GiRİŞ İncəsənətin növləri. Bədii obraz Musiqi incəsənətin bir növüdür. İncəsənət isə ictimai şüurun bir formasıdır. İncəsənət- ictimai şüur forması olaraq ətraf gerçəkliyin bədii obrazlar vasitəsilə əks etdirilməsidir



Yüklə 81,55 Kb.
səhifə1/20
tarix26.07.2023
ölçüsü81,55 Kb.
#119976
  1   2   3   4   5   6   7   8   9   ...   20
analiz movzu


GİRİŞ
İncəsənətin növləri. Bədii obraz
Musiqi incəsənətin bir növüdür. İncəsənət isə ictimai şüurun bir formasıdır. İncəsənət- ictimai şüur forması olaraq ətraf gerçəkliyin bədii obrazlar vasitəsilə əks etdirilməsidir. O müəyyən bir şəxsin düşüncəsi deyil və incəsənətin məhsulu, bütün bəşəriyyətə məxsusdur.
İncəsənəti ictimai şüurun digər formalarından fərqləndirən ( fəlsəfə, elm) bədii obrazdır. Bədii obraz- tipik hadisələrin fərdiyyət vasitəsilə əks etdirilməsidir. Bədii obraz estetik zövqü əks etdirərək, mütləq sənətkar rəyini tələb edir. Bədii obrazda fərdi yol ilə ümumi bir hal ifadə edilir. Məsələn: M.İ.Qlinkanın yaratdığı İvan Susanin obrazı özündə bir çox vətənpərvər rus kəndlisinin ümumi cizgilərini cəmləmişdir. Eyni zamanda Qlinkanın operada yaratdığı Susanin obrazi parlaq, təkrarolunmaz bir fərddir.
İncəsənət hər şeydən əvvəl ictimai varlığı, ictimai gerçəkliyi, insanın fikir və duyğularını əks etdirir. İncəsənət həyat hadisələrini müəllifin daxili subyektiv aləmindən keçərək əks etdirir.
İncəsənətin müxtəlif növləri- musiqi, poeziya, kino öz əsasları və ictimai funksiyalarına görə vahiddir. Lakin eyni zamanda onların hər biri özünəməxsus xüsusiyyətlərə malikdir. Məsələn: elə incəsənət növləri vardır ki, müvəqqəti, eləsi də var ki, daimidir:
1. Ədəbiyyat, kino, musiqi - müvəqqəti
2. Rəssamlıq, heykəlaraşlıq, memarlıq – daimidir.
İncəsənətin bu növlərində dərk etmə metodu da müxtəlifdir:
1. I halda dərk etmə xüsusidən, ümumiyə
2. II halda isə lk dəfə ümumi qavranılır, sonra xüsusi.
Məsələn, bu və ya digər ədəbi əsəri dərk etmək üçün bütün səhifələri bir-birinin ardınca oxumaq, sonata və ya bir simfoniyanı dərk etmək üçün onu xanə-xanə dinləmək, kinonun tam məğzini anlamaq üçün hər kadrına baxmaq lazımdır. Belə ki, bütün bu hallarda xüsusini dərk etmək lazımdır ki, nəticədə ümumi bir fikir alınsın. Rəssamlıq, heykəltaraşlıq, memarlıqda isə ilk anda gördüyümüz ümumi bir hal qavranılır, sonra isə detallar.
İncəsənətin digər söz və baxış vasitəsilə dərk edilən növlərindən fərqli olaraq musiqi incəsənəti səsli obrazların ifadəsidir.Yəni, musiqi səsli və vaxtla təyin edilən incəsənətdir. Musiqi rəssamlıq və heykəltaraşlıqda olduğu kimi biləvasitə müəyyən cisimləri əks etdirməyi və ya ədəbiyyatda olduğu kimi cismin tərəflərini təsvir etməyi bacarmır. Lakin, musiqi insanın müxtəlif xarakterini, emosional-psixoloji əhval-ruhiyyəsini daha zəngin və müxtəlif boyalarla təsvir etməyə qadirdir. Musiqi incəsənətində əsərlərin dərk edilmə prosesi incəsənətin digər növlərinin dərk edilməsi prosesindən kəskin surətdə fərqlənir. Əgər ədəbiyyat, kino, təsviri incəsənətdə ilk növbədə məna və məqsədi başa düşüb sonra onun xarakterini dərk ediriksə, musiqi incəsənətində isə ilk növbədə mənanın xarakterini və onun vasitəsilə mənanı dərk edirik (Məsələn, “kitabı mənə ver” sözündə biz ilk növbədə bizdən nə istənildiyini başa düşür, sonra isə onun bizdən hansı tərzdə istənildiyini-xahiş edildiyi, əmr edildiyi və s. Musiqidə isə ilk xanələrdən qəmli, şən, həyəcanlı xarakteri eşidir və sonra onun mənasını başa düşürük).

Yüklə 81,55 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə