  Çəmənlinin  «Xallı  gürzə».  Aqil 

Abbasın  «Batmanqılınc»,  Əzizə  Cəfərzadənin  «Eldən-elə»,  «Zərintac» 

əsərləri  xalqın  qəhrəman,  ibrətamiz  tarixi  keçmişini  işıqlandırır,  böyük 

tərbiyəvi əhəmiyyət kəsb edir. 

538 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə