Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması



Yüklə 143,99 Kb.
səhifə12/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   ...   8   9   10   11   12   13   14   15   ...   33
Movzu-12-Turkiyə

Sultan II Mahmudun islahatları

Avropada sürətli inkişaf, kapitalizmin yeni xətt üzrə inkişafı, elmin, texnikanın tərəqqisi diktə edirdi ki, Türkiyə də bu prosesdən geri qalmasın. Odur ki, Türkiyə hakim dairələrinin nisbətən uzaqgörən və mütərəqqi fikirli nümayəndələri başa düşürdülər ki, Türkiyə öz mövcudluğunu mühafizə etmək üçün bir sıra islahatlar keçirməlidir. Çünki beynəlxalq münasibətlər sistemindəki gərginliklər, Osmanlı imperiyasına qarşı hazırlanan təxribatlar bunu tələb edirdi. Odur ki, dövrün, zamanın tələblərinə uyğun olaraq nəhayət. Türkiyədə 1834-1839-cu illərdə belə islahatlar keçirildi və bu islahatlarmahiyyətinə görə Türkiyə inkişaf tarixində yeni mərhələ oldu.


Bununla yanaşı XIX əsrin 30-40-cı illərində hərbi-len torpaq sahibliyi sistemi tamamilə ləğv edildi. Len sahiblərinin ixtiyarında bu vaxtadək qalmış olan timar və ziyamət torpaqları alınıb dövlət torpaq fonduna qatıldı. Len sahibliyi hüququ haqqında sultandan bəratı (fərmanı) olanlara alınan torpaq əvəzində dövlət qiymətilə pul təyin edildi. Qalan len sahiblərinin torpaqları isə əllərindən alındı. Bu torpaqların çox böyük hissəsi xırda torpaq malikanələri (timar), qismən də orta malikanələr (ziyamət) idi. Türk feodallarının xeyli hissəsi öz lenlərini irəlicədən mülkiyyətə (ciftliyə) çevirə bilmişdi. Misal üçün bolqar rayonlarında bütün len sahiblərinin təxminən 30 faizi belə etmişdi. Alınan torpaqlar çoxdan bəri bu yerləri becərən kəndlilərin istifadəsində saxlanıldı. Müsadirə edilən boş yerlərin xeyli hissəsi isə hərraca çıxarılmışdı və həmin torpaqlar şəhər varlıları, sultanın məmurları və qohumları tərəfindən dəyər-dəyməzinə pulla alınırdı.
Türkiyədə başlanan və çox əhəmiyyəti olan bu islahat bu dövrdə bir çox sahələri əhatə edirdi. Ən başlıcası hərbi-len sisteminin qəti surətdə ləğv olunması idi və bu tədbiri aqrar islahatın ən vacib və zəruri tərəfi hesab etmək olardı. Eyni zamanda bu islahat feodal münasibətlərinin yarımfeodal əlaqələrlə əvəz edilməsinə səbəb oldu. Bununla da kənd təsərrüfatının inkişafı üçün bəzi imkanlar yaradıldı. Lakin bu, islahatın müəyyən mütərəqqi əhəmiyyəti olsa da islahat kəndlilər üzərindəki əsas istismar üsulunu dəyişdirmədi. Hərbi-len sistemi dövründəki yardarlıq sistemi islahatdan sonra da qalırdı. Yəni, bu tədbir xalq üçün o qədər də ideal və xeyirverən tədbir deyildi, xüsusiyyətinə görə də ola bilməzdi.
Hərbi-len sisteminin ləğv edilməsi inzibati sahədə də islahat keçirilməsinə səbəb oldu. Çünki Osmanlı imperiyasında inzibati quruluşun əsasını da hərbi-len sisemi təşkil edirdi və uzun illər bu sistemin mövcudluğu ənənəyə çevrilmişdi. 1834- cü ildəki yeni inzibati islahata görə bütün ərazi əyalətlərə və sancaqlara (mahallara) bölündü. Lakin bu islahat yerli rəislərinözbaşınalığını aradan qaldıra bilmədi. Vəzifələrin satılması kimi neqativ hallar bu özbaşınalığı daha da dərinləşdirirdi. Başqa islahatlar içərisində 1836-cı ildə gömrük sisteminin vahid şəkilə salınmasını, taxıl və yun satın almaq sahəsində dövlət inhisarının 1838-ci ildə ləğv edilməsini, 1836-1837-ci illərdə xarici işlər və daxili işlər nazirliklərinin, hərbi nazirliyin yaradılmasını, Paris, Vyana, London və Berlində səfirliklər açılmasını da göstərmək lazımdır. Məhz bu islahatdan sonra Türkiyənin beynəlxalq münasibətlər sistemi ilə daxili idarəçilik sistemi arasında qismən uyğunluq yaradılmış oldu. Hətta məmurların zahiri görünüşünü müəyyən edən fərmanlar verildi. Misal üçün, 1837-ci il fərmanı bığların uzunluğu ilə qaşların uzunluğu arasında nisbət olmasını tələb edirdi. Yəni, insanın zahiri görünüşü dövləti maraqlandırırdı və bunun çox böyük əhəmiyyəti var idi.
Səlnaməçilərin təsvirinə görə Türkiyədə küçələrdə qışqıra-qışqıra danışanların siması çox iyrənc görünürdü. II Mahmud öz fərmanı ilə belələrini mədəniləşdirdi. Bu fərmandan sonra ilk növbədə şəhər əhalisinin xarici görünüşündə Avropa təsiri özünü göstərməyə başladı. Müasirlərdən birinin dediyinə görə, alabəzək Şərq geyimi əvəzinə indi kişilər qara, avropasayağı pencək və dar şalvar geyir, çalma əvəzinə fəs qoymağa başlamışdı. Uzun saqqal qoyanlar azalmışdı. "Türklərin yuxarı təbəqələrinin indiki gəncləri daha əvvəlki kimi bir-birilə qışqıra-qışqıra danışmır, hay-küy salmırlar, fransızca laqqırtı vurur, naz-əda ilə söhbət edir, sarı rəngli qədim çəkmə əvəzinə laklı tufli geyirdilər. Keçmişdə ayaqyalın gəzən varlı qadınlar isə indi ayaqlarında tarım geyilmiş corabla gəzir və hətta bəziləri belələrinə korset də taxırdı. Uzun yaylı, avropasayağı faytonlar da dəbə düşmüşdü..."
İslahatın digər bir tərəfi də diqqətəlayiqdir ki, II Mahmud özünü dini mənsubiyyətindən asılı olmayaraq bütün təbəələrin bərabər olması tərəfdarı kimi qələmə verməyə çalışırdı. O, Türkiyə sultanları içərisində birinci olaraq 1837-ci ildə imperiyanın Avropa hissəsini gəzdi, orada müsəlman olmayan əhalinin nümayəndələrini qəbul etdi, onlara müraciətləsöylədiyi nitqlərində dini etiqadından asılı olmayaraq imperiyanın bütün təbəələrinin bərabər olmasından danışdı. Padşahın xalq içərisinə getməsi, hətta müstəmləkələrdə yerli əhali ilə ünsiyyətdə olması, onların problemləri ilə maraqlanması onun nüfuzunu artırdı. Bu olduqca böyük siyasət idi. Fransız səyyahı, etnoqrafı A.Buni XIX əsrin ortalarında Türkiyə mədəniyyəti və xalqların adət-ənənələrindən bəhs edərək yazırdı: "İqdırda bir toy mərasiminə dəvət edilməmiş iştirak edirdim. Süfrələri çox kasıb idi, amma o qədər oynayırdılar ki, oyun yerinin tozu insanların çöhrəsini tanınmaz etmişdi. Oynayanların arasında hətta ürəkləri gedən də oldu. Bu adamlar o qədər şənlənmişdilər ki, səfalətlərini və kasıblıqlarını toy müddətində unutmuşdular". Mən türk musiqisini başa düşməsəm də, yəqin edirdim ki, oynayanların əksəriyyəti musiqinin məzmununu dərk etmədən oynayırdılar.
Öz hakimiyyətini möhkəmlətmək məqsədilə II Mahmudun yuxarıdan həyata keçirdiyi islahatlar geniş zəhmətkeş kütlələrin vəziyyətini yüngülləşdirməyə yönəldilmişdi. Amma aparılan islahat reallaşandan sonra xalq kütləsi əsl həqiqəti gec də olsa dərk etdi. Onlar dərk etdilər ki, sultanın bütün cəhdləri yalnız hakimiyyətini möhkəmlətmək imiş. Xalq kütlələri, xüsusilə kəndlilər vergilərin artmasından və hərbi mükəlləfiyyətdən daha çox şikayət edirdilər. Doğrudan da yeni inzibati rəislər hökumətin göstərişi əsasında vergilərin yükünü daha da ağırlaşdıraraq toplanılan vergilərin xeyli hissəsini özləri mənimsəyirdi. Orduda 15 il qulluq etməyi nəzərdə tutan hərbi mükəlləfiyyət səfərbərlik zamanı kəndliləri uzun zaman öz ailə və təsərrüfatından ayırırdı. Halbuki əvvəllər öz feodalı tərəfindən hərbi qulluğa çağırılan kəndli adətən yayda müharibədə iştirak edir, qışda isə evinə qayıdırdı. Bu amildən, yəni əhalinin narazılığından istifadə edərək islahatları pozmağa çalışan qüvvələr də var idi. Onlar bəzən də buna müvəffəq olurdular. Lakin II Mahmud heç bir müxalifətçiyə güzəşt etmir, öz düşmənlərinə, hətta ruhanilərdən olan düşmənlərinə də şiddətli divan tuturdu.
Türkiyədə islahatın davamı kimi, hətta II Mahmud yeni islahatlar da hazırlayırdı. Bunların işlənib hazırlanması ilə xüsusi komissiya məşğul olurdu. Bu komissiyaya görkəmli dövlət xadimi, diplomat, qərbpərəst Mustafa Rəşid paşa başçılıq edirdi. Lakin Məhəmmədəli ilə yeni münaqişə baş verməsi yeni islahatlardan ayrıldı və sultanın diqqətini özünün hakimiyyətinin qorunub saxlanılmasına cəlb etdi.



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə