GiRİŞ İncəsənətin növləri. Bədii obraz Musiqi incəsənətin bir növüdür. İncəsənət isə ictimai şüurun bir formasıdır. İncəsənət- ictimai şüur forması olaraq ətraf gerçəkliyin bədii obrazlar vasitəsilə əks etdirilməsidir



Yüklə 81,55 Kb.
səhifə2/20
tarix26.07.2023
ölçüsü81,55 Kb.
#119976
1   2   3   4   5   6   7   8   9   ...   20
analiz movzu

MUSİQİDƏ ÜSLUB VƏ JANR
Musiqinin qanunuyğunluqlarını öyrənmək üçün üslubjanr məvhumununu bilmək olduqca vacibdir.
Musiqi üslubu- müəyyən sosial tarixi zəmində əmələ gələn və müəyyən dünyagörüşü ilə bağlı musiqi təfəkkürü, obrazlar və onların təcəssüm etdirilmə vasitələri sistemini bölünməz vəhdət kimi nəzərdən keçirən sistemdir. Musiqi üslubunun başa düşülməsi bu və ya digər bəstəkarın ümumi yaradıcılığına münasibətin başa düşülməsidir.
Üslub anlayışı həm geniş, həm də məhdud mənada işlənir. Məsələn: Vyana klassiklərinin üslubu və ya “Qüdrətli dəstə” bəstəkarlarının üslubu dedikdə üslub məvhumu geniş məna daşımış olur. Lakin hər hansı bir bəstəkarın üslubu və yaxud onun yaradıcılığının müəyyən dövrünün üslubu (məsələn, Bethoven yaradıcılığının son dövrü, Skryabin yaradıcılığının ilk dövrü” dedikdə üslub məhvumu məhdud məna daşıyır).
Hər bir musiqi əsərinin forması olduğu kimi müəyyən janra da aid olmalıdır. Musiqi janrı məzmunca ümumi əlamətləri olan və ifadə vasitələri bir-birinə yaxın olan əsərlərin müxtəlif növləridir. Marş, rəqs, konsert, opera, balet, simfoniya, kantata, oratoriya, ariya, romans və s.- bütün bunlar musiqi janrlarıdır. Üslub kimi janr anlayışı da həm geniş, həm də məhdud mənada işlədilir. Məsələn: marş, rəqs, mahnı geniş məna daşıyan janrlardır. Lakin, təntənəli marş, matəm marşı, vals, mazurka, polonez, əmək mahnısı və s. məhdud məna daşıyan janrlardır.
Elə janrlar vardır ki, onlar həyati vəzifələrlə əlaqədardər: əmək, beşik, toy, dəfn və s.
Janrlar tarixən inkişaf edir və dəyişir. Belə ki, ictimai həyat şəraiti boyunca onların bir neçəsi unudulur, bəzi janrlar isə yeni-yeni meydana gəlir. Məsələn, dini musiqi janrları, madriqal, motet unudulmuş janrlardır, yeni janrlara isə caz, rok, pop, rep və s. aiddir.
Janr həmçinin milli xüsusiyyətə malikdir.Hər bir xalq və millətin özünün fərqləndirici milli xüsusiyyətləri vardır. Bu xüsusiyyətlər coğrafi şərait, daxili adət-ənənlərlə əlaqədardır. Məsələn, beşik, toy mahnıları ümumbəşər xarakte daşıyır. Muğam isə- şərq musiqi janrı, spiriçivos-zənci musiqi janrı, saqa-skandinav musiqi janrı, əfsanə-slavyan xalqlarının janrı olaraq, milli xarakter daşıyır.

Yüklə 81,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə