Ingilis dilindən tərcümə edənlər



Yüklə 0,69 Mb.

səhifə1/29
tarix08.09.2018
ölçüsü0,69 Mb.
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   29


 


ingilis dilindən tərcümə edənlər: 

Hacıyev Rauf Şaiq oğlu 

İsgəndərov Arzu Qulu oğlu 

iqtisad elmləri namizədi 

«Incoterms» Ticarət terminlərinin təfsirinin 

Beynəlxalq Qaydaları. Azərbaycan dilində. 

Bakı: 2015. 100 səh. A5 

Tərcümə. Bakı-2015 



INCOTERMS - 2010 

B E Y N Ə L X A L Q   T İ C A R Ə T   P A L A T A S I  

TİCARƏT TERMİNLƏRİNİN TƏFSİRİNİN 

BEYNƏLXALQ QAYDALARI 

«INCOTERMS 2010» 

O N   S O Z  

Qloballaşan  iqtisadiyyat  iş  adamlarının  dünya  bazarlarına  çıxma 

imkanlarını  son  dərdC9  genişləndirir.  Müxtəlif  ölkələrə  satılan  malların 

həcmi  və  çeşidi  genişlənir.  Lakin  beynəlxalq  ticarət  əlaqələrinin  şaxə- 

lənməsi  və  mürəkkəbləşməsi  kommersiya  müqavilələrinin  düzgün  tərtib 

edilməməsi  nəticəsində  ticarət  edən  tərəflər  arasında  anlaşılmazlıqların 

meydana  çıxması,  uzun  müddət  sürən  və  baha  başa  gələn  məhkəmə 

araşdırmalarının aparılması təhlükəsini yüksəlir. 

«Incoterms»  (international  commers  terms)  -  ticarət  terminlərinin 

təfsiri  üçün  Beynəlxalq  Ticarət  Palatası  (International  Chambers  of 

Commerce) tərəfindən qəbul edilmiş rəsmi qaydalar - beynəlxalq ticarətin 

həyata  keçirilməsini  xeyli  asanlaşdırır.  Kommersiya  müqavilələrində 

«Incoterms»ə  istinad  olunması  tərəflərin  müvafiq  öhdəliklərini  dəqiq  əks 

etdirir və hüquqi anlaşılmazİıqlarm baş verməsi riskini azaldır. 

Yaradıldığı  1936-cı  ildən  başlayaraq,  bu  müqavilə  standartı 

beynəlxalq  ticarətin  inkişaf  templərinə  uyğun  olaraq  vaxtaşırı 

yeniləşdirilmiş-  dir.  1  yanvar  2011-ci  ildən  qüvvəyə  minən  «Incoterms 

2010»da müasir dünya iqtisadiyyatında baş verən hadisələr, o cümlədən 

sərbəst  gömrük  bölgələrinin  təşəkkül  tapması,  işgüzar  münasibətlərdə 

elektron rabitə vasitələrindən istifadənin genişlənməsi, malların daşınması 

üsullarının təkmilləşdirilməsi amilləri nəzərə alınmışdır. 

Beynəlxalq  Ticarət  Palatasının  Beynəlxalq  Ticarət  Təcrübəsi  üzrə 

Komissiyası  «Incoterms  2010»un  bütün  ölkələrin  işgüzar  dairələrinin 

tələbatlarına tam uyğun olduğuna zəmanət verir. 


INCOTERMS-2010 

GİRİŞ 

«INCOTERMS - 2010» 

«INCOTERMS»İN MƏQSƏDLƏRİ VƏ İMKANLARI 

«Inkoterms»in məqsədi xarici ticarətdə daha çox istifadə olunan ticarət 

terminlərinin 

təfsirinin 

beynəlxalq 

qaydalarının 

toplusunu 

işləyib 


hazırlamaqdır. Bununla da, həmin terminlərin müxtəlif ölkələrdə fərqli təfsir 

olunacağı ehtimalı aradan qaldırılır yaxud əhəmiyyətli dərəcədə azaldılır. 

Belə  ki,  bir  çox  hallarda  beynəlxalq  müqavilənin  iştirakçıları  müqabil 

tərəfin ölkəsində tətbiq edilən ticarət qaydalarındakı fərqlər barədə məlumata 

malik  olmur.  Bu  isə,  anlaşılmazlıqların,  mübahisələrin  yaranmasına, 

məhkəmə araşdırmalannın aparılması ilə bağlı vaxtın və pul vəsaitlərinin sərf 

olunmasına,  münasibətlərin  pozulmasına  gətirib  çıxarır.  Həmin  qəbildən 

olan  problemlərin  qarşısını  almaq  üçün  Beynəlxalq  Ticarət  Palatası 

(International  Chambers  of  Commerce)  1936-cı  ildə  Ticarət  Terminlərinin 

Təfsirinin  Beynəlxalq  Qaydalarını  («Incoterms»-International  commerce 

terms)  işləyib  hazırlamışdır.  Beynəlxalq  ticarətin  müasir  təcrübəsinə 

uyğunlaşdırılma məqsədilə 1953-cü, 1967-ci, 1976-cı, 1980-cı, 1990- cı, 



2000-ЧЛ 

və 2010-cu illərdə «lncoterms»ə dəyişikliklər edilmişdir. 

«Incoterms»  beynəlxalq  saziş  deyil.  Amma  alqı-satqı  müqaviləsində 

onun  bazis  çatdırılma  şərtlərinə  istinad  edildiyi  hallarda  dövlətin  müxtəlif 

qurumları,  ilk  növbədə  isə,  gömrük  orqanları,  xarici  ticarət  sahəsində 

mübahisələrə  baxan  məhkəmələr  «Incoterms»in  müddəalarını  nəzərə 

almalıdır.  Bəzi  ölkələrdə  «Incoterms»  qanun  qüvvəsinə  malikdir  və  mal 

göndərişləri  üzrə  müqavilələr  bağlanılarkən  bu  məqamın  nəzərə  alınması 

zəruridir. 

«Incoterms»də  tərəflərin  bir  sıra  öhdəlikləri,  məsələn,  satıcının  malı 

birbaşa alıcıya yaxud daşınmaq üçün daşıyıcıya təhvil verməsi, təyinatı üzrə 

çatdırması  şərtləri,  bu  zaman  tərəflərin  üzərinə  düşən  öhdəliklər  və  qəbul 

etdiyi  risklər,  müvafiq  öhdəliklərin  yerinə  yetirilməsinin  sübut  edilməsi 

üsulları,  malların  ixracı  və  idxalı  üzrə  gömrük  vergi  və  rüsumlarının, 

malların  qablaşdırılması,  sığorta  və  daşınma  xərclərinin  hansı  tərəfin 

ödəməsi, lisenziyaların alınmasını hansı tərəfin təmin etməsi. 




INCOTERMS-2010 

satıcının  malı  alıcıya  təhvil  verdiyi  məqam,  malların  məhvi  yaxud  xarab 

olması  riskinin  satıcıdan  alıcıya  ötürüldüyü  an,  satıcının  mal  göndərişləri 

üzrə öhdəliklərini nə vaxt tam yerinə yetirdiyi əks olunmuşdur. 

Bazis şərtlərində istifadə olunan «franko» idxalçının bu sözlə göstərilən 

məntəqəyədək bütün risklərdən və xərclərdən azad edildiyini bildirir. 

Buna görə də, mal göndərişlərinin bazisi seçilərkən müqavilədə mütləq 

«Incoterms»in 

terminologiyasına 

riayət 


olunmalı, 

onun 


müvafiq 

redaksiyasına  istinad  edilməlidir.  Konkret  termin  «Incoterms»də  olduğu 

kimi,  ingilis  dilində  göstərilməlidir.  Bundan  başqa,  «Incoterms»-in  seçilmiş 

termini  mala,  onun  daşınma  üsuluna  uyğun  olmalı,  burada  satıcının  malın 

daşınması  üzrə  öhdəliyinin  yerinə  yetdiyi  məqam,  mal  məhv  yaxud  xarab 

olduğu halda risk daşıdığı coğrafi məntəqə dəqiq müəyyənləşdirilməlidir. 

«Incoterms»də  malların  qiyməti  və  dəyərinin  ödənilməsi  üsulu,  mal 

üzərində  mülkiyyət  hüququnun  keçməsi,  müqavilənin  pozulmasının 

nəticələri reqlamentləşdirilmir. Bu məsələlər adətən, alqı-satqı müqaviləsində 

yaxud  bu  cür  müqaviləyə  tətbiq  olunan  hüquqda  əksini  tapır.  Həmçinin, 

nəzərə  almalıdır  ki,  müqabil  tərəfin  ölkəsinin  milli  qanunları  alqı-satqı 

müqaviləsinin  hər  hansı  müddəasına,  o  cümlədən  seçilmiş  «Incoterms» 

termininə münasibətdə üstünlüyə malik ola bilər. 

Eyni  zamanda,  bağlanmış  müqavilənin  təfsirinə  seçilən  termindən  asılı 

olmayaraq  limanların  və  başqa  coğrafi  məntəqələrin  adətlərinin  öz  təsirini 

göstərməsi də nəzərə alınmalıdır. 

Alqı-satqı müqavilələrinin yerinə yetirilməsi üçün müstəsna əhəmiyyətə 

malik  olsa  da,  «Incoterms»  bu  müqavilələrlə  bağlı  bir  sıra  problemləri, 

məsələn,  mülkiyyət  və  digər  hüquqların  ötürülməsini,  müqavilə  şərtlərinin 

pozulmasının  nəticələrini,  müxtəlif  səbəblər  əsasında  və  bəzi  vəziyyətlərdə 

tərəflərin məsuliyyətdən azad olunmasını əhatə etmir. Bu məsələlər alqı-satqı 

müqaviləsinin  digər  şərtləri  əsasında  və  tətbiq  olunan  qanunvericilikdə 

həllini tapmalıdır. 

Həmçinin  qeyd  olunmalıdır  ki,  «Incoterms»  alqı-satqı  sazişinin 

bütövlükdə yerinə yetirilməsini təmin edən müddəaların standart şərtlərlə və 

ya  tərəflərin  fərdi  danışıqlar  yolu  ilə  müəyyənləşdirdiyi  şərtlərlə  əvəz 

olunmasını nəzərdə tutmur. 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə