Ingilis dilindən tərcümə edənlər



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə8/29
tarix08.09.2018
ölçüsü1,2 Mb.
#67024
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

INCOTERMS ‘ 2010 

Son  dövrdə  sənədləşmə  proseduralan  xeyli  sadələşdirilmişdir.  Kono- 

sament  çox  vaxt  dəniz  daşımalarmdan  savayı,  başqa  nəqliyyat  növləri  ilə 

daşımalarda istifadə edilən ötürülməyən sənədlərlə əvəz olunur. Bu sənədlər 

«dəniz  qaimələri»,  «konteyner  qaimələri»,  «fraxt  iltizamları»  yaxud  bu 

ifadələrin  başqa  variantları  ilə  adlandırılır.  Alianm  tranzit  malı  yeni  alıcıya 

kağız  sənədləri  ötürməklə  satmaq  istədiyi  hallar  istisna  olunmaqla, 

ötürülməyən sənədlər istifadə üçün qaneedicidir. Bunu mümkün etmək üçün 

satiamn  CFR  və  CIF  şərtlərinə  əsasən  konosament  təqdim  etmək  öhdəliyi 

mütləq  saxlanmalıdır.  Alıcı  tranzitlə  çatdırılan  malı  satmaq  niyyətində 

olmadığım  bildikdə  isə,  müqavilənin  tərəfləri  satıcınm  konosament 

verməkdən  azad  olunması  barədə  razılığa  gələ  yaxud  bu  sənədin  təqdim 

olunması tələb edilməyən CPT və CIP şərtlərini tətbiq edə bilər. 

DAŞIYICIYA GÖSTƏRİŞ VERMƏK SƏLAHİYYƏTİ 

Malın  dəyərini  «C»  qrupunun  şərtləri  ilə  ödəyən  aha,  ödəniş  yerinə 

yetirildikdən  sonra  satıcının  daşıyıcıya  yeni  göstəriş  vermək  yolu  ilə  mal 

barəsində başqa sərəncam verməsinin qarşısını almalıdır. Müəyyən nəqliyyat 

növləri (hava, avtomobil, dəmir yolu) ilə daşımalar zamanı alıcıya qaimənin 

ikinci  əsli  yaxud  dublikatı  verilməklə,  satıcı  tərəfindən mala  dair daşıyıcıya 

yeni  göstəriş  verilməsinin  qarşısı  almır.  Ancaq  dənizlə  daşımalarda 

konosament  əvəzinə  istifadə  olunan  sənədlərin  adətən,  belə  «qoruyucu» 

funksiyası  yoxdur.  Beynəlxalq  Dəniz  Komitəsi  həmin  sənədlərin  bu 

«nöqsanını»  aradan  qaldırmaq  üçün  1990-cı  ildə  qəbul  etdiyi  «Dəniz 

Qaimələrinin  Vahid  Qaydalan»da  (Uniform  Rules  for  Sea  Way-  bills) 

tərəflərə «sərəncamsız» şərti qoymaq hüququ verilir. 



LİMAN ADƏTLƏRİ VƏ TİCARƏTİN ÖZƏLLİKLƏRİ 

«Incoterms»dən  ticarətin  müxtəlif  sahələrində  və  dünyanın  müxtəlif 

regionlarında  terminlər  toplusu  kimi  istifadə  olunduğuna  görə,  tərəflərin 

öhdəliklərini  dəqiq  müəyyənləşdirmək  həmişə  mümkün  olmur.  Bəzi 

məsələlər  barədə  qərar  çıxarılarkən,  limanın  adətlərinə  və  ticarətin 

xüsusiyyətlərinə  yaxud  tərəflərin  əvvəlki  işgüzar  münasibətləri  nəticəsində 

yaranmış  təcrübəyə  istinad  edilməlidir  (BMT-nın  1980-ci  il  «Malların 

Beynəlxalq  Alqı-Satqısı  Müqavilələri  haqqında  Konvensiya»sının  9-cu 

maddəsi). Bu baxımdan, müqavilələrin bağlanılması üzrə danışıqlar 

24 



INCOTERMS - 2010 

zamanı  satıcı  və  alıcı  bir-birinə  mövcud  ticarət  adətləri  barədə  məlumat 

verməli,  anlaşılmazlıqların  meydana  çıxmasının  qarşısını  almaq  üçün 

mövqelərini 

alqı-satqı 

müqaviləsinin 

müvafiq 

bəndlərində 

dəqiqləşdirməlidir,  Müqavilələrin  bu  xüsusi  müddəaları  «Incoterms»in 

müvafiq qaydalarının təfsirindən fərqlənə bilər. 



BEYNƏLXALQ TİCARƏT PALATASININ ARBİTRAJI 

Tərəflər  malların  alqı-satqısı  ilə  əlaqədar  məsələ  üzrə  mübahisə 

yarandıqda.  Beynəlxalq  Ticarət  Palatasının  Arbitrajına  müraciət  etmək 

niyyətini  alqı-satqı  müqaviləsində  açıq  ifadə  etməlidir.  «Incoterms»in  bir 

yaxud  bir  neçə  variantının  müqaviləyə  daxil  edilməsi  özlüyündə  Arbitraja 

müraciət etmək hüququnun mövcudluğunu ifadə etmir. 

Beynəlxalq  Ticarət  Palatası  müqavilələrə  arbitraj  barəsində  bu 

məzmunda şərtin daxil olunmasını tövsiyə edir: «Bu müqavilədən irəli gələn 

bütün  fikir  ayrılıqlarına  qəti  olaraq  Beynəlxalq  Ticarət  Palatasının 

Qaydalarına  uyğun  surətdə,  həmin  Qaydalara  müvafiq  olaraq  təyin  edilən 

bir yaxud bir neçə münsif tərəfindən baxılır». 

«INCOTERMS»İN VARİANTLARI 

Bir sıra hallarda tərəflər «lncoterms»ə sözlər əlavə etməklə, terminlərin 

şərtlərini  dəqiqləşdirməyə  çalışırlar.  Lakin  qeyd  edilməlidir  ki,  «Inco- 

terms»də  bu  əlavələr barədə  heç  bir göstəriş  verilmir.  Buna  görə  də,  həmin 

əlavələrin  izahı  üçün  mövcud  olan  ticarət  adətlərinə  əsaslanmaq  mümkün 

deyilsə, müqavilənin tərəfləri ciddi problemlərlə qarşılaşa bilər. 

Məsələn,  «yığılmış  FOB»  («FOB  stowed»)  yaxud  «yüklənmiş  EXW» 

(«EXW loaded») ümumi ifadələrindən istifadə edilirsə, satıcının öhdəliklərinə 

malı  gəmiyə  yaxud  nəqliyyat  vasitəsinə  yükləmək  xərclərini  ödəməklə 

yanaşı, onun düzülməsi yaxud yüklənməsi prosesində təsadüfən məhvi və ya 

zədələnməsi  riskinin  də  daxil  edildiyinin  dünyanın  bütün  ölkələrində  eyni 

cür  başa  düşüləcəyini  təmin  etmək  mümkün  deyil.  Bu  səbəbdən,  satıcının 

öhdəliklərinə  yalnız  malın  yığılması  və  yüklənməsi  əməliyyatları  üzrə 

xərclərin  ödənilməsi  yaxud  bununla  bərabər,  yığılması  və  yüklənməsi  başa 

çatmazdan  əvvəl  onun  məhvi  yaxud  zədələnməsi  riskinin  də  daxil 

edilib-edilmədiyini aydınlaşdırmaq tərəflərə tövsiyə olunur. 



25 


INCOTERMS-2010 

«Incoterms»də  bu  suallara  cavab  verilmir  və  buna  görə  də,  tərəflər 

niyyətlərini müqavilədə aydın ifadə edə bilmədikdə, lüzumsuz mübahisələrə 

cəlb  oluna  və  artıq  xərclərlə  üzləşə  bilərlər.  Ümumilikdə,  istifadə  olunmuş 

variantların  əksəriyyəti  «Incoterms»də  öz  əksini  tapmasa  da,  tərəflər  bu 

sənəddən 

kənarlaşmaq 

istədikdə, 

müəyyən 

ticarət 


terminlərinin 

preambulasına  müqavilənin  xüsusi  şərtlərinin  əlavə  olunması  ehtiyacı 

yaranır.  Məsələn,  EXW  terminində  satıcının  öhdəliklərinə  malı  alıcının 

nəqliyyat  vasitəsinə  yükləmək  öhdəliyi,  CIF  və  CIP  terminlərində  alıcının 

malı  əlavə  sığortalamaya  ehtiyacının  olması  barədə  müddəalar  əlavə  oluna 

bilər. 


Bəzən,  satıcılar  və  alıcılar  nəqliyyat  xətlərinin  təcrübəsinə  və  gəminin 

fraxtlanması (charter party) ilə ticarət adətlərinə istinad edirlər. Belə hallarda, 

həm daşınma, həm də alqı-satqı müqaviləsi üzrə tərəflərin bir- biri qarşısında 

öhdəliklərinin  dəqiq  fərqləndirməsi  zəruridir.  Təəssüf  ki,  «nəqliyyat 

xətlərinin  şərtləri»  («liner  terms»)  və  «yüklərin  terminalda  emal  xərcləri» 

(«terminal  handing  charges»  («THC»)  kimi  ifadələri  aydınlaşdıran  rəsmi 

açıqlamalar yoxdur. Belə ifadələrə əsasən, xərclərin bölüşdürülməsi müxtəlif 

yerlərdə fərqlənə və vaxtaşırı dəyişdirilə bilər. Buna görə də, tərəflərə həmin 

xərcləri  necə  bölüşdürəcəklərini  alqı-satqı  müqaviləsində  əvvəlcədən 

aydınlaşdırmaq tövsiyə olunur. 

Gəminin  fraxtlanması  müqavilələrində  istifadə  olunan  «yığılmış  FOB» 

(«FOB  stowed»),  «yığılmış  və  emal  edilmiş  FOB»  («FOB  stowed  and 

trimmed»)  ifadələri  satıcının  «Franko-göyərtədə»  («FOB»)  termininə  əsasən 

malı  gəmi  göyərtəsində  hansı  tərzdə  yerləşdirməli  və  hazırlıq  vəziyyətinə 

gətirməli olduğunu aydınlaşdırmaq üçün bəzi alqı-satqı müqavilələrinə daxil 

edilir.  Bu  sözlər  əlavə  olunduqda,  onların  yalnız  xərclərə  yaxud  həmçinin, 

risklərə də şamil olunduğu alqı-satqı müqaviləsində mütləq göstərilməlidir. 

Yuxarıda  qeyd  olunduğu  kimi,  «Incoterms»də  ümumi  ticarət 

təcrübəsinin  mümkün  qədər  dolğun  əks  etdirilməsinə  səy  göstərilir.  Lakin 

«Incoterms  2010»un  digər  redaksiyalardan  fərqləndiyi  məqamlarda  tərəflər 

ticarət terminlərindən müxtəlif tərzdə istifadə olunmasını arzulaya bilər. Belə 

vəziyyətlər həmin terminlərin preambulasında «lakin» («however») sözünün 

əlavə edilməsi ilə ifadə olunur. 

26 



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə