Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması


Misir hakimi Məhəmmədəli ilə Türkiyə arasında 1839-1840-cı illərdə ikinci münaqişə



Yüklə 143,99 Kb.
səhifə13/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   ...   9   10   11   12   13   14   15   16   ...   33
Movzu-12-Turkiyə

Misir hakimi Məhəmmədəli ilə Türkiyə arasında 1839-1840-cı illərdə ikinci münaqişə
Özünü müstəqil hakim hesab edən Məhəmmədəli uzun müddət idi ki, Osmanlı imperatorluğuna xərac vermir, hətta Avropa dövlətləri ilə müstəqil əlaqələr qurmağa səy göstərirdi. Bu səbəbdən Məhəmmədəli ilə ikinci münaqişə 1838-ci ildə baş verdi. Sultan II Mahmud vassalı Məhəmmədəlini özünə tabe etmək üçün yenidən müharibə variantını 1839-cu ildə sultanla onun rəsmi vassalı arasında açıq müharibə başlandı. Həmişə olduğu kimi bu dəfə də münaqişənin müharibəyə çevrilməsində İngiltərə mühüm rol oynadı. Məhəmmədəli ərəb Şərqində İngiltərənin öz mövqeyini genişlədib möhkəmlətmək səylərinə mane olurdu. O, 1836-cı ildə imzalanmış ingilis-türk ticarət müqaviləsinə görə taxıl və yun almaq sahəsində dövlət inhisarının ləğv edilməsi ilə razı olmamışdı. Türklərin əli ilə Məhəmmədəlini rədd etməyə çalışan İngiltərə Misir canişininin bu hərəkətindən istifadə edib, onunla sultan arasında münaqişə hazırlamışdı. Bununla İngiltərə eyni zamanda Misirdə Fransanın da mövqeyini son dərəcə zəiflədə bilərdi. Lakin İngiltərə türk sultanının vədlərinə əbəs yerə ümid bəsləyirdi. 1839-cu il iyunun 24-də Suriyanın şimalında Nəzib yaxınlığında sultan ordusu ilə Misir qoşunları arasındakı vuruşmada türklər darmadağın edildi. II Mahmuda bundan 6 gün sonra məğlubiyyət haqqındakı xəbər çatmışdı. Onun xələfi sultan Əbdülməcidin o zaman 16 yaşı var idi və buna görə də təbiidir ki, o, imperiyanın idarə olunmasında elə bir rol oynaya bilməzdi, idarəçilik zəif idi.
Odur ki, türk ordusunun darmadağın edilməsi sultan hökumətini çox pis vəziyyətə saldı. Üstəlik türk donanması da misirlilərə təslim oldu. Yaranmış vəziyyətdə Türkiyə hökuməti necə olursa olsun, Məhəmmədəli ilə barışmaq üçün yol tapmalı idi. Lakin 1839-cu il iyulun 27-də İngiltərə, Rusiya, Fransa və Avstriya Türkiyəyə kollektiv nota göndərərək, təklif etdilər ki, bu dövlətlər tərəfindən qərar qəbul edilincəyə qədər Məhəmmədəli ilə sülh danışıqları aparmasın. Sultan dünya dövlətlərinin bu kollektiv əmrinə tabe olmaya bilməzdi. Türkiyəyə qarşı formalaşan Avropa dövlətlərinin koalisiyası yeni hücum taktikası hazırlamaqda idilər.



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə