GiRİŞ İncəsənətin növləri. Bədii obraz Musiqi incəsənətin bir növüdür. İncəsənət isə ictimai şüurun bir formasıdır. İncəsənət- ictimai şüur forması olaraq ətraf gerçəkliyin bədii obrazlar vasitəsilə əks etdirilməsidir



Yüklə 81,55 Kb.
səhifə6/20
tarix26.07.2023
ölçüsü81,55 Kb.
#119976
1   2   3   4   5   6   7   8   9   ...   20
analiz movzu

7. Qeyri-təkrar quruluşlu period- bu periodda II cümlə yeni materiala əsaslanır.
8. 3 cümləli period- bu period da sual-cavab xarakteri daşıyır: 2 cümlə sual, 1 cümlə cavab və ya əksinə. Üç cümləli periodda III cümlə II cümlənin təsdiqi kimi verilir.
Qeyd etdiyimiz kimi periodun ən böyük tərkib hissəsi cümlədir. Cümlənin özü isə daha kiçik tərkib hissələrə ayrılır ki, bu da fraza (ibarə) adlanır. Fraza cümləyə nisbətən daha bitkin fikri əks etdirir. Bir cümlədə 2-3 fraza ola bilər. Frazanın tərkib hissəsi isə motiv adlanır. Motiv səslərin kiçik qrupu olaraq bir və ya 1½ xanəni əhatə edir.
Çox vaxt periodda II cümlədə xanələrin sayı I cümləyə nisbətən artıq olur. Genişlənmə I cümlənin hər hansı bir motivinin təkrarı yolu ilə ola bilər. Bəzi proqramlı əsərlərdə giriş hissə olur ki, giriş periodun sonunda əlavə kimi təkrar olunarsa, buna şərti olaraq "reprizli period" deyilir. (Məs: Şopenin "h moll" prelüdü, Çaykovskinin "Qaratoxmaq qadın" operasından Lizanın ariyası və s.).
Period həm müstəqil əsər forması kimi, həm də iri quruluşu əsərlərin tərkib hissəsi kimi istifadə edilə bilər. Müstəqil əsər forması kimi ona miniatür (kiçik həcmli) janrlarda rast gəlinir. Yəni, bu halda bütöv bir əsər period formasında yazılır. Məs: mahnı, rəqs, marş, uşaq pyesləri və s. İri quruluşlu əsərlərin bir hissəsi kimi isə period sadə 2 hissəli, sadə 3 hissəli əsərlərin hər 3 hissəsində, qədim variasiya forması, sonata formasının mövzularında istifadə edilir.
SADƏ 2 HİSSƏLİ FORMA
Sadə iki hissəli forma- sadə formalar sırasına daxildir. Sadə formalar mürəkkəb formalardan fərqli olaraq özündə perioddan təşkil olunmuş strukturunu əks etdirir. Sadə iki hissəli forma- iki perioddan təşkil olunmuş formadır. Bu periodlar tematik məzmununa görə vahiddir. İki hissəli formanı yaradan periodun hər biri kvadrat və ya genişlənmiş period ola bilər. Çox vaxt II period həcm etibarilə I perioddan böyük olur. I periodu- A, II periodu isə- B hərfi ilə işarə etsək sadə 2 hissəli formanın hərfi sxemi: A+B olur. Yəni

Yüklə 81,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə