Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə207/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   203   204   205   206   207   208   209   210   ...   216

lar  dəyərində  dərman  preparatlan  gətirildi.  Həmin  ildə  Böyük 

Britaniyanın  «Uşaqlara  birbaşa  yardım»  beynəlxalq  humanitar  təşkilatı 

məcburi  köçkünlər  üçün  7  tibb  məntəqəsi  təşkil  etdi.  1998-ci  ilin 

yanvarında  ABŞ-dan  dövlət  səviyyəsində  ilk  humanitar  yardım 

göndərildi. 

Dövlət  respublikada  səhiyyə  işini  yenidən  qurmaq,  əhalinin 

sağlamlığını  qorumaq  sahəsində  mühüm  addımlar  atdı.  1996-cı  ilin 

iyununda respublikada prezidenti ölkədə sanitariya vəziyyətinin yaxşı laş- 

dınlması  ilə  əlaqədar  ciddi  tapşınqlar  verdi.  «Əhalinin  sağlamlığının 

qorunması  haqqında»  qanun  hazırlandı.  «Səhiyyə  təşkilatlannın  özü- 

nümaliyyələşdirmə  sisteminə  keçməsi  haqqında»  xüsusi  proqram  tərtib 

olundu.  Burada  müasir  avadanlıqlarla  təchiz  olunmuş  dövlət  tibb 

müəssisələrində  pullu  xidmətə  keçmək,  təsərrüfat  hesabı  ilə  işləyən 

səhiyyə  təşkilatlarının  sayını  artırmaq,  xarici  investisiya  cəlb  etməklə 

birgə  tibb  müəssisələri  yaratmaq  və  tibbi  sığortanı  geniş  tətbiq  etmək 

nəzərdə tutulurdu. Dünyada geniş yayılmış, sərfəli olan sığorta təbabəti 

sisteminin  respublikada  tətbiq  olunması  istiqamətində  hazırlıq  işlərinə 

başlanmışdı. 1998-ci ildə Bakıda ilk özəl təcili yardım xidməti - «Medi 

Club» açıldı, artroloji mərkəz istifadəyə verildi. YUNlSEF-in hazırladığı 

«Səhiyyə  islahatı  layihəsi»  üzrə  və  onun  maliyyə  yardım  ilə  Quba  və 

Masallı  rayonlannda  səhiyyə  islahatı  həyata  keçirilirdi.  Respublikada 

virus hepatitləri ilə mübarizə Milli Proqramı hazırlanmışdı. 

Bütün  çətinliklərə  baxmayaraq,  respublikada  əhalinin  sayı  artırdı. 

2001-ci ilin əvvəllərində burada artıq 8 milyon 81 min insan yaşayırdı. 

1999-

 

cu  il  əhalini  siyahıyaalmanın  nəticələri  göstərdi  ki,  burada 



əhalinin 7,2 milyonu azərbaycanlı, 178 mini ləzgi, 141 mini rus, 121 minə 

qədəri erməni, 76,8 mini talış, 51 minə qədəri avar, 30 mini tatar, 29 mini 

ukraynalı, 16 minə qədəri saxur, 15 minə qədər gürcü, 13 mini kürd, 10 

mini tat, 9 mini yəhudi, 4 mindən çoxu udin idi. Respublikada az sayda 

başqa etnik qruplar da yaşayırdı. 

524 



X V I I I

 

F Ə S t



L  

MƏDƏNİYYƏT 

§ 1. Maarif, elm, din 

Respublikanın mədəni, mənəvi həyatında dövlət müstəqilliyi bərpa 

edildikdən sonra mühüm dəyişikliklər baş vermişdi. Müharibəyə, erməni 

işğalçıları tərəfindən yüzlərlə sosial-mədəni obyektin məhv edilməsinə, 

keçmiş sovet respublikaları ilə mədəni əlaqələrin zəifləməsinə və bir çox 

sahələrdə  tam  qınimasına,  vəsait  çatışmazlığının,  təxribatların  törətdiyi 

çətinliklərə  baxmayaraq,  bu  dövrdə  Azərbaycan  mədəniyyəti 

mübarizliyi,  mənəvi  qüvvələrin  öz  kökünə  və  bəşəri  dəyərlərə  daha 

möhkəm bağlanması ilə səciyyələnirdi. 

Xalqın  ümumtürk  mədəniyyətinə  qovuşmasının  böi'ük  əhəmiyyəti 

olacağını  nəzərə  alaraq  199l-ci  il  dekabrın  24-də  latın  qrafikalı 

Azərbaycan  əlifbasının  bərpa  olunması  haqqında  qanun  qəbul  edildi. 

1992-ci ilin sentyabr ayından orta məktəblərin birinci sinfində dərslər bu 

əlifba ilə keçirilməyə başlandı. Lakin yeni qrafikaya keçid ləng gedirdi. 

Prezident Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli fərmanı ilə həmin il 

avqustun  1-dən  latın  qrafikalı  əlifba  qəti  tətbiq  edildi.  Prezidentin 

«Dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi haqqında» adlı bu fərmanına 

əsasən dövlət başçısının yanında «Dövlət Dil Komissiyası» yaradıldı. 

Azərbaycanın  1992-ci  ilin  iyun  ayında  BMT-nin  «Təhsil,  Elm  və 

Mədəniyyət Məsələləri Üzrə Təşkilatına»-YUNESKO-ya, az sonra İslam 

Konfransı  Təşkilatı  yanında  İslam  ölkələri  Elm,  Mədəniyyət  və  Təhsil 

Təşkilatına  -  İSESKO-ya  üzv  qəbul  edilməsi,  1996-cı  ilin  payızında 

YUNESKO ilə əməkdaşlıq haqqında memorandum imzalanması, 1997-ci 

ilin  yazında  Avropa  Mədəniyyət  Konvensiyasına  qoşulması,  habelə 

ayrı-ayrı ölkələrdə ikitərəfli mədəni əlaqələr 

525 



Maarif 

yaradılması respublikanın xarici mədəni əlaqələrinin genişlənməsi- 

nə və möhkəmlənməsinə münasib şərait yaratdı. Türkdilli xalqların 

mənəvi birliyini möhkəmləndirmək, mədəniyyətini inkişaf etdir- 

mək və təbliğ etmək məqsədilə 1992-ci ilin ortalarında «Türkdilli 

Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Konseyni», 1993-cü ilin 

əvvəllərində isə onun icra qurumu - TÜRKSOYU (Türk Kultur və 

Sanatları Ortak Yönətim) fəaliyyətə başladı. 1996-cı ilin iyununda 

bağlanan müqaviləyə əsasən YUNESKO TÜRKSOYU tanıdı və 

onu dəstəkləməyə başladı. 1998-ci il fevralın 16-da Azərbaycan 

Respublikası Milli Məclisi «Mədəniyyət Qanunu»nu qəbul etdi. 

Bütün bunlar Azərbaycan mədəniyyətinin milli və bəşəri dəyərlər 

üzərində daha fəal inkişaf etməsinə imkanları genişləndirdi. 

iqtisadi, siyasi və mənəvi həyatdakı ziddiy- 

yətlər Azərbaycan məktəbini böyük çətinliklər 

qarşısında qoymuşdu. Maarifə kifayət qədər vəsait ayırmaq müm- 

kün deyildi. Məktəblərin maddi-təlim bazası zəifləyirdi. Yüzlərlə 

maarif müəssisəsi, o cümlədən 1145 məktəbəqədər uşaq müəssisəsi

690 ümumtəhsil məktəbi, 4 texnikum və 1 ali məktəb binası düşmən 

əlinə keçmiş, qarət edilmiş və dağıdılmışdı. Nəzarətsizlik üzündən 

bir çox məktəb binaları, sinif otaqlan «zirək» işbazlann əlinə keçir 

və başqa məqsədlər üçün istifadə olunurdu. Lazımınca təmin olun- 

madığından minlərlə müəllim maarif sistemini tərk etmişdi. 

Bu  illərdə  maarif  işində  müəyyən  irəliləmələr  də  baş  vermişdi. 

Məktəb  bolşevik  ideologiyası  təzyiqindən  xilas  olmuşdu.  Milli  təzyiq 

konsepsiyası  hazırlanmış  və  həyata  keçirilməyə  başlanmışdı.  Təhsil 

haqqında qanun qəbul edilmişdi. 

Məktəb  sovet  təhsil  sisteminin  müsbət  ənənələrini  qoruyub 

saxlamağa, onu müasir Avropa təhsil texnologiyası ilə zənginləşdirməyə 

çalışırdı.  Yeni  proqramlar  və  dərsliklər  yaradılmışdı.  Alim  və 

pedaqoqlarm  fədakar  əməyi  sayəsində  qısa  müddətdə  orta  məktəblər 

üçün yeni «Azərbaycan tarixi», «Ədəbiyyat», «Coğrafiya», «Azərbaycan 

dili» və başqa orijinal dərsliklər hazırlanıb çap olunmuşdu. Ali məktəblər 

üçün ilk dəfə «Azərbaycan tarixi» dərsliyi yaradılmışdı. Dəqiq və təbiət 

elmləri  üzrə  orijinal  dərsliklər  hazırlanmağa  başlanmışdı.  Məktəblərdə 

«Azərbaycan tarixi»nin tədrisinə saatlar xeyli artırılmışdı. 

Qaçqın  və  köçkünlər  üçün  məktəblər  təşkil  olunmuşdu.  BMT-nin 

Qaçqınlarla İş Üzrə Ali Komissarlığı xətti ilə respublikada 514 yığ 



526 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə