GiRİŞ İncəsənətin növləri. Bədii obraz Musiqi incəsənətin bir növüdür. İncəsənət isə ictimai şüurun bir formasıdır. İncəsənət- ictimai şüur forması olaraq ətraf gerçəkliyin bədii obrazlar vasitəsilə əks etdirilməsidir



Yüklə 81,55 Kb.
səhifə9/20
tarix26.07.2023
ölçüsü81,55 Kb.
#119976
1   ...   5   6   7   8   9   10   11   12   ...   20
analiz movzu

1. Dəqiq repriza (statik)
2. Dəyişilmiş repriza (dinamik)
3. İxtisarlaşmış repriza
4. Genişlənmiş repriza
Sadə üç hissəli formada yazılan əsərlərin giriş və tamamlayıcı hissələri də ola bilər. Onlar həcmcə perioddan kiçik olurlar. Sadə üç hissəli formada hissələrin təkrarına da rast gəlinir: AA BA BA; AABA; ABABA.
Adətən sadə üç hissəli formada kiçik həcmli əsərlər- məsələn, nökturn, elegiya, etüd, mahnı, rəqslər, instrumental pyeslər yazılır. Bundan başqa iri quruluşlu əsərlərin müəyyən hissələri də sadə üç hissəli formada yazıla bilər: Məsələn: mürəkkəb üç hissəli formanın hissələri, nadir halda ronda, variasiya, sonata formasının mövzuları və s.


MÜRƏKKƏB ÜÇ HİSSƏLİ FORMA
Kənar hissələri eyni, orta hissəsi isə tamamilə təzadlıq təşkil edən quruluşa mürəkkəb 3 hissəli forma deyilir. Mürəkkəb üç hissəli forma elə reprizli 3 hissəli formaya deyilir ki, onda I hissə 2 və ya sadə 3 hissəli formada ifadə olunur. Qalan hissələr isə bu formada ola da bilər olmaya da (sadə 2 hissəli, sadə 3 hissəli, bəzən period). Sadə üç hissəli formada olduğu kimi, mürəkkəb üç hissəli formanın da hərfi sxemi ABA-dır. Lakin sadə üç hissəli formadan fərqli olaraq, mürəkkəb üç hissəli formanın hər hissəsi öz daxilində sadə formalardan ibarət olur. Mürəkkəb üç hissəli formanın axırında "koda" olması da mümkündür. Mürəkkəb üç hissəli formanın sxemi:
A B A
aba aba aba + koda
ab ab ab
Mürəkkəb 3 hissəli forma XVII əsrin sonu və XVIII əsrin əvvəllərində formalaşmışdır. Qədim süitalarda II-dən sonra I təkrar olunan 2 eyniadlı rəqsin (məsələn, 2 menuet, 2 qavot və s.) biləvasitə müqayisəsi mürəkkəb 3 hissəli formanın ilk nümunəsidir: I menuet, II menuet, I menuet (İ.S.Bax “İngilis süitası”) və s. Bu vaxt I rəqsin təkrarı notda yazılmır, II rəqsdən sonra xüsusi işarə vasitəsilə qeyd olunurdu. Məsələn, Menuet da capo (da capo-“əvvəldən”) qavot da capo. Hər rəqs ayrılıqda sadə 2 hissəli, nadir hallarda isə sadə 3 hissəli formada yazılırdı. 2 eyniadlı rəqsin müqayisəsi və onların birincisinin təkrarı süitanın daxilində mürəkkəb 3 hissəli formanı yaradırdı. Sonralar bu sərbəst əsər kimi ayrılmağa başlayır. II rəqs adətən I yazılan temp və ölçüdə yazılırdı. Tonallıq da saxlanılır, bəzən lad dəyişikliyi özünü göstərirdi. Bəzən II rəqs özünün bir qədər sakit və səlis ritmik hərəkəti və daha şəffaf fakturası ilə I rəqslə təzadlıq təşkil edirdi.Orkestr üçün yazılmış əsərlərdə II rəqsin 3 alət, klavir üçün yazılmış əsərlərin isə 3 səs üçün yazılması adət halını almışdı. Bunun nəticəsində mürəkkəb 3 hissəli formanın orta hissəsi 3 səsli olub-olmamasından asılı olmayaraq “trio” adını almışdır. Əgər trio başqa lad-tonalda yazılırdısa, onu çox vaxt notun üzərində lad dəyişmə işarəsilə qeyd edirdilər: Minore (I hissə major tonallığında olarsa) və ya Majore (I hissə minor tonallığında olarsa).
Tədricən mürəkkəb 3 hissəli formanın kənar hissələrilə orta hissəsi arasında olan təzad daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Əsas tonallığa orta hissədə daha az təsadüf olunur. Bundan başqa orta hissə öz mövzu materialının xüsusiyyətinə, vəzninə və tempinə görə I-dən daha kəskin fərqlənməyə başlayır. Mürəkkəb 3 hissəli formada yazılan fəal və hərəkətli əsərlərdə orta hissə adətən daha sakit olur. Əksinə, lirik xasiyyətli pyeslərdə orta hissə çox vaxt hərəkətli və həyəcanlı olur.
Mürəkkəb 3 hissəli formanın I hissəsi qeyd etdiyimiz kimi sadə 2 və ya 3 hissəli formada yazılır. O adətən əsas tonallıqda tam kadensiya ilə, bəzənsə başqa tonallıqda, məsələn D tonallığında tamamlanır. I hissə daxilində təkrarlanmalara da yol verilə bilər.
Mürəkkəb üç hissəli formada orta- II hissə kənar hissələrlə kəskin ziddiyyət təşkil edir. O, hazırlıqsız, bağlayıcı mövzu olmadan, gözlənilmədən başqa bir tonalda ifadə olunur, öz melodiyası, ritmi, fakturazı etibarilə kənar hissələrdən fərqlənir. Mürəkkəb üç hissəli formanın orta hissəsi 2 növdə olur: 1) müstəqil forması olan (period, sadə 2 və ya 3 hissəli) və 2) belə forması olmayan, bir sıra quruluşlardan ibarət olan.
Mürəkkəb 3 hissəli formanın müstəqil period, sadə 2 və ya 3 hissəli formada ifadə olunmuş orta hissəsi notun üzərində qeyd olunub-olunmamasından asılı olmayaraq "trio" adlanır. Nadir hallarda mürəkləb üç hissəli formanın II hissəsi qeyri-sabit və tamamlanmış olur. Müstəqil forması olmayan və bir sıra quruluşlardan ibarət olan orta hissə "epizod" adlanır.
Trio və epizod öz formalarına görə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənsələr də bir sıra uyğun əlamətlərə malikdirlər: onların hər ikisi adətən əsas tonallıqda deyil, yeni tonallıqda yazılırlar; həm trio, həm də epizod yeni musiqi materialı əsasında qurulur. Lakin epizodun mövzusu sərbəstliyilə fərqlənir.
Əgər triolu mürəkkəb üç hissəli formanın yaranması qədim rəqs süitası ilə əlaqədardırsa, epizodlu mürəkkəb 3 hissəli formanın mənbəyi qədim vokal-rəqs janrı, mahnı-yallılarla bağlıdır. Triolu mürəkkəb 3 hissəli forma canlı, iti hərəkətli əsərlərdə, rəqslər, marşlar, skerçolarda geniş istifadə olunur. Əksinə, epizod tipli orta hissə adətən ağır templi, lirik xarakterli pyeslər üçün səciyyəvidir. Sonralar trio və epizodun istifadə dairəsi sərhədi daha az hiss olunmağa başlanır, xüsusilə triodan ağır, lirik pyeslərdə də istifadə edilir.
Mürəkkəb 3 hissəli formanın orta hissəsində daha çox təsadüf edilən tonallıqlar S tərəfin eyniadlı tonallıqlarıdır ( IV pillə, majorlu əsərlərdə paralel minor, VI bəmləşmiş pərdə, minorlu əsərlərdə paralel major). Müstəsna hallarda orta hissədə D tonallığına təsadüf edilir. (Məsələn, P.Çaykovski IV simfoniya II h.-əsas tonallıq b-moll, orta F-dur).
Mürəkkəb 3 hissəli formanın orta hissəsi çox vaxt dərhal I hissə tamamlandıqdan sonra başlanır. Bir qayda olaraq I və orta hissə arasında bağlayıcı hissə olmur. Formanın orta hissəsidən reprizə keçərkən isə müntəzəm keçiddən istifadə olunur:

  1. Orta hissə ilə repriza arasında əsas tonallığa modulyasiya edən,bəzənsə reprizin mövzu materialını hazırlayan bağlayıcı hissə daxil edilməsi;

  2. Orta hissənin axırında biləvasitə reprizə aparan quruluş.

Orta hissə epizod olarsa II növdən, trio olarsa hər 2 növdən istifadə olunur.
Mürəkkəb 3 hissəli formanın orta hissəsi hazırlıqsız, birdən-birə , III hissəsi isə əksinə, hazırlıqlı başlayaraq əsərin tamlığına imkan yaradır.Mürəkkəb 3 hissəli formanın III hissəsi olan repriz I hissənin dəqiq təkrarı ola bilər. Belə olduqda reprizanın not yazısı olmur. Onun əvəzinə triodan sonra da capo sözü, d. c. hərfləri (yəni, “əvvəldən”) və ya "Da capo al fine" sözləri yazılır, yəni əvvəldən, I A hissəsi, "fine" sözünədək təkrar edilməlidir.
Lakin repriza həmişə I hissəni olduğu kimi təkrar etmir, müxtəlif şəkildə dəyişilə bilir. Yəni, mürəkkəb üç hissəli formada bəzən repriza qısalmış, ixtisar edilmiş, variasiya oluna bilər. Onun reprizası nadir hallarda dinamikləşir (Şopen. c-moll noktyurnu). Reprizanın qısalması zamanı sadə 2 və ya 3 hissəli forma əvəzinə bir period təkrar oluna bilər. Ümumiyyətlə mürəkkəb 3 hissəli formanı o vaxt tam adlandırmaq olar ki, onun 3 əsas hissəsindən hər biri sadə 2 və ya 3 hissəli formada yazılmış olsun.
Mürəkkəb 3 hissəli formada yazılmış əsərlərin giriş və kodası ola bilər. Giriş bəzən kiçik olaraq, tonal cəhətdən hazırlıq xüsusiyyəti daşıyır, əsərin temp və vəznini müəyyənləşdirir (məsələn, marşlarda). Həcminə görə daha böyük girişlərə təsadüf olunur.
Mürəkkəb 3 hissli əsərlərin kodası da çox vaxt böyük əhəmiyyət kəsb edir. Koda bir növ əsərə yekun vurur, onun əsas fikrini təsdiqləyir. Koda I hissə ilə əlaqəli ola bilər. Lakin onda orta hissənin materialının istifadəsi də mümkündür. Əgər koda hər 2 hissənin materialına əsaslanarsa, ona “sintetik” koda deyilir (məsələn, Bethoven.25-ci sonatanın ağır hissəsinin kodası).
Mürəkkəb üç hissəli forma həm müstəqil əsər kimi, həm də silsilə əsərlərin bir hissəsi kimi istifadə edilir. Marş, rəqs, mazurka, polonez, ariya, romans, xorlar və s. bu formada yazılır. Həmin formada bir çox simfoniya, sonata və digər silsiləli əsərlərin həm ağır, həm də iti hissələri də yazıla bilər.

Yüklə 81,55 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə