GiRİŞ İncəsənətin növləri. Bədii obraz Musiqi incəsənətin bir növüdür. İncəsənət isə ictimai şüurun bir formasıdır. İncəsənət- ictimai şüur forması olaraq ətraf gerçəkliyin bədii obrazlar vasitəsilə əks etdirilməsidir



Yüklə 81,55 Kb.
səhifə14/20
tarix26.07.2023
ölçüsü81,55 Kb.
#119976
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
analiz movzu

TAMAMLAYICI mövzu, adətən köməkçi partiya tonallığında yazılaraq bir növ ona olan əlavəni xatırladır və biləvasitə köməkçi partiyanı tamamlayan tam kadensiyadan sonra başlanır. Çox vaxt tamamlayıcı partiya cümlələri eyni kadensiyalı təkrar quruluşlu periodu təmsil edir. Perioddan sonra bəzən T orqan punktunda qısa əlavə verilə bilər. Klassik sonata-alleqrolarda tamamlayıcı partiya adətən hərəkətli əsas partiyaya yaxındır. Çox vaxt o əsas partiyanın, bəzən bağlayıcı partiyanın materialı əsasında qurulur, bəzənsə ozündə əsas və köməkçi partiyaların intonasiyalarını birləşdirir. Tamamlayıcı partiya həmçinin sərbəst mövzulu materiala da əsaslana bilər. O daima melodik, ritmik və harmonik sadəliyilə fərqlənir.
Yetkin sonata formasında mövzu təzadlığı köməkçi partiyaya keçirildiyi bir zamanda tamamlayıcı partiyanın rolu bir qədər azalır. Bəzən tamamlayıcı partiya köməkçi partiyaya tabe olaraq ona əlavə xüsusiyyəti daşıyır (Çaykovski VI simf. I h.), bəzi hallarda isə əksinə tamamlayıcı partiya çox müstəqil rol oynayır (Myaskovski II f-no sonatasının tam.p-sı “Dies irae” əsasında yaz-dır). Bəzən isə tamamlayıcı partiya heç olmur (Qlinka “Ruslan və Lüdmila”op. Müqəddimə).
Sonata formasında yazılmış əsərlər əsasən girişlə başlanır. Giriş mövzusu əsas mövzudan əvvəl səsləndiyi üçün adətən əsas tonallıqda olur. Çox vaxt giriş hissəsinin tempi ekspozisiyanın tempindən fərqlənir. Tematik cəhətdən də o müstəqil olur. Forma etibarilə perioda da əsaslana bilər və ya həcm etibarilə kiçik- 4,6 xanədən ibarət ola bilər. Bu təkrar bəzən not yazısı ilə yazılır, bəzən isə sadəcə repriza işarəsilə göstərilir.
İŞLƏNMƏ. Sonata formasının II şöbəsi olan işlənmədə adətən ekspozisiyada olan mövzularin materialı işlənərək genişlənir, improvizə olunur, inkişaf edir. Tematik cəhətdən işlənmə ekspozisiyanın əsas, bağlayıcı, köməkçi partiyalarının materialına əsaslanır. Bəzən işlənmə bir mövzunun, xüsusilə əsas partiyanın işlənməsindən ibarər olur. Çox vaxt işlənmə polifonik üslubda yazılır, yəni o mövzunun bütün səslərdə ardıcıl şəkildə təkrarına əsaslanan imitasiya şəklində, bəzənsa fuqato şəklində verilə bilər. Bundan başqa işlənmənin sadə 2 və ya 3hissəli formada verilən epizod formasında yazılmasına da rast gəlinir.
İşlənmə şöbəsinə tonallıq cəhətcə, həmçinin harmonik funksiyalar etibarilə qeyri-sabitlik xasdır. Burada tam mükəmməl kadensiyalar nəzərə çarpmır, əsas tonallıqdan qaçılır, qohum və ya uzaq tonallıqlar saslənir. İşlənmə şöbəsində modulyasiyalı sekvensiyalar, imitasiyalı inkişaf formanın natamamlığı, qeyri konkretlik diqqəti cəlb edir. Nəticədə işlənmənin inkişafı əsas tonallığın D-na istiqamətlənir və bununla da "predikt" hissəsi başlanır (predikt-işlənmənin yekunu, reprizaya hazırlıq). O, orqan punktunda olan D funksiyasına əsaslanır ki, bu da bəzən "repriza qabağı quruluş" adlanır. Belə ki, işlənmədə 3 mərhələ özünü göstərir: 1) işlənmədə giriş hissəsi; 2) işlənmənin özəyi; 3) reprizaya keçid(predıkt). Bəzən işlənmənin sonunda başqa tonallıqda aldadıcı repriza səslənə bilər. Onun ardınca əsas partiya mütləq əsas tonallıqda verilməlidir.

Yüklə 81,55 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə