GiRİŞ İncəsənətin növləri. Bədii obraz Musiqi incəsənətin bir növüdür. İncəsənət isə ictimai şüurun bir formasıdır. İncəsənət- ictimai şüur forması olaraq ətraf gerçəkliyin bədii obrazlar vasitəsilə əks etdirilməsidir



Yüklə 81,55 Kb.
səhifə13/20
tarix26.07.2023
ölçüsü81,55 Kb.
#119976
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
analiz movzu

1) EKSPOZİSİYA
2) İŞLƏNMƏ
3)REPRİZA
Sonata formasının I hissəsi ekspozisiya adlanır. Adətən ekspozisiyada aşağıdakı mözular öz əksini tapır:
1. ƏSAS mövzu (partiya)
2. BAĞLAYICI mövzu (partiya)
3. KÖMƏKÇİ mövzu (partiya)
4. TAMAMLAYICI mövzu (partiya)
Ekspozisiya 2 təzad mövzunun-əsas və köməkçi mövzuların şərhinə əsaslanır. Əsas mövzu formada aparıcı rol oynayaraq, öz fəallığı, həyati enerjisi ilə fərqlənir, əzəmətli, dramatik, həyəcanlıdırsa, köməkçi mövzu məlahətli, lirik, bəzən isə rəqsvaridir.
ƏSAS partiya I mövzunun nümayişinə həsr olunur. O əksər hallarda müstəqil, sərbəst xüsusiyyətə malik olur. Azad, sərbəst ifadəli, fəal əhval-ruhiyyə yaradan bu mövzu əsərin əsas tonallığına əsaslanaraq period formasında yazılır. Bu period birtonallı və ya modulyasiyalı period ola bilər. Qapalı periodda əsas partiya həmişə əsas tonalıqda tam bitkin kadensiya ilə tamamlanır. Lakin bəzən əsas partiya yarım kadensiya ilə, yəni əsas tonallığın D-sı ilə bitir və ya D tonallığına modulyasiya edilir. Bəzən əsas partiyaya kiçik əlavə də verilə bilər. (Haydn, Motsart, və Bethovenin əsas partiyaları əsasən period formasında yazılmışdır). Sonata formasının əsas partiyası bəzən sadə 2 və 3 hissəli formada ( məsələn, Motsart g-moll simfoniyasının finalı (2 his.), Bethoven II simfoniyanın finalı (3 his.), 23-28-ci sonataların finalı (2 his.), Qlinka ”Ruslan və Lüdmila” operasının müqəddiməsinin əsas partiyası (reprizasız s.2 his.), nadir hallarda isə mürəkkəb 3 hissəli formada yazıla bilər (Qlinka “Araqon xotası”nın əs.p.3-5 hissəli forma).
İki əsas mövzu arasında səslənən kiçik mövzu bağlayıcı partiya adlanır.
Bağlayıcı partiya tonallıq etibarilə qeyri-sabit, kadensiya etibarilə tamamlanmamış olur və adətən əsas mövzunun elementlərinə əsaslanır. Bağlayıcı partiya əsas və köməkçi mövzular arasında rabitə, əlaqə, vəzifəsini yerinə yetirərək, köməkçi mövzunun səslənəcəyi tonallığın D-na, yəni yarım kadensiyasına yönəlir. Buna görə bağlayıcı partiyanın tərkibində köməkçi partiyaya hazırlıq özünü göstərir, yəni onda köməkçi partiyanın ayr-ayrı intonasiyaları səslənir. Bağlayıcı mövzunun dəqiq tonallığı olmur, tonallıq etibarilə o, əsas və köməkçi mövzuların tonallıqlarını bir-birinə yaxınlaşdırmaq vəzifəsini daşıyır, yəni onda əsas partiyanın tonallığından köməkçi partiyanın tonallığına modulyasiya edilir. Quruluş cəhətdən bağlayıcı partiya period təşkil etmir, yəni burada ayrı-ayrı kiçik mövzular səslənir.
Bağlayıcı partiyanın bütün imkanlarına baxmayaraq ekspozisiyada onun olması vacib deyil. Bundan başqa, bəzən bağlayıcı partiya çox qısa olaraq bir neçə xanə ilə məhdudlaşır. Onun formada olmamasının əsas səbəbi: bütün formanın miqyasının kiçik olması; əsas və köməkçi partiyalar arasında təzadlığın olmaması, yəni köməkçi partiyanın hazırlanmasına ehtiyacın olmaması; 3 hissəsli əsas partiyanın çox böyük olması (Şubertin “Tamamlanmamış”simfoniyasında bağ.p. 4 xanədir, Çaykovskinin I f-no konsertində isə bağ.p. yoxdur).
Ekspozisiyanın II mövzusunun nümayişinə həsr olunmuş bölməyə köməkçi partiya deyilir. Köməkçi partiya hər bir cəhətdən- istər xarakter, istər lad, istərsə də musiqinin ifadə vasitələri etibarilə əsas partiya ilə ziddiyyət təşkil edir. Əsas partiyaya nisbətən köməkçi partiya əksər hallarda yumşaq, lirik, mülayim, mahnıvari xarakter daşıyır. Əsas və köməkçi partiyaların təzadlığı tarix boyu tədricən yaranmışdır. Vyana klassiklərində (xüsusilə Haydn, Motsart) köməkçi partiya əsas mövzu ilə tək qohum deyil, həmçinin köməkçi tonallığa köçürülmüş və başqa cür inkişaf etmiş elə həmin mövzudur. Onlarda ekspozisiya bir tempdə və bir vəzndə gedirdi. Lakin XIX əsrin II yarısından başlayaraq rus bəstəkarlarında olduğu kimi Qərbi Avropa bəstəkarlarının yaradıcılığında köməkçi partiya əsas partiya ilə tempinə, vəzninə görə təzadlıq təşkil edir. Tədricən köməkçi partiyanın yazıldığı tonal dairəsi də genişlənir. Haydn və Motsartda major əsərlərin köməkçi partiyaları həmişə D tonallığında, minor əsərlərin isə təxminən həmişə paralel major və nadir hallarda minor D-da yazılırdı. Bethoven isə minor əsərlərin köməkçi partiyasında D tonallığından, bəzən VI əksilsilmiş pillədən istifadə etmişdir. Major əsərlərdə III pərdə tonallıqlarından (major və minor) istifadə edilmişdir. Sonralar Bethoven köməkçi partiyanın tonal dairəsini daha da genişləndirmişdir (major əsərlərdə paralel minor, minor əsərlərdə VII bəmləşmiş major və s.). Köməkçi mövzu adətən tam kadensiya ilə öz əsas tonallığında bitir. Forma etibarilə bu mövzu da perioda əsaslanır. Lakin bu period əsas partiyanın periodundan genişdir. Onda daxili və xarici genişlənmələr, cümlələrin çoxluğu, təkrarlıq özünü göstərir. Bundan başqa köməkçi partiyada bir mövzu deyil, bir-birinin ardınca gələn mövzular qrupu ola bilər (2, hətta 3). Onlar I köməkçi partiya, II köməkçi partiya adlanırlar (Çaykovski IV simfoniya I h., Bethoven III simfoniya, III, IV sonatalar I h.) Bəzən köməkçi partiya sadə 2 və ya 3 hissəli formada yazılr. Bu əsasən XIX, XX əsrlərdə rus musiqisində geniş yayılmışdır (Qlinka”Ruslan və Lüdmila”op. Müqəddimə, Çaykovski VI simfoniya).

Yüklə 81,55 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə