Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması


Balkanlarda osmanlılara qarşı üsyanlar



Yüklə 143,99 Kb.
səhifə3/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   2   3   4   5   6   7   8   9   ...   33
Movzu-12-Turkiyə

Balkanlarda osmanlılara qarşı üsyanlar
Acınacaqlı fakt olsa da qeyd olunmalıdır ki, Balkanlarda despotik idarəçilik sisteminə qarşı XVIII əsrin axırıncı ili Balkan xalqlarının mübarizəsi tarixində dönüş dövrü oldu. Bu ən əvvəl rus qoşunlarının Balkanlara gəlməsi,1768-1774-cü illər və 1787-1791-ci illər müharibələri gedişində quruda və dənizdə rus ordularının Türkiyə üzərində çaldığı qələbələrlə əlaqədar idi. Mənbələrdə göstərilirdi ki, Balkanların məzlum əhalisi rus ordularını öz xilaskarı kimi qarşılayırdı. Bu haqda Marks və Engels göstərmişlər ki, yunanlar və Balkan yarımadasının slavyan xalqları Rusiyanın timsalında "özünün yeganə dayağını, özünün xilaskarını, özünün nicatverənini" görürdülər. Əlbəttə, çar hökuməti və onun arxalandığı siniflər də Balkanlarda işğalçı məqsəd güdürdülər və orada yaşayan "məzlum" xalqların Türkiyə əsarətindən azad olması haqqında heç də az düşünmürdülər. Buna baxmayaraq o zamankı Rusiyanın hakim dairələrinin subyektiv səylərinin əksinə olaraq, Balkan xalqlarına münasibətdə Rusiya obyektiv olaraq həm istilaçı, həm də xilaskar rolunu oynayırdı.
XVIII əsrin axırlarını Balkan xalqlarının milli-azadlıq hərəkatında dönüş dövrü kimi təsvir edilirdi. Eyni zamanda xristian təəssübkeşliyi "din qardaşlığı" ideyası təbliğatının daima gündəmdə olması da slavyan birliyinin kütləviləşməsinə təkan verən amillərdən idi. XVIII əsrin axırı və XIX əsrin əvvəllərində bu xalqların ictimai-iqtisadi inkişafı onların öz milli burjuaziyasının, başlıca olaraq ticarət-sənaye burjuaziyasının yaranmasına və formalaşmasına səbəb olmuşdu. Milli-azadlıq hərəkatında yenə də kəndlilər əsas hərəkətverici qüvvə olaraq qalmaqda davam edirdisə də, bu zamandan etibarən milli-azadlıq hərəkatına rəhbərliyi burjuaziya öz əlinə alır və hərəkata lazımi istiqamət verməyə başlayır. Lakin mübarizənin müvəffəqiyyətli olması üçün ümumxalq birliyinin yaranması üçün şəraitin yetişməsi lazım idi. Xaricdən isə bu yardımı yenə də Rusiya göstərdi.
III Səlimin padşahlığı dövründə (1789-1807) demək olar bütün məzlum xalqlar öz zülmkarlarına qarşı mübarizə aparırdı. Balkanlarda yunanların, bolqarların, qaradağlıların, serblərin, rumınların, Misirdə və Ərəbistan yarımadasında ərəblərin antitürk hərəkatı başlanmışdı. Məcburiyyət qarşısında qalan III Səlim 1792-1796-cı illərdə hərbi xidmətlərə görə len sisteminə daxil olan mülkləri ləğv etdi. Bu dövrdə müstəmləkələrlə yanaşı, Yunanıstanı da 1770-ci ildə güclü milli-azadlıq hərəkatı bürümüşdü. Lakin bu hərəkat türk qoşunları tərəfindən yatırılmışdı. Sonralar dabu hərəkat pərakəndə şəkildə davam etmişdi. Hərəkatı əsasən partizanlar, davam etdirirdi. Fransa burjua inqilabı, həmçinin XVIII əsrin axırlarında, 1787-1791-ci illər rus-türk müharibəsi Yunanıstanda milli-azadlıq hərəkatının yeni yüksəlişinə səbəb oldu. Hərəkata gizli fəaliyyət göstərən vətənpərvər ittifaqlar, geteriyalar (yunanca – cəmiyyət deməkdir) rəhbərlik edirdi. İlk geteriya yunan şairi və vətənpərvəri Konstantin Riqas tərəfindən təşkil edilmişdi.
XVI əsrdən etibarən sultan-Xəlifə dünya müsəlmanlarının dini lideri rolunu oynayırdı. Sonralar dünya müsəlmanlarının birliyi “Ottaman” fransızcadan çevrilmiş (“Ottomans” “la porte” qapı sözləri ilə əvəzləndi). Avropa dövlətləri Osmanlı dövlətinin müstəmləkəşiliyə başlaması ilə əlaqədar bu dövləti “Ottoman liman” adlandırırdılar. XVIII əsrin axırlarında bolqarlar müstəmləkə əsarətindən azad olmaq uğrunda mübarizəni daha da qüvvətləndirdi. Bolqar şəhərlərinin artması, bu şəhərlərin get-gedə türklərin inzibati mərkəzlərindən bolqarların ticarət və sənaye mərkəzlərinə çevrilməsi azadlıq uğrunda mübarizəyə başçılıq edən bolqar ticarət və sənət burjuaziyasının yaranması ilə nəticələndi. Bu dövrdə qaradağlılar III Səlimə ciddi çətinlik törətdi. Sultan Qaradağın rəsmi asılılığını həqiqi asılılığa çevirmək təşəbbüsü etmişdi və bunun nəticəsində baş verən 1792-1796-cı illər müharibəsində türk qoşunları bir sıra böyük məğlubiyyətlərə uğradı. Nəticədə Sultan Qaradağın rəsmi istiqlaliyyətini tanımağa məcbur oldu.
Balkanlarda başlanan milli-azadlıq hərəkatı demək olar ki, bütün xalqları əhatə etmişdi. Bu məqsədlə başlanan serb xalqının milli-azadlıq mübarizəsi ən güclü hərəkatlardan hesab olunurdu. Serbiyada türk paşaları və feodallarının, yeniçərilərin çıxışı, yeniçəri başçıları olan daxilərin zülmü misilsiz dərəcəyə çatmışdı. İş o yerə çatdı ki, serblərin kütləvi üsyanı baş verəcəyindən təşvişə düşən yeniçərilər 1804-cü ilin yanvarında bütün serb knezlərini (kəndxudalarını; türk canişinləri paşaları nəzdindəki mahal valilərinə baş knez deyirdilər), keşişləri və monaxları məhv etmək qərarına gəldilər. Buqanlı qəsd müəyyən dərəcədə həyata keçirildi. Bu hadisə serblərin səbr kasasını doldurub daşdırdı. Nəticədə ümumxalq üsyanı baş verdi. Üsyanın başında qayduk (partizan), donuz alveri ilə məşğul olan iri tacir Qara Georgi dururdu. Əvvəl üsyan yeniçərilərin özbaşınalığına qarşı çevrilmişdi. Lakin bir az sonra üsyan türk əsarətinə qarşı milli-azadlıq müharibəsinə çevrildi. Üsyançı serblərə qarşı mübarizədə sultan III Səlim feodal qoşunlarına və yeniçərilərə arxalanırdı. Serblər dəfələrlə türk qoşunlarını məğlub etmişdi. Nəhayət, 1806-cı ildə serblər türkləri Belqraddan qovdular. Müəyyən müddət bir qədər zəifləyən bu mübarizə sonralar yeni qüvvə ilə fəallaşdı və beləliklə, Balkan xalqlarının antimüstəmləkəçi mübarizəsi 1818-ci ilə qədər davam etdi.



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə