GiRİŞ İncəsənətin növləri. Bədii obraz Musiqi incəsənətin bir növüdür. İncəsənət isə ictimai şüurun bir formasıdır. İncəsənət- ictimai şüur forması olaraq ətraf gerçəkliyin bədii obrazlar vasitəsilə əks etdirilməsidir



Yüklə 81,55 Kb.
səhifə17/20
tarix26.07.2023
ölçüsü81,55 Kb.
#119976
1   ...   12   13   14   15   16   17   18   19   20
analiz movzu

A-bağlayıcı quruluş
B-bağlayıcı quruluş
CA-bağalıyıcı quruluş
A-bağlayıcı quruluş
B-bağlayıcı quruluş
əsas ton + koda


SİLSİLƏLİ FORMALAR
Ümumi məzmuna əsaslanan, bir neçə müstəqil hissələrin toplusundan silsilə mahiyyətli formalar yaranır. Müstəqil hissələr eyni bir məzmuna əsaslanması nəticəsində yaranan silsilə formada vahid fikrin, vahid məzmunun tərənnümü öz əksini tapır.
Əsas etibarilə silsilə mahiyyətli formalara aşağıdakılar daxildir:
1. Sonata silsiləsi-sonata, simfoniya, konsert, trio, kvartet, kvintet və.s
2. Suita
3. Opera
4. Musiqili komediya, operetta
5. Balet
6. Kantata
7. Oratoriya
SONATA SİLSİLƏSİ
Sonata silsiləsi adətən 3 və ya 4 hissədən ibarət olur.
Tək alət üçün yazılmış sonatalar adətən, 3 hissədən ibarət olur:
I hissə bir qayda olaraq sonata formasında yazılır və tez tempdə olur.
II hissə ağır tempdə, sadə 2 hissəli, sadə 3 hissəli formasında yazılır.
III hissə isə tez tempdə, rondo, sonata-alleqro yaxud, rondo sonata formasına malik olur.
Simfoniya simfonik orkestr üçün yazılmış, 4 hissədən ibarət olan silsilə mahiyyətli əsərdir.
I hissə sonata alleqro formasında yazılaraq, tez tempə malik olur. Həmin hissə girişlə də başlaya bilər.
II hissə sadə 2 hissəli sadə 3 hissəli formada yazılaraq, ağır tempdə olur.
III hissə mürəkkəb 3 hissəli formada yazılaraq aramlı, orta tempə malik olur. Məsələn: menuet, skerço və.s. Xarakter etibarilə II hissədən öz şıltaqlığı ilə, IV hissədən isə qeyri-ciddiliyi ilə fərqlənir.
IV hissə "Final" adətən sonata alleqro formasında və ya rondo, rondo sonata formasında yazılaraq tez tempdə olur.


SÜİTA JANRININ YARANMASI
Müstəqil hissələrin ümumi məzmuna əsaslanması nəticəsində süita janrı yaranmışdır. Süita-fransız sözü olaraq, mənası "sıra", "ardıcıllıq" deməkdir. Adətən süitanın hissələri xarakterinə, tempinə görə bir-birinə ziddiyyət təşkil edir.
Bu janr 2 rəqsin- yavaş tempə malik "Pavana" və cəld templi "Qalyarda"nın bir-birinə qarşı qoyulması nəticəsində yaranır.
Qədim rəqs süitasının klassik növü 4 hissədən ibarət idi: aramlı templi "allemanda", tez və ya orta templi "kuranta", yavaş templi "sarabanda" və tez templi "jiqa". Çox vaxt jiqadan əvvəl menuet və yaxud qavot olurdu. Qədim süita allemanda, kuranta, sarabanda, menuet, jiqa və.s kimi müxtəlif templi rəqslər toplusundan ibarət idi(Məsələn: İ.S.Bax ingilis və fransız süitaları).
XVI-XVII əsrlərdə süitalar lyutniya, klavesin, orkestr üçün yazılırdı.
XVII-XVIII əsrlərin süitası müxtəlif xarakterli rəqslərdən ibarət olan pyeslər idi. Onlar temp, ölçü, ritm, polifonik xarakter və məzmunu ilə fərqlənirdi. Bu rəqsləri bir-birinə birləşdirən yeganə amil tonallıq idi.
XVIII əsrin sonlarında sonata, simfoniya kimi janrlar süitanı 1 növ sıxışdırır.
XIX-XX əsrlərdə süitaların yeni növü yaranır. Bu dəfə onun hissələri qeyri rəqs xarakterli pyeslərdən ibarət olur. Həmçinin bu dövrdən etibarən süitanın hissələrinin tonallıqları da müstəqilləşir. Təkcə axırıncı hissə I hissənin tonallığında olaraq süitanı sanki çərçivəyə alır.
Həmçinin süitalar müəyyən məzmuna, proqramlara əsaslanmağa başlayır(Məsələn: R.Korsakovun "Şəhrizad" Min bir gecə nağılı əsasında süitası, Musorqskinin rəssam V.Qartmanın rəsmlərindən ibarət sərginin təsuratı altında yazdığı "Sərgidən şəkillər" silsiləsi, E.Qriqin İbsenin eyni adlı draması əsasında yazdığı "Per-Qünt" süitası). Həmçinin rondo, kapriççio kimi pyeslər süitanın tərkibinə daxil oldu.
Tədricən balet süitaları yarandı. Məsələn: Q.Qarayevin "Yeddi gözəl" balet süitası.
Azərbaycan bəstəkarlarının süitalarına misal olaraq C.Cahangirovun "Dostluq mahnısı" süitası, "Məhsul rəqsi" süitası, Niyazinin "Zaqatala" süitası; S.Ələsgərovun "Aşıqsayağı"süitası, T.Quliyevin "Simfonik rəqslər" və.s göstərmək olar.

Yüklə 81,55 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə