Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması


-1812-ci illərdə rus-türk müharibəsi, Buxarest sülhü



Yüklə 143,99 Kb.
səhifə6/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   2   3   4   5   6   7   8   9   ...   33
Movzu-12-Turkiyə

1806-1812-ci illərdə rus-türk müharibəsi, Buxarest sülhü
1802-1805-ci illərdə Türkiyə ilə Rusiya arasında bağlanmış müqavilə və digər Türkiyə tərəfindən razılaşmaların pozulması müharibə üçün bəhanə oldu. Sultanın Rusiya ilə bağlanmış müqavilələrə zidd sərəncamlarının ləğv olunmasını tələb edən rus ultimatiumunu Türkiyə rədd etdikdən sonra rus qoşunları Moldaviya və Valaxiyanı tutdular. Buna cavab olaraq 1806-cı il dekabrın 27-də Türkiyə Rusiyaya müharibə elan etdi. Sultan müharibəyə girməklə Fransanın yardımına inanaraq Krımı geri almaq ümidində idi.
Bu zaman Rusiya artıq Fransa ilə müharibə aparırdı və ikinci bir cəbhədə vuruşmaq heç də onun mənafeyinə uyğun deyildi. İlk vaxtlarda Rusiyaya yardım göstərməyə çalışan, lakin müvəffəqiyyətsizliyə uğrayan İngiltərə demək olar müharibədə iştirak etmədi. Bütün səylərini Napoleona qarşı müharibə cəbhəsinə yönəltmək lüzumu Rusiyadan tələb edirdi ki, Türkiyə ilə müharibəyə son qoysun. Lakin Napoleonun xarici siyasətində gözlənilməz bir dönüş bütün vəziyyəti dəyişdi. Dənizdə İngiltərəni məğlub etmək iqtidarında olmayan Napoleon İngiltərəni kontinental blokada ilə əzmək istədi. Lakin Rusiyanın iştirakı olmadan blokada mümkün deyildi. Məhz buna görə də Napoleon Rusiya ilə yaxınlaşmaq qərarına gəldi. Onun bu niyyəti I Aleksandr tərəfindən rəğbətlə qarşılandı. Napoleon özünün dünənki müttəfiqinə xəyanət edərək rus imperatorunun Türkiyəni bölüşdürmək haqqındakı təklifini qəbul etdi. Doğrudur fransız imperatoru I Aleksandrın təklifinə yalnız 1807-ci ilin iyulunda Tilzit və 1808-ci ilin sentyabr-oktyabrında Erfurt görüşləri zamanı qeyri-səmimi söz vermişdi. Napoleon eyni zamanda İstanbuldakı fransız səfiri vasitəsilə sultanı müqavimət göstərməyə təhrik edirdi. Bunun nəticəsində Rusiya ilə Türkiyə arasındakı sülh danışıqları iki dəfə 1807-ci ilin avqustunda Dunaydakı Rumın qalası Slobodzeydə və 1809-cu ilin fevralında Yassıda pozuldu. Kutuzovun komandanlığı altında rus qoşunları 1811-ci ilin iyun-oktyabr aylarında türk ordusunu məğlubiyyətə uğratdılar. Napoleon bundan çox mütəəssir oldu. Türkiyənin yenidən sülh danışıqlarına razı olmaqdan başqa heç bir əlacı qalmadı. Buxarestdə aparılan sülh danışıqları 1812-ci il mayın 28-də sülh müqaviləsinin imzalanması ilə nəticələndi.
Müqaviləyə əsasən Bessarabiya Rusiyaya verildi, Cənubi Qafqazda isə Arpa çaya, Acar dağlarına və Qara dənizə qədər olan bütün yerlər Rusiyanın təsir dairəsinə keçdi. Maldoviya və Valaxiya Türkiyəyə qaytarıldı və eyni zamanda onlara 1791-ci il Yassı müqaviləsində göstərilən imtiyazlar verilirdi.
Müqavilə serb xalqının Türkiyə əsarətindən tamamilə azad olmaq ümidlərini doğrultmadısa da, bununla belə Serbiya üçün böyük əhəmiyyəti var idi. Yəni, Serbiya müəyyən daxili muxtariyyət əldə etmiş oldu.



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə