Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə209/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   205   206   207   208   209   210   211   212   ...   216

versitetində və başqa ali məktəblərdə «Heydər Əliyev məktəbləri» təşkil 

olunmuş,  gənclərə  müstəqilliyin,  dövlətçiliyin,  tərəqqinin  təmin 

olunmasına  yönəlmiş  Heydər  Əliyev  siyasət  sənətinin  incəlikləri, 

xarakterik xüsusiyyətləri öyrədilməyə başlanmışdı. 

Bununla  belə,  məktəblərdə,  xüsusən  ali  məktəblərdə  qiymətlərin 

şişirdilməsi, rüşvətxorluq hallan az deyildi. 

2000-ci ildə Azərbaycan Respublikasında əhalinin 2 milyon 901 min 

nəfəri ümumi orta, 694 min nəfəri orla ixtisas, 612 min nəfəri ali təhsilli 

idi. Yaşı 15-dən yuxarı olan hər min nəfərə 908 təhsilli, o cümlədən 108 

ali,  122  orta  ixtisas,  511  ümumi  orta,  158  natamam  orta  təhsilli  adam 

düşürdü. 

2000-ci  ildə  respublikada  3354  klub  müəssisəsi,  fondlarında  38,7 

milyon  nüsxədən  çox  kitab  və  jurnal  olan  4374  kütləvi  kitabxana,  607 

kinoqurğu,  27  peşəkar  teatr  və  155  muzey  vardı.  İşğal  zamanı  erməni 

vandalları 982 kitabxananı, 862 klubu, 1831 kinoqurğusunu, 4 teatrı, 10 

parkı,  100  mindən  çox  qiymətli  eksponatı  olan  13  muzeyi,  o  cümlədən 

Ağdam  «Çörək  muzeyi»ni  ələ  keçirib  qarət  etmişdilər.  Yüzlərlə  tarixi 

abidə - 13 qala bürcü, 22 kurqan-təpə, 

31-

 

məscid,  44  məbəd,  2  mağara-ibadət  gah  təhqir  olunmuş, 



dağıdılmışdı. Füzulidə Məhəmməd Füzulinin tunc heykəli sökülüb apanl- 

mışdı.  Şuşada  Üzeyir  Hacıbəyovun,  Bülbülün,  Natəvanın,  Nəvva-  bın 

heykəlləri  gülləbaran  edilmişdi.  Nəzarətsizlik  üzündən  respublikanın 

muzeylərindən çox qiymətli sənət əsərləri, əntiq əşyalar, xüsusən xalçalar 

oğurlanıb  xaricə  aparılmışdı.  R.Muslafayev  adına  Dövlət  İncəsənət 

Muzeyindən  dəyəri  milyon  dollarlarla  ölçülən  275  nadir  rəsm  əsəri 

oğurlanmışdı.  Onlann  arasında  klassik  Avropa  rəssamlarının  qiymətli 

sənət inciləri də vardı. 

Mədəni-maarif  işi  vəsait  çatışmazlığı,  nəzarət  zəifliyi,  mövcud 

metodların  artıq  səmərəli  olmaması,  adamları  cəlb  edə  biləcək  yeni 

vasitələrin  ləng  tətbiqi  nəticəsində  ciddi  tənəzzül  keçirirdi.  Kütləvi 

kitabxana fondları, oxucuların sayı xeyli azalmışdı. Kinoteatrlar televiziya, 

video ilə rəqabətə dözə bilmir, əksər hallarda, demək olar ki, boş qalırdı. 

90-cı illərin birinci yarısında kinoqurğuların sayı 2 dəfədən çox azalmışdı. 

Mədəni-maarif  işini  canlandırmaq  üçün  1993-cü  ildən  başlayaraq 

dövlət  bir  sıra  tədbirlər  həyata  keçirdi.  Beynəlxalq  Muzeylər  Şurasının 

(İKOM),  Beynəlxalq  Kitabxanalar  Şurasının  (İFLA)  Azərbaycan  Milli 

Komitələri yaradıldı. Hökumət kitabxana fond- 



530 


larinin  genişlənməsinə  vəsait  ayırmalarını  artırdı.  «Azərbaycan 

Respublikasında  kitabxana  işinin  vəziyyəti  və  onu  yaxşılaşdırmaq 

tədbirləri  haqqında»  qərar  qəbul  etdi.  Çətinliklərə  baxmayaraq, 

M.F.Axundov adına Respublika kitabxanası (1998-ci ildə Milli Kitabxana 

statusu  alıb)  dünyanın  45  ölkəsindəki  60-dan  çox  kitabxana  ilə  əlaqə 

saxlayır,  kitab  mübadiləsi  edirdi.  Prezident  Heydər  Əliyev  və 

respublikanın başqa görkəmli ziyalıları kitabxanaya çoxlu kitab hədiyyə 

etmişdilər. 

1994-

 

cü ildə Bakıda Cəlil Məmmədquluzadənin, Niyazinin, 



1995-

 

ci ildə Hüseyn Cavidin ev muzeyləri yaradıldı. N.Nərimano- vun 



ev muzeyi yenidən quruldu. 1996-cı ilin payızında Naxçıvanda H.Cavidin 

ev muzeyi açıldı. 

Bu  illərdə  müxtəlif  yaradıcılıq  qrupları,  xeyriyyə  cəmiyyətləri, 

Azərbaycan  Mədəniyyət  Fondu,  Bakı  Mədəniyyət  Mərkəzi  və  başqa 

təşkilatlar 

meydana 


gəlmiş, 

respublikanın 

mədəni 

həyatının 



canlanmasında  fəal  rol  oynamağa  başlamışdı.  «İnkişaf»  assosiasiyası 

«H.Z.Tağıyev adına», Teatr xadimləri Cəmiyyəti  «Qızıl Dərviş», Bakılı 

Beynəlxalq Mədəniyyət Cəmiyyəti «Humay» mükafatlan təsis etmişdilər. 

Kütləvi informasiya 

Respublikada kütləvi informasiya vasitələri 

vasitələri 

şəbəkəsi  xeyli  genişlənmişdi.  90-cı  illərin  ortala-  nnda  informasiya 

Nazirliyində 600 adda informasiya vasitəsi qeydə alınmışdı. 1998-ci ildə 8 

dildə  300-dən  çox  qəzet  və  jurnal  nəşr  olunurdu.  Qəzetlərin  cəmi  ikisi 

dövlətə,  qalanları  isə  siyasi  partiyalara,  ictimai  təşkilatlara,  ayn-ayn 

şəxslərə  məxsus  idi.  Azərbaycan  Respublikası  Milli  Məclisinin  orqanı, 

rəsmi  dövlət  qəzeti  «Azərbaycan»  və  Prezidentin  işlər  idarəsinin  təsis 

etdiyi  gündəlik  ictimai-siyasi  «Xalq»  qəzeti,  «Panorama».  «Azadlıq», 

«Yeni  Müsavat»,  «İstiqlal»,  «Exo»  və  onlarla  başqa  qəzet,  «Xəzər», 

«Trcnd»,  «Yurd»,  «Monitor»,  «Tarix  və  onun  problemləri»  və  başqa 

jurnallar  mövcud  reallıqlan  ən  müxtəlif  mövqelərdən  əks  etdirirdilər. 

Adamların hadisələri müstəqil qiymətləndirməsi üçün münasib imkanlar 

yaranmışdı. ölkədə 20 informasiya agentliyi fəaliyyət göstərirdi. 1998-ci 

ildə Prezident fərmanı ilə respublikada senzura ləğv edilmişdi. 

2001-ci  ilin  dekabnnda  Azərbaycan  Prezidenti  Heydər  Əliyev 

«Kütləvi  İnformasiya  Vasitələrinə  dövlət  qayğısının  artınlması 

sahəsində əlavə tədbirlər haqqında» sərəncam verdi. Bu vasitələrə bəzi 

güzəştlər edUdi. Qəzet kağızı idxalına əlavə dəyər vergisi ləğv olundu. 

531 



Azərbaycan televiziya və radiosu xeyli inkişaf etmişdi. Respub- 

lika radiosunun verilişləri 13 dildə, o cümlədən 1992-ci ildən Avro- 

pa ölkələri üçün ingilis dilində dünyaya yayılırdı. 1992-ci ildə türk- 

dilli ölkələrin əksəriyyətini əhatə edən Türkiyə «Avrasiya» teleka- 

nalı fəaliyyətə başladı. 1996-cı ildə Bakıda əsası hələ 1982-ci ildə 

qoyulmuş 310 metr hündürlüyü olan yeni teleqüllə verildi. Türkiyə- 

nin «Türksat» peyki vasitəsilə yerüstü stansiyalar əlaqələndirildi. 

Naxçıvanda Azərbaycan televiziyası verilişlərinin qəbulu xeyli yax- 

şılaşdı. 1997-ci ildən respublikanın 20 bölgəsində televiziya verilişlə- 

rini peyk vasitəsilə qəbuletmə stansiyalan quraşdınimağa başlandı. 

Əhalinin böyük əksəriyyəti Azərbaycan televiziyasının I və II döv- 

lət, habelə «ANS», «Liden>, «Azad Azərbaycan» və «Space» özəl, 

Rusiyanın «RTR», «ORT» və «NTV», Türkiyənin «TGRT», «D» 

və b. proqramlarına baxmaq imkanı əldə etdi. 1996-cı ilin noyabr 

ayından respublika televiziyasının «Azərbaycan bu gün» populyar 

proqramı bazar günləri «TGRT» kanalı ilə dünyanın üçdə bir hissə- 

sinə yayılırdı. 1998-ci ildə respublikada efirə 20 tele-radio kanalı çı- 

xırdı. Azərbaycan televiziyasının proqramları 9 ölkənin, o cümlə- 

dən Türkiyə, ABŞ, Kanada, İngiltərə, Almaniya və başqa ölkələrin 

efiri vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdırırdı, 

1993-cü ildən respublika televiziyası ingilis dilində «Həftənin səsi» 

proqramını yaymağa başlamışdır. 

Azərbaycana qarşı mövcud informasiya blokadası Prezident 

Heydər Əliyevin gərgin əməyi, rəhbərliyi sayəsində, demək olar ki, 

tam aradan qaldınimışdı. 

Məktəb, mədəni-maarif müəssisələri, kütləvi informasiya 

vasitələri Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanıl- 

masını, dünyəvi, demokratik dövlət quruculuğunu, respublikanın 

ərazi bütövlüyünün bərpa və təmin olunmasını, bəşəri, islam və 

milli dəyərləri, ölkədə siyasi sabitlik və vətəndaş həmrəyliyi yaran- 

masını, Prezident Heydər Əliyev cənablarının uğurlu daxili və xarici 

siyasətini geniş təbliğ edir, mövcud qüsur və çatışmazlıqlar ciddi, 

kəskin tənqid olunurdu. Xüsusən müstəqil və müxalif mətbuata, 

radio və televiziyaya münasib imkanlar yaradılmışdı. 

Keçid dövründə Azərbaycan elmi də ciddi 

sınaqlarla üzləşdi. Vəsait çatışmazlığı, ənənəvi 

əlaqələrin qırılması elmin inkişafını xeyli ləngitdi. AXC - Müsavat 

hakimiyyəti dövrü Azərbaycan Elmlər Akademiyasına dövlət 

Elm 

532 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə