Ingilis dilindən tərcümə edənlər



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə2/29
tarix08.09.2018
ölçüsü1,2 Mb.
#67024
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   29

INCOTERMS - 2010 

«Incoterms»,  ilk  növbədə  malların  dövlət  sərhədindən  keçirilməklə 

satılmasını  nəzərdə  tutan  beynəlxalq  kommersiya  müqavilələrində  istifadə 

üçün  nəzərdə  tutulmuşdur.  Təcrübədə  isə,  malların ölkə  daxilində  yerləşən 

bazarlarda satılması müqavilələrində də «Incoterms»dən istifadə olunur. 

«INCOTERMS 2010»-un ƏSAS XÜSUSİYYƏTLƏRİ 

Əvvəlki  redaksiyadan  fərqli  olaraq,  «Incoterms  2010»-da  beynəlxalq 

ticarət terminlərinin sayı ixtisar edilib 13-dən 11-dək azaldılmış, multimodal 

kimi  istifadə  oluna  bilən  2  yeni  termin:  DAP  (Delivered  at  Point  -  Təyinat 

Məntəqəsinə  Çatdırılmışdır)  DAT  (Delivered  at  Terminal  -  Terminala 

Çatdırılmışdır)  və  daxil  edilmişdir.  Təcrübədə  az  istifadə  olunan  4  termin: 

DAF  (Delivered  at  Frontier  Arrival  ...(named  place)  -  Sərhəddən 

çatdırılmışdır...  (göstərilmiş  yer);  DES  (Delivered  Ex  Ship...(named  port  of 

destination)  -  Gəmidən  çatdırılmışdır...(göstərilmiş  təyinat  limanı);  DEQ 

(Delivered  Ex 

Quay...(named 

port  of  destination) 

-  Körpüdən 

çatdırılmışdır...(göstərilmiş  təyinat  limanı);  DDU  (Delivered  Duty  Unpaid... 

(named 

place 


of 

destination) 

Rüsum 


ödənilmədən 

çatdırılmışdır...(göstərilmiş təyinat yeri) ləğv olunmuşdur. 

DAT  termini  DEQ  terminini  əvəz  edir  və  bu  halda,  mallar  alianm 

sərəncamına nəqliyyat vasitəsindən boşaldılmadan verilir. 

DAP termini əvvəlki DAF, DES və DDU terminlərini əvəz edən ümumi 

qaydadır.  Bu  qaydaya  əsasən  mal  alıcının  sərəncamına  nəqliyyat 

vasitəsindən  boşaldılmaq  üçün  hazır  vəziyyətdə  verilir.  Bu  termindən 

istifadə olunduqda, təyinat yerinin dəqiq göstərilməsi çox vacibdir. 

DAT  terminə  əsasən  mal  razılaşdmlmış  yerdə  nəqli)^at  vasitəsindən 

boşaldılmadan alıcmın sərəncamına verilir (əvvəlki DEQ terminində olduğu 

kimi). DAP termini isə, mal alianın sərəncamma razılaşdırılmış yerdə, amma 

boşaldılmağa  hazır  vəzi)^ətdə  (əvvəlki  DAF,  DES  və  DDU  terminlərində 

olduğu  kimi)  verilir.  Göstərilən  yeni  qaydalann  tətbiqi  nəticəsində 

«Incoterms 2000»də olan DES və DEQ termləri ləğv edilmişdir. 

FOB  (Free  on  Board...(named  port  of  shipment)  -  Franko-göyərtə... 

(yüklənmə  limanı  göstərilmişdir);  CFR  (Cost  and  Freight.  Main  carriage 

paid...(named  port  of  destination)  -  Dəyər  və  Fraxt.  Əsas  daşınma  xərcləri 

ödənilmişdir...(göstərilmiş təyinat limanı) və CIF (Cost, Insurance 




INCOTERMS - 2010 

and  Freight...(named  port  of  destination  -  Dəyar,  Sığorta  və 

Fraxt...(göstərilmiş təyinat limanı) mal göndərişi şərtlərində xərclər və risklər 

yeni qaydada müəyyənləşdirilir. «Incoterms-2000»də bu üç şərtdə risk malın 

gəmi  göyərtəsinə  çatdırıldıqdan  sonra  ötürülürdüsə,  «Incoterms  2010»da 

risklərin  bir  tərəfdən  digərinə  keçməsi,  mal  bütövlüklə  gəmi  göyərtəsinə 

yükləndikdən sonra baş verir. 

Sələfləri  kimi,  «Incoterms  2010»un  yeni  qaydalarda  da,  malın 

razılaşdırılmış  təyinat  yerinə  çatdırılması  üzrə  bütün  xərclər  (idxal  üçün 

gömrük  təmizlənməsi  xərcləri  istisna  edilməklə)  və  bununla  bağlı  bütün 

risklər satıcının öhdəsinə düşür. 

Bundan  başqa,  istifadəçilərə  «Incoterms  2010»dan  lazımi  termini  daha 

tez  seçməkdə  yardım  göstərmək  məqsədilə,  yeni  variantda  onların  hər  biri 

üzrə müxtəsər təlimat verilmişdir. 



«INCOTERMS 2010»UN STRUKTURU 

«Incoterms  2010»a  daxil  edilmiş  ticarət  terminləri  sözlərin  üç  baş  hərfi 

ilə ifadə edilmişdir və dörd: E, F, C, D qruplarına bölünür. 

«E»  qrupunun  termini  EXW  (Ex  Works)  şərtində  satıcmm  öhdəlikləri 

minimum  həddədir  və  malı  alıcının  sərəncamına  razılaşdırılmış  yerdə, 

adətən  öz  ərazisindəki  anbardan  verməklə  məhdudlaşır.  Bir  sıra  hallarda 

satı-  a  malm  alıcı  tərəfindən  təqdim  olunmuş  nəqliyyat  vasitəsinə 

yükləməkdə  ona  kömək  edə  bilər.  Sahcı  bu  işdə  kömək  göstərməyi 

arzulamazsa, «EXW» terminindən istifadə olunması üçün satıcının minimal 

öhdəlikləri  prinsipinə  riayət  olxmur  və  bu  məsələ  alqı-satqı  müqaviləsi  ilə 

tənzimlənir. 

«F» qrupunun terminlərinə - FCA (Free Carrier), FAS (Free Along- side 

Ship)  və  FOB  (Free  On  Board)  daxildir.  Bu  qrupun  terminlərinə  əsasən, 

satıcının öhdəlikləri malı alıcının müəyyənləşdirdiyi daşıyıcının sərəncamına 

verməklə məhdudlaşır və əsas daşınma xərcləri onun tərəfindən ödənilmir. 

FCA  şərtinə  əsasən,  satıcı  malı  göstərilmiş  yerdə  sifarişçinin  müəyyən 

etdiyi daşıyıcıya çatdırmalıdır. 

FAS  şərtinə  əsasən,  satıcı  malı  razılaşdırılmış  limanda  sifarişçinin 

gəmisinin yanına çatdırmalıdır. 

FOB şərtinə əsasən, satıcı malı göstərilmiş limanda sifarişçinin gəmisinə 

yükləməlidir. 



INCOTERMS - 2010 

Bu  şərtlər  daxilində  əsas  daşınma  haqqı  (main  carriage  unpaid)  satıcı 

tərəfindən ödənilmir. 

«C» qrupuna CFR (Cost and Freight), CİF (Cost, insurance and Freight), 

CPT  (Carriage  Paid  to...),  CIP  (Carriage  and  Insurance  Paid  to...)  terminləri 

daxildir. 

CFR  şərtinə  əsasən,  satıcı  malı  nəqliyyat  vasitəsindən  boşaltmadan 

sifarişçinin limanına çatdırır. 

CIF  şərtinə  görə,  satıcı  malı  sığortalayıb  sifarişçinin  limanına  çatdırır, 

lakin nəqliyyat vasitəsindən boşaltmır. 

CPT şərti malın satıcı tərəfindən təyinat yerində sifarişçinin təyin etdiyi 

daşıyıcıya çatdırılmasını nəzərdə tutur. 

CIP şərtinə görə, mal satıcı tərəfindən sığortalanır və göstərilən təyinat 

yerində sifarişçinin təyin etdiyi daşıyıcıya çatdırılır. 

Bu qrupa daxil olan terminlərin şərtlərinə əsasən, satıcı malın daşınması 

üzrə  müqavilə  bağlayır,  lakin  mal  yükləndikdən  və  göndərildikdən  sonra 

onun zədələnməsinə yaxud məhvinə, yaranan əlavə xərclərə görə məsuliyyət 

daşımır. 

Bu hallarda əsas daşımaların haqqı ödənilmişdir (main carriage paid). 

«D» qrupuna DAP (Delivered At Point), DAT (Delivered At Terminal), 

DDP (Delivered Duty Paid) terminləri aiddir. 

DAP şərtinə görə, mal satıcı tərəfindən təyinat yerinə çatdırılır. 

DAT şərti malın satıcı tərəfindən terminala çatdırılmasını bildirir. 

DDP  şərtinə  əsasən,  satıcı  malını  alıcıya  rüsumlardan  və  risklərdən 

təmizlənmiş halda çatdırmalıdır. 

Bu  qrupun  terminlərinə  əsasən,  satıcı  malın  təyinat  yerinə  çatdırılması 

ilə bağlı bütün xərcləri və riskləri öz üzərinə götürür. 

Birinci qrupa daxil edilən qaydalar nəqliyyat vasitələrinin istənilən növü 

ilə daşımalarda istifadə oluna bilər. 

EXW, FCA, CPT, CIP, DAT, DAP, DDP terminlərindən seçilən daşınma 

üsulundan,  bir  yaxud  bir  neçə  nəqliyyat  növündən  istifadə  edilməsindən 

asılı olmayaraq istifadə edilə bilər. 

Malların  çatdırılma  məntəqəsi  və  alıcı  tərəfindən  daşınıldığı  yer  liman 

olduğuna  görə,  FAS,  FOB,  CFR,  CIF  terminləri  «dəniz  və  daxili  sular 

qaydaları» adlanır. 




Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə