Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması


Konstitusiyaçılıq hərəkatının formalaşması



Yüklə 143,99 Kb.
səhifə22/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   ...   18   19   20   21   22   23   24   25   ...   33
Movzu-12-Turkiyə

Konstitusiyaçılıq hərəkatının formalaşması
İmperiya ərazisində baş qaldırmış narazılıqlar onsuz da beynəlxalq münasibətlər sistemində təklənməkdə olan Türkiyə üçün əlavə problemlər yaradırdı. Odur ki, belə bir vəziyyət o dövrdəki Türkiyə ictimai dairələrində dərin həyəcan doğurdu. İctimaiyyətin müxtəlif təbəqələri bu hadisələrə müxtəlif münasibət bəsləyirdi. İrticaçı mühafizəkarlar bütün fəlakətlərin əsas səbəblərini islahatlarda görürdü. Çünki bu islahatlar onların fikrincə "kafir-xristianları" fəallaşdırmaqdan təqlid etməkdən başqa bir şey deyildi. Bunun əksinə olaraq radikal-liberal təbəqələr qəbul edilmiş islahatları olduqca məhdud və imperiyanın dağılmasının qarşısını almaq üçün qeyri-kafi hesab edirdilər. Bir qədər sonra radikal-liberallar içərisindən bir cərəyan yetişdi ki, bu da yeganə nicat yolunu konstitusiyalı-parlamentar monarxiya yaradılması tələbini irəli sürürdü. Bu cərəyanın tərəfdarları zabitlərdən, yeni yetişmiş gənclərdən, məmurlar içərisindən çıxmış demokratik fikirli şəxslərdən, müxtəlif aşağı təbəqələrin nümayəndələrindən və hətta bəzi əyanlar içərisindən çıxmış vətəndaşlardan ibarət idi. Bu cərəyanın əsas nümayəndələri burjuaziya sinfinə mənsub deyildisə də, hər halda həmin cərəyan yetişməkdə olan türk burjuaziyasının mənafeyini ifadə edirdi. Yəni bu cərəyanın fəaliyyəti sinfi xarakter daşıyırdı.
Bu cərəyanın fəaliyyətində əvvəllər mütərəqqilik, yəni maarifçilik ideyaları güclü idi. Hərəkatın əsas nümayəndələri eyni zamanda istedadlı yazıçılar idi. Onlar milli türk ədəbiyyatı yaradılması, türk dilinin təmizliyi, ölkədə elmi biliklərin yayılması uğrunda mübarizə aparırdılar. İlk vaxtlarda bu cərəyanın nümayəndələri 1860-cı ildə təsis olunmuş "Tərcümani-əhval" qəzeti ətrafında birləşmişdilər. Qəzetin ilhamçısı və yeni cərəyanın ən görkəmli nümayəndəsi ədib və alim İbrahim Şinasi idi. Sıravi bir zabit oğlu olan İbrahim Şinasi Fransada 1848-ci il inqilabında iştirak etmiş Mustafa Rəşid paşanın qəzetinin əməkdaşı olmuşdu. Bir qədər sonra Şinasi "Təsviri əfkar" adlı öz xüsusi qəzetini yaratdı. Qəzet redaksiyası İstanbulun ən mütərəqqi nmayəndələrini, vətənpərvər ziyalıları öz ətrafında birləşdirərək mütərəqqi amalları reallaşdıran bir mərkəzə çevrilmişdi. Əski türklər adlanan mühafizkarlardan fərqli olaraq, islahat tərəfdarları özlərini gənc türklər və ya yeni osmanlılar adlandırırdı.
Yeni osmanlıların ən görkəmli nümayəndəsi, məmur ailəsində anadan olmuş Namiq Kamal idi. O, şair, dramaturq, publisist və siyasi xadim idi. Çox keçmədən yeni osmanlıların maarifçilik fəaliyyəti böyüyüb mövcud rejimi tənqid etmək, sarayın özbaşınalığına, istibdada, israfçılığa qarşı, bu bəlaların müqəssirləri və təşkilatçılarına qarşı mübarizəyə çevrildi. Yeniliyi, elmi tərəqqini qəbul etmək istəməyən istismarçıların və tacirlərin keçmiş mürtəce ruhlu qalıqlar bu gənclərə qarşı çıxdılar və yeni osmanlıları təqib etməyə başladılar. Buna görə də yeni osmanlılar gizli cəmiyyət yaratdılar. Bu gizli cəmiyyətin təşkilatçıları içərisində İbrahim Şinasi və Namiq Kamaldan başqa iri məmur və ədib Ziya bəyi, Krım müharibəsi zamanı ordunun baş komandanı olmuş Ömər paşanı və başqalarını göstərmək olar. Gizli cəmiyyətin 245 üzvü var idi.
Cəmiyyətin əsas tələbi konstitusiyalı monarxiya yaratmaq idi. Cəmiyyətin rəhbərləri öz tələblərini Qurana istinadla əsaslandırırdılar. Yeni osmanlılar hətta sultan Əbdüləzizə qarşı sui-qəsd də hazırlamışdılar. Lakin xəyanət nəticəsində bu qəsdin üstü açıldı. Yeni osmanlıların rəhbərləri Parisə və Londona qaçdılar. Onlar mühacirətdə "Hürriyyət" ("Azadlıq"), "Müxbir" və başqa qəzetləri dərc etməklə özlərinin məcburi mühacirətlərinin mahiyyətini, Türkiyənin demokratik bir ölkə olmasının vacibliyini, Avropaya inteqrasiya yolları və onun vacibliyini yazırdılar. Həmin qəzetlər gizli surətdə Türkiyəyə gətirilir və burada geniş yayılırdı. Xalq hökumət qəzetlərindən çox onlara nicat vermək istəyən bu gənclərin qəzetlərini oxuyurdu.
Nəhayət, yeni osmanlılar hərəkatı Türkiyənin həyatında mütərəqqi hadisə və onun siyasi inkişafı yolunda diqqətəlayiq bir mərhələ oldu. Lakin hər bir milli hərəkatda olduğu kimi “Yeni Osmanlıların”da çatışmazlıqları çox idi. Məsələn, həmin hərəkat kütlələrdən və onların mənafeyindən uzaq idi ki, bu amil də onların ən böyük nöqsanlarından idi. Yeni osmanlılar aşağı təbəqədən, yoxsullardan uzaq olduğuna görə yeni osmanlılar hərəkatı imperiyanın məzlum xalqlarının milli-azadlıq hərəkatına yabançı idi. Yeni osmanlılar hərəkatındakı bu irticaçı cəhət onu məzlum xalqların və əzilən təbəqələringüclü hərəkatından uzaqlaşdırıb, zəiflədirdi. Bütün bunların hamısı təkcə hərəkatın özünə deyil, həmçinin Türkiyənin müqəddəratına da mənfi təsir göstərirdi. Amma Türkiyənin vətənpərvər övladlarının tənqidi çıxışları mütərəqqi hadisə idi. Onların bu çıxışları vətənpərvərlikdən irəli gəlirdi və təbii xarakter daşıyırdı. ən başlıcası isə “Gənc Osmanlılar” öz xalqını cəhalətdən, istismardan, təhkimçilik əzablarından qurtuluşa çıxarmağa gəlmişdilər.



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə