Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması



Yüklə 143,99 Kb.
səhifə1/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
  1   2   3   4   5   6   7   8   9   ...   33
Movzu-12-Turkiyə


Mövzu 12
Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək


XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması
Avropa dövlətləri artıq kapitalist inkişafı yoluna keçdiyi bir vaxtda Osmanlı imperiyasında feodal münasibətləri hökm sürürdü. Ölkə durğunluq vəziyyətində idi. İmperiyanın Avropa ölkələrindən geridə qalması buna səbəb oldu ki, türklər hərbi məğlubiyyətlərə uğramağa başladılar, zəngin hərbi qənimət mənbəyi tükəndi, feodalların müharibəyə marağı itdi. Bunun müqabilində isə onlar kəndlilər üzərindəki istismarı daha da gücləndirdilər.
XVII-XVIII əsrlərdə şəhər sənətkarları və tacirlərinin də vəziyyəti xeyli pisləşdi. Ödənilməsi heç də mümkün olmayan vergilər qoyulması, qəlp pul kəsilməsi, əhalinin həmin təbəqələrinin əmlakının müsadirə edilməsi, insan həyatının və mülkiyyətinin valilərin özbaşınalığından qorunmaması onların narazılığına səbəb olurdu. Bu narazılıqlar getdikcə artır və bəzən də üsyanlara gətirib çıxarırdı. Kəndlilərin, sənətkarların və tacirlərin müflisləşməsi, kənd təsərrüfatı, sənaye və ticarətin inkişafı yolunda feodalizm rejiminin yaratmış olduğu maneələr Türkiyəni Avropa ölkələrindən ayıran məsafəni getkidcə daha çox artırır və onun tənəzzülünə, ölkədə uzun sürən iqtisadi böhrana, bir qədər sonra isə siyasi böhranın baş verməsinə səbəb oldu.
Türkiyənin tənəzzülü onun başqa ölkələrlə əlaqələrində də özünü göstərdi. Bu məhdudiyyətlər xüsusilə Avropa dövlətləri ilə münasibətlərdə özünü büruzə verirdi. XVII əsrin axırlarında Türkiyənin Avropada olan torpaqlarının bir hissə- si (1699-cu il Karlovitsi sülh müqaviləsi əsasında) ilk dəfə bölüşdürüldü. Avropa dövlətlərinin təzyiqi altında Türkiyə sultanları XVIII əsrin ikinci yarısının axırlarından etibarən öz ölkəsinin ticarət və sənayesinin zərərinə olaraq xarici tacirlərə birtərəfli iqtisadi və siyasi imtiyazlar verməyə başladılar. Xatırladaq ki, onlar bu güzəştləri keçmişdə öz xoşları ilə verirdilər və qismən könüllülük prinsipi gözlənilirdi. Kapitulyasiyalar adlanan bu birtərəfli imtiyazlar Türkiyənin müstəmləkə əsarəti altına düşməsinin ən mühüm formalarından birinə çevrildi. Kapitulyasiyalara əsasən xarici tacirlər Türkiyə qanunlarına tabe olmayaraq, Türkiyə hökumət idarələrinin səlahiyyətindən və təsir vasitələrindən kənarda qalırdı. Onların Türkiyəyə gətirdikləri mallara Türkiyə tacirlərinin verdiyindən bir neçə dəfə az gömrük qoyulurdu.
Bunula yanaşı, hələ 1664-cü və 1683-cü illərdə Osmanlı imperatorluğuna qarşı Sentqozxarda (Macarıstan) və Vyanada uğurlu döyüşlər keçirmişdilər. Zaman keçdikcə Avropa dövlətlərinin, xüsusilə Fransa, İngiltərə, bəzən də Rusiyanın səfirləri Türkiyə hökumətinin xarici və daxili siyasətinə daha artıq təsir göstərirdilər. Avropa dövlətləri hətta Türkiyənin torpaqlarını bölüşdürmək planlarını hazırlamağa başlamışdılar. Bu planlar ətrafında dövlətlər arasında kəskin mübarizə gedirdi. Həmin mübarizə tarixi ədəbiyyatda "Şərq məsələsi" adlanır. Türkiyənin cəlb olunduğu bu problem XVIII əsrin axırlarında xüsusilə kəskinləşdi.
Türkiyənin artıq uzun illərdən bəri məruz qaldığı iqtisadi və siyasi böhran XVIII əsrin axırları və XIX əsrin əvvəllərində daha da kəskinləşdi. Daxili səbəblərdən başqa, o zaman Avropanın iki qabaqcıl ölkəsində baş vermiş hadisələr – Fransadakı 1789-cu il burjua inqilabı və İngiltərədəki sənaye çevrilişi də buna təsir göstərmişdi. Əsasən Fransa inqilabı Osmanlı imperiyasının hərbi, siyasi və iqtisadi vəziyyətinə böyük təsir göstərmişdi. İnqilabın demokratik ideyaları birinci növbədə imperiyanın əsarət altında olan xalqları arasında içərisində milli-azadlıq hərəkatını bir qədər də coşdurmuşdu. Tədricən fəallaşan xalqların bütün əvvəlki ictimai-iqtisadi və siyasi dünyagörüşünün istiqlal savaşına istiqamətləndirilməsi nəticəsində baş verirdi və XVIII əsrin axırlarında həmin ideyalara yiyələnməyə daha əlverişli şərait yaranmışdı. Bundan başqa, burjuaziyanı hakimiyyət başına gətirən Fransa inqilabı nəticəsində Fransa ilə İngiltərə arasında müstəmləkələr uğrunda, o cümlədən Osmanlı imperiyasının tərkibinə daxil olan ərazilər uğrunda mübarizə özünün daha gərgin mərhələsinə daxil olmuşdu. İngiltərədəki sənaye inqilabı da (bunu bəzən də sənaye çevrilişi adlandırırdılar) İngiltərədə yeni tələblərin meydana çıxmasına səbəb olmuşdu. Fransa burjua inqilabı və İngiltərədə sənaye çevrilişi həmin ölkələrin, həmçinin bütün kapitalizm dünyasının ictimaiiqtisadi tərəqqisi yolunda ən mühüm mərhələ hesab edilirdi. Belə bir mühitdə Osmanlı imperiyasının geriliyi, mərhələmərhələ tənəzzülü xüsusilə nəzərə çarpırdı. Türkiyə iqtisadiyyatının əsas istehsal sahəsi olan kənd təsərrüfatı dərin böhran içərisində idi. Öz dövrünü keçirib dağılmaqda olan timar torpaq sahibliyi sistemi hələ də hökm sürürdü. Hələlik bundan mütərəqqi üsul tapılmırdı. Amma XVIII əsrin axırlarında Osmanlı imperiyasında istehsal edilən kənd təsərrüfatı məhsullarına Avropa dövlətlərinin tələbatı artmışdı. Bu isə kəndlilər üzərindəki feodal istismarının, xüsusilə Kiçik Asiyanın sahil rayonlarında və Balkanlarda feodal istismarının güclənməsinə səbəb olmuşdu. Bununla bərabər, Türkiyədə yardarlıq sistemi çox yayılmış olduğundan istismarın güclənməsi başlıca olaraq özünü kəndlilərin istehsal etdiyi məhsulun bilavasitə feodal tərəfindən ələ keçirilməsində və soyğunçuluqda özünü göstərirdi. Şəhərlərdə sənətkarlar və tacirlər üzərində tətbiq edilən vergi siyasəti o qədər də ürək açan deyildi. Başqa təbəqələr kimi əhalinin bu təbəqələrinin, hətta iri əyanların belə həyatı və əmlakı heç bir qanunla qorunmurdu. Paşaların özbaşınalı-

Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə