Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması


Osmanlı dövlətində Krım müharibəsi ərəfəsində islahatlar, ölkənin iqtisadi vəziyyət



Yüklə 143,99 Kb.
səhifə16/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   ...   12   13   14   15   16   17   18   19   ...   33
Movzu-12-Turkiyə

Osmanlı dövlətində Krım müharibəsi ərəfəsində islahatlar, ölkənin iqtisadi vəziyyət
Gülxanə fərmanından sonra Osmanlı imperiyası ərazisində fərmanın davamı olaraq yeni islahatlar haqqında təkliflər verildi. Türkiyənin rəsmi tarixşünaslığında bu islahatlara "tənzimati-xeyriyyə" deyilirdi.
Əlavə olaraq 1840-cı ildə vergi alınması islah edildi və bundan sonra vergi alınması tənzimləndi. Eyni zamanda vergiləri xüsusi agentlər vasitəsilə dövlət özü topamalı oldu. Həmin il cinayət məcəlləsinə yeni maddələr də daxil edildi və mülki-qanun məcəlləsi də hazırlanmağa başlandı. Bununla yanaşı 1843-cü il fərmanı orudunun yeni quruluşunu müəyyən etdi. Kadr qoşunlarında xidmət müddəti 15 ildən 5 ilə endirildi. Ehtiyatda qalmaq müddəti 7 il müəyyən olundu. Elə həmin il islam dini mürtədlərinə edam cəzası verilməsi ləğv olundu. 1847-ci ildə ticarət məhkəmələri təşkil edildi ki, bunlarda da ilk dəfə olaraq müsəlman olmayanların şəhadəti müsəlmanların şəhadətinə bərabər tutulurdu. Yenə də həmin ildə maarif nazirliyi yaradıldı. 1850-ci ildə fransız ticarət məcəlləsi nümunəsi ilə türk ticarət qanun məcəlləsi qəbul edildi. Qanun layihələrinə baxmaq üçün dövlət şurası, qubernator-paşalar nəzdində isə məsləhət şuraları-məclisləri yaradıldı ki, bunlara da zadəgan və varlıların, o cümlədən müsəlman olmayanların nümayəndələri də daxil edildi.
Lakin paşalar, iltizamçılar, sələmçilər, ruhanilər və başqa imtiyaz sahibləri, qeyri-mütərəqqi qüvvələr əyalətlərdə islahatların həyata keçirilməsini qəsdən pozurdular. Bir sıra hallarda əhalini məcbur edirdilər ki, həm keçmişdə olduğu kimi iltizamçılara, həm də hökumət agentlərinə vergi versinlər. Bunun nəticəsində ölkənin müxtəlif regionlarında üsyanlar baş verirdi. Lakin müsəlman olmayan əhaliyə, hələ də əziyyət verilməsi mövcud idi. İrticaçılar müsəlmanlarla "kafirlərin" hüquqca bərabər olmasını təsəvvürünə belə gətirmək istəmirdilər. Mühafizəkarların belə pozucu fəaliyyəti Balkanlarda və bir sıra digər yerlərdə üsyanların baş verməsinə səbəb oldu. Bu üsyanlar sultanın Gülxanə islahatlarını həyata keçirmək zəruriliyi şüarı altında gedirdi. Belə üsyanlar Bolqarıstanda 1841-ci ildə məşhur Niş üsyanı, Makedoniyada, Kritdə və Kipirdə də baş vermişdi.
Osmanlı imperatorluğunda yuxarıdan keçirilən islahatlar zəhmətkeş kütlələrin vəziyyətini əsla yaxşılaşdırmadısa da burjuaziyanın, o cümlədən milliyətcə türk olmayan burjuaziyanın artmasına kömək edirdi. Lakin islahatlar paralel olaraq eyni zamanda xarici kapitalın da mövqeyinin möhkəmlənməsinə kömək edirdi. Bunlar bir-birinə zidd olan iki təmayül idi. Lakin bu zaman xarici kapital Türkiyədə artıq elə üstünlüklər qazanmışdı ki, geridə qalmış və zəif Türkiyə burjuaziyası xaricilərlə rəqabətdə geridə qalır, həm də idxalat getdikcə ixracatı ötüb keçirdi. XIX əsrin 50-ci illərinin əvvəllərində imperiyanın xarici ticarətində kəsir baş verdiyi aşkara çıxır və bu kəsir daimi hal alırdı. Həmin ildə 11.820 min lirəlik mal gətirilmişdirsə, 10.640 lirəlik mal çıxarılmışdı. Xarici malların idxalının təsiri altında sənayenin fəaliyyəti zəifləyirdi. Misal üçün, 1812-ci ildə Skutari və Tırnovoda 2000 toxucu dəzgahı olduğu halda, 1841-ci ildə yalnız 200 dəzgah fəaliyyət göstərirdi. Eyni zamanda Türkiyənin kapitalist dövlətləri üçün aqrar-xammal bazasına çevrilməsi prosesi qüvvətlənirdi. Misal üçün, 1839-cu ildə imperiyanın Qara dəniz limanları vasitəsilə 1,8 milyon kiloqram taxıl ixrac edildiyi halda, 1841-ci ildə təxminən 11 milyon kiloqram taxıl ixrac edilmişdi. Başqa kənd təsərrüfatı məhsullarının ixracı da bir neçə dəfə artmışdı. Türkiyənin iqtisadiyyatı getdikcə daha çox birtərəfli və şəxsi mənafelərə xidmət edən iqtisadiyyata çevrilirdi.
Beləliklə, XIX əsrin 30-50-ci illərində Türkiyənin həm siyasi, həm də iqtisadi sahədə Avropa kapitalist dövlətlərinin başlıca olaraq İngiltərə və Fransanın yarımmüstəmləkəsinə çevrilməsi üçün ilkin zəmin hazırlandı. Həmin dövlətlərin təsiri altına düşən Türkiyə, getdikcə daha artıq dərəcədə bu dövlətlərin öz düşmənlərinə qarşı mübarizə alətinə çevrilirdi. Türkiyənin bu asılı vəziyyəti Rusiya-Osmanlı münasibətlərinə xələl gətirirdi. Belə mövcud vəziyyət nə Rusiyanın, nə də Türkiyəni razı salmırdı. Qarşılıqlı narazılıqlar təbii olaraq yeni müharibə üçün şərait yaratmaqda idi.



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə