Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması


XVIII əsrin axırlarında böhranın kəskinləşməsi



Yüklə 143,99 Kb.
səhifə2/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   2   3   4   5   6   7   8   9   ...   33
Movzu-12-Turkiyə

XVIII əsrin axırlarında böhranın kəskinləşməsi
Türkiyənin artıq uzun illərdən bəri məruz qaldığı iqtisadi və siyasi böhran XVIII əsrin axırları və XIX əsrin əvvəllərində daha da kəskinləşdi. Daxili səbəblərdən başqa, o zaman Avropanın iki qabaqcıl ölkəsində baş vermiş hadisələr – Fransadakı 1789-cu il burjua inqilabı və İngiltərədəki sənaye çevrilişi də buna təsir göstərmişdi. Əsasən Fransa inqilabı Osmanlı imperiyasının hərbi, siyasi və iqtisadi vəziyyətinə böyük təsir göstərmişdi. İnqilabın demokratik ideyaları birinci növbədə imperiyanın əsarətaltında olan xalqları arasında içərisində milli-azadlıq hərəkatını bir qədər də coşdurmuşdu. Tədricən fəallaşan xalqların bütün əvvəlki ictimai-iqtisadi və siyasi dünyagörüşünün istiqlal savaşına istiqamətləndirilməsi nəticəsində baş verirdi və XVIII əsrin axırlarında həmin ideyalara yiyələnməyə daha əlverişli şərait yaranmışdı. Bundan başqa, burjuaziyanı hakimiyyət başına gətirən Fransa inqilabı nəticəsində Fransa ilə İngiltərə arasında müstəmləkələr uğrunda, o cümlədən Osmanlı imperiyasının tərkibinə daxil olan ərazilər uğrunda mübarizə özünün daha gərgin mərhələsinə daxil olmuşdu. İngiltərədəki sənaye inqilabı da (bunu bəzən də sənaye çevrilişi adlandırırdılar) İngiltərədə yeni tələblərin meydana çıxmasına səbəb olmuşdu.
Fransa burjua inqilabı və İngiltərədə sənaye çevrilişi həmin ölkələrin, həmçinin bütün kapitalizm dünyasının ictimai-iqtisadi tərəqqisi yolunda ən mühüm mərhələ hesab edilirdi. Belə bir mühitdə Osmanlı imperiyasının geriliyi, mərhələ-mərhələ tənəzzülü xüsusilə nəzərə çarpırdı.
Türkiyə iqtisadiyyatının əsas istehsal sahəsi olan kənd təsərrüfatı dərin böhran içərisində idi. Öz dövrünü keçirib dağılmaqda olan timar torpaq sahibliyi sistemi hələ də hökm sürürdü. Hələlik bundan mütərəqqi üsul tapılmırdı. Amma XVIII əsrin axırlarında Osmanlı imperiyasında istehsal edilən kənd təsərrüfatı məhsullarına Avropa dövlətlərinin tələbatı artmışdı. Bu isə kəndlilər üzərindəki feodal istismarının, xüsusilə Kiçik Asiyanın sahil rayonlarında və Balkanlarda feodal istismarının güclənməsinə səbəb olmuşdu. Bununla bərabər, Türkiyədə yardarlıq sistemi çox yayılmış olduğundan istismarın güclənməsi başlıca olaraq özünü kəndlilərin istehsal etdiyi məhsulun bilavasitə feodal tərəfindən ələ keçirilməsində və soyğunçuluqda özünü göstərirdi.
Şəhərlərdə sənətkarlar və tacirlər üzərində tətbiq edilən vergi siyasəti o qədər də ürək açan deyildi. Başqa təbəqələr kimi əhalinin bu təbəqələrinin, hətta iri əyanların belə həyatı və əmlakı heç bir qanunla qorunmurdu. Paşaların özbaşınalığının həddi yox idi. Vergilər və cərimələr əhalinin qazancı ilə uzlaşmır və daima ağırlaşdırılırdı. Qəlp pul buraxılması isə dövlət büdcəsinə böyük ziyan vururdu. Dövlət xəzinəsi boşalmışdı. Amma sultanın şəxsi xəzinəsi və paşaların sandıqları qızıl və cəvahiratla dolu idi. Türkiyə tarixində ilk dəfə idi ki, hökumət xaricdən borc almaq istəyirdi. Lakin bu da böhrandan çıxış yolu deyildi.
Həmin dövrdə Türkiyənin keçirdiyi iqtisadi və siyasi böhranın təzahürlərindən biri də iri feodallarda separatizm təmayüllərinin artması idi. Bütün imperiyada feodalların separatçı çıxışları gözlənilirdi. Separatçı feodallar içərisində Vidin paşası (Vidin, Dunayda bolqar şəhəri) Pəzvənd oğlu, Albaniyada Yaninalı Əli paşa, Ankara rayonunda Çapan oğlu və başqalarını xüsusilə qeyd etmək olar. Bu feodalların öz xüsusi qoşunları var idi. Onlar öz xeyirlərinə vergi toplayır və bəzən də müstəqil xarici siyasət yeridirdilər. Lakin İstanbul hökuməti üçün əsas təhlükə onlar deyildi. Əksinə, onların hamısını eyni mənafe ümumilyi birləşdirirdi. Onlar Türkiyənin xalq kütlələrindən, xüsusilə kəndli təbəqələrindən eyni dərəcədə qorxurdular, hakim qüvvələr Balkanlarda və Ərəb ölkələrində güclənən milli-azadlıq hərəkatlarına qarşı birgə mübarizə aparmalı olur və təhlükə qarşısında əlbir çıxış edirdilər. Osmanlı hökumətinin qarşı ən böyük təhlükə ərəb ölkələrində və balkanlarda hazırlanırdı.



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə