GiRİŞ İncəsənətin növləri. Bədii obraz Musiqi incəsənətin bir növüdür. İncəsənət isə ictimai şüurun bir formasıdır. İncəsənət- ictimai şüur forması olaraq ətraf gerçəkliyin bədii obrazlar vasitəsilə əks etdirilməsidir



Yüklə 81,55 Kb.
səhifə8/20
tarix26.07.2023
ölçüsü81,55 Kb.
#119976
1   ...   4   5   6   7   8   9   10   11   ...   20
analiz movzu

SADƏ ÜÇ HİSSƏLİ FORMA
Kənar hissələri eyni olub, mərkəzi nisbətən təzadlıq təşkil edən quruluşa sadə üç hissəli forma deyilir. Burada birinci və üçüncü hissələr öz məzmunu, musiqisi, xarakteri, həcmi etibarilə eyni olur, ikinci hissə isə kənar hissələrdən az və çox dərəcədə fərqlənir. Sadə üç hissəli formada birinci hissə period adlanaraq- A hərfi ilə; ikinci hissə orta hissə adlanaraq- B; üçüncü hissə isə repriza adlanaraq- A hərfi ilə işarə edilir. Beləliklə, sadə üç hissəli formanın hərfi sxemi: ABA
Sadə üç hissəli formanın I hissəsi həm kvadrat period formasına, həm də genişlənmiş period formasına mənsub ola bilər. Qalan hissələr isə, period forması ola da bilər, olmaya da bilər. Sadə üç hissəli forma öz inkişafına görə 2 müxtəlif növə bölünür:
1. Bir mövzulu sadə üç hissəli forma
2. Müxtəlif mövzulu sadə üç hissəli forma
Bir mövzulu sadə üç hissəli forma adından görünüyü kimi eyni tematik materialı əks etdirən quruluşdur. Onda mərkəzi hissə I hissənin materialı əsasında qurulur, yəni onun əsas fikrini ya başqa tonallıqda bir qədər dəyişilmiş şəkildə təkrar edir, ya da variasiyalı şəkildə inkişaf etdirir. O bir növ işlənmə xarakter daşıyır.
Müxtəlif mövzulu sadə üç hissəli forma adından göründüyü kimi əvvəldən axıra kimi eyni tematizm əsasında qurulmur. Burada mərkəzi II hissə nisbətən təzadlı musiqi materialına əsaslanır, fakturası, tonallığı dəyişilir, lakin xarakter etibarilə təzadlıq o qədər hiss olunmur.
I hissənin forması çox vaxt rast gəlinən modulyasiyalı və ya açıq perioddur, reprizada bu material T-da bitir.
II hissə- "Orta hissə" tonallıq cəhətdən qeyri-sabitdir. Onda sekvensiya, ritmik şəkilin dəyişməsi, yaxın tonallıqlara keçid özünü göstərir. Adətən orta hissə D funksiyasında bitir. Bəzən ona bir neçə xanə əlavə edilə bilər ki, buna da "predıkt" deyilir("predıkt"- repriza qabağı D funksiyasında bir neçə xanənin səslənməsidir, yəni, reprizaya hazırlıq).
III hissə- "Repriza" müstəqil bir bölmə olaraq, I hissəni bütövlüklə və ya bir qədər əvvəlindən təkrar edir. Repriza I hissəni eynilə təkrar etməlidir, lakin bəzən bu repriza bir qədər dəyişilmiş ola bilər. Bununla bağlı sadə üç hissəli formanın reprizi bir neçə növdə olur:

Yüklə 81,55 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə