Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması



Yüklə 143,99 Kb.
səhifə14/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   ...   10   11   12   13   14   15   16   17   ...   33
Movzu-12-Turkiyə

1839-cu il Gülxana xəttişərifi

Belə bir mürəkkəb şəraitdə hakim dairələrin qabaqcıl nümayəndələri təcili surətdə yeni islahatlara başlamağın zəruri olması fikrinə gəldilər. Onlar bu tədbirlə Avropa dövlətlərinin etimadını qazanmaq, Türkiyənin daxili işlərinə onların müdaxiləsinin qarşısını almaq və daxili siyasi böhranı zəiflətmək istəyirdilər. Mustafa Rəşid paşanın komissiyası tərəfindən sultanın ali fərmanı (xətt-şərif) şəklində tərtib edilmiş bəyannamə 1839-cu il noyabrın 3-də sultanın Gülxana sarayında elan olundu. Buna görə də həmin fərman "Gülxana xətt-şərifi" adı ilə tarixə daxil olmuşdu. Fərmanda Osmanlı imperiyasının bütün təbəələrinin həyat, şərəf və əmlak təhlükəsizliyinin təmin edilməsi, vergilərin düzgün təqdim olunması və toplanması, iltizam sisteminin ləğv edilməsi, orduya çağırışın qaydaya salınması və hərbi qulluq müddətinin azaldılması nəzərdə tutulurdu.


Gülxana fərmanında həmçinin o da vəd olunmuşdu ki, yeni qanunlar əsasında Osmanlı imperiyasının bütün əyalətlərinin yaxşı və ədalətli idarə olunması təmin ediləcəkdir.
Fərmanda misal üçün deyilirdi: - "bundan sonra məhkəmə işləri açıq aparılacaq, məhkəmə məsuliyyətinə cəlb edilənlərin əmlakı müsadirə olunmayacaq, vərəsələr öz qanuni hüquqlarından məhrum edilməyəcəkdir". Fərman dini etiqadından asılıolmayaraq imperiyanın bütün təbəələrinə hüquq və vəzifə cəhətdən tam bərabərlik vəd edirdi. Yuxarıda göstərilənlərdən aydın görünür ki, Gülxana fərmanı Türkiyədə uzun illər mövcud olan problemləri və II Mahmud dövründəki islahat və ideyaları ümumiləşdirib inkişaf etdirirdi. Bu fərman Mustafa Rəşid paşa başda olmaqla 1838-ci ildə yaradılmış "İctimai fayda şurası" adlanan şuranın mütərəqqi fəaliyyətinin nəticəsi idi. Şuranın işində xaricilər, xüsusilə fransızlar da iştirak edirdilər ki, bununla Avropaya yaxınlaşma, daha doğrusu avropalaşma meylləri aydınca hiss olunurdu. Eyni zamanda bu amil demokratikliyinə görə fərmanın məzmununa öz təsirini göstərmişdi.
"İslahata" türkcə "tənzimat" deyirlər. "Tənzimat" dedikdə tarix ədəbiyyatında adətən Gülxana fərmanında vəd verilən islahatların sonrakı bir neçə onillik ərzində həyata keçirildiyi dövr nəzərdə tutulsa da, əslində islahatlar 1826-cı ildən başlanmışdı. Beləliklə, Gülxana fərmanı bir tərəfdən II Mahmudun islahatlarının davamı, digər tərəfdən də bir sıra yeni islahatların başlanğıcı oldu. Özünün bəzi məhdudluğuna baxmayaraq bu islahatlar burjua xarakteri daşıyırdı və həyata keçirilə bilsəydi müəyyən dərəcədə ölkənin tərəqqisinə kömək edə bilərdi.



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə