Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması


XVIII əsrin axırı və XIX əsrin əvvəllərində Türkiyənin beynəlxaq vəziyyət



Yüklə 143,99 Kb.
səhifə5/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   2   3   4   5   6   7   8   9   ...   33
Movzu-12-Turkiyə

XVIII əsrin axırı və XIX əsrin əvvəllərində Türkiyənin beynəlxaq vəziyyət
XVIII əsrin axırlarında İngiltərə ilə Fransa arasında rəqabətin daha da gərgin hal alması o zaman, xüsusilə Napoleon müharibələri dövründə bütün beynəlxalq vəziyyətin, o cümlədən "Şərq məsələsinin" də kəskinləşməsinə səbəb oldu. İlk vaxtlar Napoleonla III Səlim arasında düşmən münasibətlər mövcud idi. Yaxın və Orta Şərqdə İngiltərənin mövqeyini zəiflətməyə çalışan Napoleon 1798-ci ildə Misirə hərbi yürüş təşkil etdi. Bu səbəbə görə Türkiyə Fransaya müharibə elan etdi. Napoleonun Misirə yürüşü müvəffəqiyyətsizliklə nəticələndi. İngilis donanması Əbukir vuruşmasında (İsgəndəriyyənin şərqində) fransız donanmasını darmadağın etdi. Suriyada isə fransız orduları III Səlimin fransız təlimatçılarından təlim almış nizami hissələri tərəfindən Əkkə şəhəri ətrafında dayandırıldı və Misirə qayıtmağa məcbur edildi.
Napoleonun Türkiyə əleyhinə siyasəti buna səbəb oldu ki, Türkiyə Napoleonun düşmənləri ilə, o cümlədən Rusiya ilə yaxınlaşmağa başladı. İonik adalarını tutmuş olan fransızlara qarşı birgə əməliyyat keçirmək üçün III Səlimin xahişi ilə rus çarı I Pavel eskadra göndərdi. 1799-cu il yanvarın 3-də İstanbulda Rusiya ilə Türkiyə arasında Fransaya qarşı müttəfiqlik müqaviləsi imzalandı. İki gün sonra isə Türkiyə ilə İngiltərə arasında eyni məzmunlu qarşılıqlı anlaşma müqaviləsi imzaladı. Beləliklə, Türkiyə münaqişəyə cəlb olunmuş dövlətlərin Fransaya qarşı ittifaqına daxil oldu. Birləşmiş rus-türk eskadrası fransızları İonik adalarından qaçmağa məcbur etdi. Həmin döyüşdə isə vitse-admiral Uşakovun komandanlığı altındakı rus donanması həlledici rol oynadı. 1800-cü il martın 21-də Rusiya ilə Türkiyə arasında yeni müqavilə imzalandı ki, buna görə də yeddi İonik adalarında Türkiyənin səlahiyyətlərinin hüquqi cəhətdən əsaslandırılması ilə və Rusiyanın himayəsi altında "Yeddi Birləşmiş Ada Respublikası" yaradıldı. Hər iki ölkə arasında imzalanmış başqa bir sazişə əsasən sultan
1802-ci ildə yeni bir fərman verdi. Bu fərmana görə Moldaviya və Valaxiya knyazlıqlarının qospodarları (hakimləri) sultan tərəfindən təyin edilir və işdən azad edilirdi. Lakin buna Rusiyanın da razılığı olmalı idi. Həmin saziş nəticəsində hər iki knyazlığa Rusiyanın istədiyi qospodarlar təyin olunurdu. 1802-ci ildə Türkiyə ilə Fransa arasında sülh müqaviləsi bağlanmasına baxmayaraq Napoleona qarşı mübarizədə mənafe ümumiliyi zəminində Rusiya ilə Türkiyə arasında müttəfiqlik əlaqələri hələ də inkişaf edirdi. 1805-ci il sentyabrın 24-də hər iki dövlət arasında yenidən ittifaq müqaviləsi imzalandı. Bu müqavilə İonik Respublikasını müdafiə etmək üçün rus hərbi gəmilərinin boğazlardan keçmək hüququ təsdiq edildi.
Lakin Rusiya ilə Türkiyə arasındakı müttəfiqlik əlaqələri təbii xarakter daşımırdı. Rusiyanın Moldaviya ilə Valaxiyada ağalıq etməsi Türkiyədə narahatçılıq və qəzəb oyatdı. Misirdə və Suriyada isə İngiltərənin buna oxsar hərəkət etməsi də beynəlxalq münasibətlər sistemində gərginliyi artırdı. III Sultan Səlimi öz tərəfinə çəkmək məqsədilə Napoleon vəziyyətdən istifadə etmək qərarına gəldi. Austerlits yaxınlığında rus-Avstriya orduları üzərində Napoleonun qələbəsindən sonra III Sultan Səlim Rusiyanın darmadağın olunduğunu təsəvvür edərək özünün Napoleona qarşı əvvəlki düşmən münasibətini dəyişdi. Türkiyə ilə Fransa arasında dostluq əlaqələrinin yaranması ilə bərabər Rusiya ilə Türkiyənin münasibətləri pisləşməyə başladı və onların arasındakı bu ziddiyyətlər müharibə ilə nəticələndi.



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə