GiRİŞ İncəsənətin növləri. Bədii obraz Musiqi incəsənətin bir növüdür. İncəsənət isə ictimai şüurun bir formasıdır. İncəsənət- ictimai şüur forması olaraq ətraf gerçəkliyin bədii obrazlar vasitəsilə əks etdirilməsidir



Yüklə 81,55 Kb.
səhifə4/20
tarix26.07.2023
ölçüsü81,55 Kb.
#119976
1   2   3   4   5   6   7   8   9   ...   20
analiz movzu

1. Ekspozisiya
2. Bağlayıcı hissə
3. İnkişaflı işlənmə hissəsi
4. Repriza hissəsi
5. Giriş hissəsi
6. Tamamlayıcı hissə
l hissə “Ekspozisiya” bölməsi materialın ilk nümayişidir. Burada material tam halda verilir. Tonal və quruluş vahidliyi özünü göstərir.
Bağılıyıcı” hissə aralıq bölməsidir. O bağlayıcı funksiyasını yerinə yetirir. Bu ifadə növünün əsas vəzifəsini birinci materialdan digərinə keçid təşkil edir. Buna görə də o, intonasiya melodik cəhətdən əvvəlki hissədən götürülərək sonrakına istiqamətlənir. Ona görə də, onun melodik xətti sərbəst intonasiya əsasından mərhumdur.
İnkişaflı” işlənmə bölməsində ekspozisiyada nümayiş etdirilmiş material inkişaf olunur. Burada melodik xətt fəal xarakter daşıyır. İntonasiya xətti isə öz bütövlüyünü sekvensiya vasitəsilə itirir. Əsas tonallıqdan uzaqlaşır, yalnız orta hissə sonunda ona qayıdılır.
Repriza” bölməsində bütün məzmunun mənimsənilməsi verilir. Bu reprizada birinci hissənin tematizmi istifadə olunur, lakin o başqa məna, başqa funksiya daşıyır. Reprizalı ifadə növü nəticələndirici xarakter daşıyır. Bu xarakter T-nın böyük rolu ilə əldə edilir.
Giriş hissəsi hazırlıq funksiyası, tamamlayıcı bölmə isə nəticə, yekun funksiyası daşıyır. Girişdə melodik xətt tamlıqdan mərhum olaraq yeni materiala yönəlir.
Tamamlayıcı” hissəni "koda" da adlandırmaq olar. Bu hissədə melodik xətt T-nı təsdiq edir, bütün formanı yekunlaşdırır.


MUSİQİNİN İFADƏ VASİTƏLƏRİ
Musiqi əsərində məzmunun açılması üçün musiqi ifadə vasitələrindən istifadə edilir. Musiqinin əsas ifadə vasitələri- melodiya, harmoniya, ritm, temp, registr, tonallıq və s. –dir.
Melodiya- 1 səsli tamamlanmış musiqi fikridir, o musiqi əsərinin əsasını təşkil edir. Melodiya musiqinin canıdır, onun vasitəsilə dinləyiciyə müəyyən bir musiqi fikri çatdırılır. Melodiya müxtəlif xarakterdə ola bilər: məlahətli, ağır, cəld, yüngül, incə və.s.
Melodik xəttin əsasını lad təşkil edir. İfadəli xarakter, milli xüsusiyyətlər lad əsasında öz əksini tapır. Ümumiyyətlə, melodiyanın xarakterində onun lad əsası böyük rol oynayır. Məsələn, major ladı əksər hallarda coşğun, nikbin, minor ladı isə qəmgin, həzin səslənir.

Yüklə 81,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə