GiRİŞ İncəsənətin növləri. Bədii obraz Musiqi incəsənətin bir növüdür. İncəsənət isə ictimai şüurun bir formasıdır. İncəsənət- ictimai şüur forması olaraq ətraf gerçəkliyin bədii obrazlar vasitəsilə əks etdirilməsidir



Yüklə 81,55 Kb.
səhifə20/20
tarix26.07.2023
ölçüsü81,55 Kb.
#119976
1   ...   12   13   14   15   16   17   18   19   20
analiz movzu

I Ekspozisiya
II Orta hissə
III Repriza
Ekspozisiyada əsas və D tonallığı öz əksini tapır. Orta hissədə qohum tonallar səslənir. Reprizada yenə də əsas tonallıq öz mövqeyini möhkəmləndirir.
Ekspozisiyada mövzuların səslənməsinin miqdarı fuqanın neçə səsli olmasını müəyyənləşdirir. Həmçinin əsas və D tonallığında mövzuların əlavə səslənməsi də mümkündür ki, buna “konturekspozisiya” deyilir. Burada mövzu II dəfə bütün səslərdə təkrar edilir. Mövzunun axırı, sonu ilə cavabın əvvəli arasında olan bağlayıcı hissə “kodetta” adlanır.
Orta hissədə qohum tonalların səslənməsilə yanaşı, mövzuda müxtəlif dəyişikliklər edilməsi də mümkündür. Məsələn: mövzunun dönmüş, çevrilmiş, artırılmış, əskidilmiş bəzən modulyasiyalı dəyişikliklərlə səslənməsi və.s.
Mövzunun üst-üstə düşməsi “stretta” adlanır. Yəni müəyyən bir səsdə tamamlanmamış, dərhal o biri səsdə həmin mövzu eşidilir.
Repriza fuqanın III hissəsidir. Bu hissədə əsas tonallığa qayıdılmalı və mövzular bir-birinin üstünə düşərək strettlə keçir.
Fuqanın II və III hissəsində mövzuların səslənməsinin miqdarı qeyri-mümkündür.
Hər bir fuqanın sonunda “kodanın” olması mümkündür. Koda da çox vaxt mövzu orqanpunktunda səslənir.
Fuqanın müxtəlif növləri var:

  1. Mürəkkəb fuqa

  2. Fuqetta

  3. Fuqato

  4. Müşayiətli fuqa

Mürəkkəb fuqa- bir yaxud iki və ya üç mövzu əsasında yazılır. Buna “ikili fuqa” yaxud üçlü fuqa” deyilir.
Kiçik həcmli fuqa “fuqetta” (kiçik fuqa) adlanır.
Böyük hormanik əsər daxilində olan polifonik epizod “fuqato” (fuqaya bənzər) adlanır. Fuqato dedikdə fuqanın yalnız ekspozisiyası nəzərdə tutulur.
Müşayiətli fuqada- mövzuların müxtəlif səslərdə ardıcıl eşidilməsilə yanaşı hamofon- harmonik xarakterli müşayiətin təkrar edilməsi diqqəti cəlb edir.
İnvensiyalar da 1 qədər fuqaya yaxından quruluşdur. İnvensiya imitasiyaya əsaslanan iki və üç səsli polifonik pyesdir. Forması etibarilə o, fuqa və fuqettaya yaxındır. Ola bilər ki, invensiyda mövzu II səsdə təkrar edilərkən D tonallığında yox, yenə də T tonallığında, ya da bir oktava yuxarıda səslənsin.
Adətən fuqanın əvvəlində prelüd olur. Hamofon-harmonik üslubda yazılmış prelüd və polifonik üslubda əsaslanan fuqa iki hissədən ibarət “silsilə formanı” yaradır.


Yüklə 81,55 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə