Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə213/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   208   209   210   211   212   213   214   215   216

gəlmişdi. C.Qasımovun, F.Hüseynovun, G.Əlizadənin və başqalarının bu 

mövzuda plakatları, xüsusən təsirli və maraqlı idi. 

Ümumiyyətlə,  bu  illərdə  incəsənətdə  formaca  ənənəyə  bağlılıq  və 

müasirlik,  məzmunca  milli  özünəqayıdış,  bəşəri  dəyərlərin  təbliği 

üstünlük  təşkil  edirdi.  Müstəqillik  qüruru,  iqtidar  qayğısı,  sanballı 

hazırlıq  səviyyəsi  respublikanın,  demək  olar  ki,  bütün  yaradıcı 

qüvvələrini tərəqqiyə səfərbər etmişdi. 

§ 3. Özünəqayıdış. Bəşəri mənəvi dəyərlərə doğru 

Xalqın mənəvi aləmini zənginləşdirmək, onu özünə və başqalarına 

daha  yaxşı  tanıtmaq  üçün  elm,  təhsil,  ədəbiyyat  və  incəsənətin  bütün 

vasitələrindən  istifadə  edilirdi.  Xalqın  görkəmli  elm,  mədəniyyət 

xadimlərinin yubileyləri təntənə ilə qeyd olunurdu. 1996-cı ilin payızında 

dahi Füzulinin 500 illik yubileyi böyük təntənə ilə qeyd edildi. Bakıya, 

demək olar ki, dünyanın hər yerindən qonaqlar - ədəbiyyatşünas alimlər, 

yazıçılar  gəlmişdi.  Həmin  il  Əliağa  Vahidin,  bəstəkar  Müslüm 

Maqomayevin,  görkəmli  alimlər  Yusif  Məmmədəliyevin,  Sara 

Aşurbəylinin,  alim  və  dövlət  xadimi  Vəli  Axundovun,  şair  Bəxtiyar 

Vahabzadənin,  Qabilin,  rəssam  Maral  Rəh-  manzadənin,  1997-ci  ildə 

ölməz şair Səməd Vurğunun, S.Rüstəmin, görkəmli alim, dövlət xadimi, 

səhiyyə  təşkilatçısı  Əziz  Əliyevin,  akademik  Həsən  Əliyevin,  dünya 

şöhrətli  musiqiçi,  Azərbaycanda  böyüyüb  başa  çatmış  Mistislav 

Rastropoviçin  yubileyləri  geniş  qeyd  olundu.  Şairlərdən  Bəxtiyar 

Vahabzadə, Xəlil Rza (Ulutürk), Məmməd Araz (1995-ci ildə), Mirvarid 

Dilbazi,  bəstəkar  Tofiq  Quliyev  (1997-ci  ildə),  rəssam  Mikayıl 

Abdullayev  (1998-ci  ildə)  və  b.  vətənpərvərlik  ruhunda  yaratdıqları 

əsərlərə  görə  «İstiqlal»  ordeni  ilə  təltif  olundular.  Akademiklər 

Mirməmməd  Cavadzadə,  Nəriman  Quliyev,  Eldar  Salayev,  Cəmil 

Quliyev,  İqrar  Əliyev,  tarixçi-  alim  Sara  Aşurbəyli,  heykəltəraş  Mirəli 

Mirqasımov,  rəssam  Maral  Rəhmanzadə,  xalq  artistləri  Zeynəb 

Xanlarova,  Fidan  Qasımova,  Qədir  Rüstəmov,  Lütfi  Məmmədbəyov, 

Nəsibə  Zeynalova,  Leyla  Vəkilova,  Müslüm  Maqomayev,  şairlərdən 

Qabil, Nəbi Xəzri və b. «Şöhrət» ordeni ilə mükafatlandırıldılar. 

542 



1995-ci  ilin  mayında  II  Dünya  müharibəsində  faşizm  üzərində 

Azərbaycanın, xüsusən Bakı neftinin mühüm rol oynadığı qələbənin 50 

illik yubileyi geniş qeyd olundu. 

Dövlətçilik  rəmzlərinin.  Heydər  Əliyevin  uzaqgörən  siyasəti 

sayəsində bütün sahələrdə əldə olunan müvəffəqiyyətlərinin geniş təbliğ 

edilməsi  xalqda  özünəinam,  nikbinlik,  qürur  hisləri  doğurur.  Hər  il  28 

may - Respublika günü (l992-ci ildən), 15 iyun - Qurtuluş günü (1997-ci 

ildən), 18 oktyabr - Dövlət Müstəqilliyi günü (1992-ci ildən), 12 noyabr - 

Konstitusiya  günü  (1996-cı  ildən),  17  noyabr  -  Milli  Dirçəliş  günü 

(1992-ci ildən), 31 dekabr - Dünya azərbaycanlılarının Həmrəylik günü 

(1990-cı ildən) bayram kimi geniş qeyd olunur. Hər il 20 yanvar - matəm 

günü istiqlal uğrunda Şəhidlər Xiyabanını yüz minlərlə adam ziyarət edir. 

1997-ci  ildən  Xocalı  soyqırımı  qurbanlan  xatirəsinə  ehtiram  əlaməti 

olaraq  fevralın  26-  da  saat  l7:00-da  sükut  dəqiqəsi  elan  olunması 

haqqında  Prezident  fərmanı  verilmişdir.  Xalqın  mənəvi  gücünün 

artmasına  ermənilərin  Azərbaycana  və  azərbaycanlılara  qarşı 

düşmənçiliyi  haqqında  tarixi  həqiqətlərin  öyrənilməsi  mühüm  təsir 

göstərirdi. Prezident Heydər Əliyev deyirdi: «Xalqımız... daim bilməlidir 

ki,  bizim  tarixi  torpaqlanmız  hansılar  olubdur.  Hansılar,  nə  vaxt 

əlimizdən gedibdir, nəyə görə əlimizdən gedibdir və şübhəsiz ki, bunlar 

qaytanl-  mahdır.  Biz  də  qaytara  bilməsək,  gələcək  nəsillər  bunları 

qaytaracaqlar!» 

Onun 

«1948-1953-cü 



illərdə  azərbaycanhlann 

Ermənistan SSR ərazisindən, tarixi etnik torpaqlarından kütləvi surətdə 

deportasiyası  haqqında»  1997-ci  il  17  dekabr  «Azərbaycanhlann 

soyqınmı haqqında» 1998-ci il 26 mart tarixli fərmanlannda son iki əsrdə 

Qafqazda  azərbaycanlılara  qarşı  məqsədyönlü  şəkildə  həyata  keçirilən 

etnik təmizləmə, soyqırımı siyasəti ifşa olunmuşdu. Bu tarixi cinayətə ilk 

dəfə  hüquqi-siyasi  qiymət  verilmişdi.  Onun  xalqa  beynəlxalq 

ictimaiyyətə çatdıniması üçün konkret tədbirlər görülməyə başlanmışdı. 

Xalqa aşılanırdı ki, o, böyük türk mədəniyyətinin - Nizami, Xaqani, 

İbn  Sina,  Qurbani,  Xətai,  Yunis  İmrə,  Nəsimi,  Füzuli,  Nəvai,  Tusi, 

Bəhmənyar, Vaqif, Səməd Vurğun, Şəhriyar və b. varisidir. Tez-tez türk 

dövlət  və  topluluqlarının  dostluq,  qardaşlıq  və  iş  birliyinə,  xüsusən 

mədəni əlaqələrin inkişafına həsr olunmuş qurultayı keçirilirdi. 1996-cı 

ilin  noyabrında  Bakıda  Türk  dünyası  yazıçılarının  III  qurultayı 

keçirilmişdi. Bu vaxt Azərbaycanın paytaxtında TÜRKSOY-un da VIII 

toplantısı təşkil olunmuşdu. 



543 


Türkdilli  xalqlar  birlikdə  «Manas  dastanı»nın  min  illiyini,  böyük 

Qazax şairi və filosofu Abayın 150 illiyini, Özbəkistanın böyük dövlət 

xadimi, türk dünyasının böyük şəxsiyyəti Əmir Teymurun 660 illiyini. 

Füzulinin  500  illiyini  geniş  qeyd  etdilər.  1997-ci  ilin  aprelində 

Azərbaycan prezidenti Heydər Əliyev Azərbaycan xalqının milli tarix və 

mədəniyyət qaynaqlarından biri olan «Kitabi Dədə-Qorqud» dastanının 

1300  illiyinin  geniş qeyd  edilməsi  haqqında fərman  verdi  və  bu  tədbir 

yüksək  səviyyədə  keçirildi.  Həmin  ilin  noyabnnda  böyük  Azərbaycan 

şairi M.Şəhriyann 90 illiyinin geniş qeyd olunması haqqında Prezident 

fərmanı verildi. 1997-ci il noyabr ayında Şeyx Şamilin 200 illik yubileyi 

böyük təntənə ilə qeyd olundu. 

Müstəqillik dövründə respublikada yaşayan azsaylı xalqların mədəni 

tərəqqisinə  diqqət  daha  da  artırılmışdı.  Azərbaycan  Respublikası 

Millətlərarası  münasibətlər  Dövlət  Komitəsi,  Azərbaycan  Mədəniyyət 

Fondu  yanında  azsaylı  xalqların  mədəniyyətinin  qorunması  və  inkişafı 

üzrə ictimai elmi şura yaradıldı. Ləzgi, talış, kürd, udin, saxur, slavyan, 

yəhudi  və  başqa  xalqların  mədəniyyət  mərkəzləri  fəaliyyətini  xeyli 

genişləndirdi.  Ömumtəhsil  məktəblərində  bu  xalqların  dili  tədris 

olunmağa  başlandı.  1993-cü  ildə  Qusarda  Dövlət  Ləzgi  Teatn  təşkil 

edildi.  «Azərnəşr»də  azsaylı  xalqlar redaksiyası  yaradıldı.  «Udin  dili», 

«Ləzgi dili», «Talış dili» və başqa dərsliklər, əlifbalar çap olundu. «Talışı 

sado»  (Talışın  səsi),  «Sa-  mur»,  «Vestnik»  və  b.  qəzetlər  çap  olunub 

yayılmağa başlandı. 

Bu  illərdə  dünyanı  xalqa  tanıtmaq  sahəsində  də  səmərəli  işlər 

görülmüşdü.  Hələ  1989-cu  ilin  bahannda  Azərbaycan  Yazıçılar  Birliyi 

yanında təşkil edilmiş Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi dünya 

ədəbiyyatı xəzinəsindən ən gözəl incilərin Azərbaycan dilinə orijinaldan 

tərcümə olunmasında mühüm rol oynayırdı. 

O.Süleymanovun, 

Ç.Aytmatovun, 

M.Svetayevanm, 

F.Kafkanın, 

R.Filkenin, T.Vulfun, K.Doylun, M.Malkesin, U.Folknerin, B.Yıl- dızın 

və  başqa  dünya  şöhrətli  ədiblərin  əsərləri  Azərbaycan  dilində  nəşr 

olunmuşdu. Azərbaycan ədəbiyyatından ingilis, alman, rus, fransız, ərəb, 

fars dillərinə çoxlu tərcümələr edilmişdi. 1996-a ildən «Dünya ədəbiyyatı 

korifeyləri» seriyası çap olunmağa başlanmışdı. 

1991-ci  ilin  oktyabr  ayında  Moskvada  Nizami  Gəncəvinin  abidəsi 

açıldı.  Moskva  və  Sankt-Peterburqda  Nizaminin  850  illiyi  təntənə  ilə 

qeyd olundu. 1994-cü ildə Moskvanın Sütunlu salonun- 

g/l/t 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə