GiRİŞ İncəsənətin növləri. Bədii obraz Musiqi incəsənətin bir növüdür. İncəsənət isə ictimai şüurun bir formasıdır. İncəsənət- ictimai şüur forması olaraq ətraf gerçəkliyin bədii obrazlar vasitəsilə əks etdirilməsidir



Yüklə 81,55 Kb.
səhifə7/20
tarix26.07.2023
ölçüsü81,55 Kb.
#119976
1   2   3   4   5   6   7   8   9   10   ...   20
analiz movzu

A (8x) ; B (8x)
I period II period
Sadə iki hissəli formanın 2 növü var:
1. Reprizalı sadə iki hissəli forma
2. Reprizasız sadə iki hissəli forma
Adlarından göründüyü kimi I halda repriza faktoru iştirak edir, II halda isə yox.
Reprizalı sadə iki hissəli formanın əsas xüsusiyyəti ondan ibarətdir ki, I hissənin (I periodun) cümlələrindən biri II hissənin (II periodun) II cümləsində təkrar olunur. Əgər period açıqdırsa, onun I cümləsi, qapalıdırsa II cümləsi təkrar olunur.
Reprizalı sadə iki hissəli formanın formulası belədir:
I period II period
A B
a+b c+b
I c IIc I c II c
Reprizasız sadə iki hissəli formanın II hissəsində I hissənin materialı istifadə olunmur. Onun I hissəsi mütləq period formasında olur, II hissəsi isə əksər halda sərbəst quruluşa malik olur. II hissədə reprizalılıq əlaməti olmamasına baxmayaraq, o fikir etibarilə I hissəni genişləndirir, inkişaf etdirir və tamamlayır. Reprizasız sadə iki hissəli formanın əlamətlərindən biri də II hissənin sonunda əsas tonallığa qayıtmaq və I hissənin obrazını yaratmaqdır.
Reprizasız sadə iki hissəli formanın formulu:
A B
a+b c+d və ya
a1+d
Sadə iki hissəli formanın çox vaxt I hissəsində modulyasiyalı perioda rast gəlinir. T-ya yalnız II periodun sonunda qayıdılır. I periodda əsasən D tonallığına, paralel major və ya minora nodulyasiya edilir.
Çox vaxt sadə iki hissəli formanın II hissəsi nisbətən genişlənmiş olur. Genişlənmə adətən II hissəsinin II cümləsində baş verir (yekun bölmə olduğu üçün). Genişlənmə natamam kadensiya hesabına, hər hansı bir elementin təkrarı hesabına meydana çıxır.
Sadə iki hissəli formada hər bir hissənin təkrarı da ola bilər. Məs: A+A+B+B; A+B+B; ABAB(AB).
Sadə iki hissəli forma iri quruluşlu əsərlərin müəyyən bölmələri məs: variasiya forması, mürəkkəb 3 hissəlu forma, ronda forması, sonata formasının mövzuları kimi istifadə oluna bilər. Müstəqil əsər forması kimi isə period mahnı, rəqs, marş və s janrlarda özünü göstərir.

Yüklə 81,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə