Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə205/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   201   202   203   204   205   206   207   208   ...   216

kömək göstərmək, iş yerləri açmaq üçün fəaliyyət proqramı hazırlamış, 

bu məqsədlə 1200 min dollar vəsait ayırmışdı. 

80-ci  illərin  axırlanndan  respublikanın  yaşayış  məntəqələri  səliqə- 

sahmanını,  yaraşığım  itirməyə  başlamışdı.  Əvvəlki  iqtidarlar  tikinti, 

abadlıq işlərinə, demək olar ki, diqqət yetirmirdilər. Mitinqlər vaxtı, 

1990-


 

cı  il  Qanlı  Yanvar  günlərində  Sovet  ordusu  Bakıya  soxularkən 

çoxlu  dağıntılar  törətmiş,  şəhərə  böyük  ziyan  dəymişdi.  Xəzər  dənizi 

səviyyəsinin qalxması ilə əlaqədar sahildə yerləşən yaşayış məntəqələri 

ciddi ziyan çəkmişdi. Bakının dünyada gözəlliyi ilə məşhur olan bulvarını 

su  basmış,  yaşıllıqlar  məhv  olmuşdu.  Erməni  işğalçılan  Dağlıq 

Qarabağda və onun ətraf bölgələrində 700-dən çox yaşayış məntəqəsini, o 

cümlədən  Şuşa,  Laçın,  Xocalı,  Kəlbəcər,  Ağdam,  Füzuli,  Qubadlı, 

Zəngilan  şəhərlərini ələ  keçirib  darmadığın  etmiş,  100  mindən  çox  ev, 

4366 sosial obyekt söküb aparmış, yandınb külə çevirmişdilər. Yüz km-lə 

yol,  o  cümlədən  dəmiryolu,  8  böyük  körpü  bərbad  hala  salınmışdı. 

Respublikanın  şəhər  və  kəndlərində  ictimai  nəqliyyat  vasitələri  tam 

köhnəlmişdi.  Əhaliyə  su,  qaz,  elektrik  enerjisi  verilməsində  tez-tez 

fasilələr  yaranırdı.  İstirahət  evləri,  yataqxanalar  qaçqın  və  köçkünlərlə 

dolu  idi.  Paytaxtda  əhalinin  sayı  3  milyona  çatırdı.  Şəhər  yaşayış 

məntəqələrində əhali sayının kəskin artması xidmət, təminat, sanitariya 

işlərini  xeyli  çətinləşdirirdi.  Mənzillər,  demək  olar  ki,  təmir  olunmur, 

köhnə  binalar  sökülür-dağılırdı.  Şəhərlərin  ətrafında  yeni  yaşayış 

massivləri  salınması  işi  dayandınimışdı.  İctimai  mənzil  tikintisi 

azalmışdı. Dövlət mənzil fondunun özəlləşdirilməsinə başlanmışdı. 

1991-

 

2000-ci illərdə respublikada 10129 min m^ o cümlədən fərdlər və 



kooperativlər tərəfindən 7334 min m^ mənzil sahəsi tikilmişdi. 

Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra respublika əsl tikinti 

meydanına  çevrilmişdi.  Şəhər  və  kəndlərin  ən  yaxşı  yerlərində  işgüzar 

adamlar müasir, milli və klassik üslubda yaraşıqlı imarətlər ucaldırdılar. 

«Xəzər inşaat», «LTD inşaat», «Bayraqdar Holdinq», «Sama» «(İstanbul 

evləri)»,  «Star»,  «Şibarra»  və  b.  xarici  firmalar  müasir  tikinti 

texnologiyası  ilə  onlarla  gözəl  bina,  ticarət  mərkəzləri  inşa  etmişdilər. 

Kanadanın «Stonney» firması Bakının Qanlıgöl sahəsində yaşayış evləri. 

Səudiyyə  Ərəbistanının  firması  Xəzər  sahillərində  beşulduzlu 

mehmanxanalar  tikməyə  başlamışdı.  Paytaxtda  Beynəlxalq  və  Milli 

Banklar üçün yaraşıqlı «göydələnlƏD>, onlarla yeni çoxmərtəbəli evlər 

tikilmişdi.  «İnturisb>  və  b.  mehmanxanalar  yenidən  qurulub  bahalı 

otellərə  çevrilmişdi.  «Naxçıvan»  mehmanxanası  yenidən  qurulub 

«Həyat- 


520 


Recensi-Naxçıvan» oteli olmuş, onun yeni korpusu, «Avropa» oteli, ISR 

«Plaza»  iş  mərkəzi,  Olimpiya  mərkəzi,  Tibb  Universitetinin  yaraşıqlı 

tədris  korpusu  istifadəyə  verilmişdi.  Bahalı  xarici  mallarla  dolu  ticarət 

mərkəzləri,  yarmarkalar,  super-marketlər,  məişət  xidməti  obyektləri 

yan-yana düzülmüşdü. Bakı göz qabağında Avropasayağı modern şəhərə 

çevrilirdi.  Prezident  bir  sıra  işbazların  müxtəlif  yollarla  ələ  keçirdiyi 

ictimai binalann xalqa qaytarılmasına, yenidən qurulmasına xüsusi diqqət 

yetirirdi.  H.Z.Tağıyevin  yadigar  qoyduğu  teatr,  Azərbaycan  Milli 

Akademik  teatrı  binaları  yenidən  quruldu.  Şəhər  və  kəndlərdə  abadlıq 

işləri genişləndi. Bakı bulvan yenidən qurulmağa başlandı. Respublikada 

onlarla yeni park və bağlar salındı. 

1997-


 

ci  ildən  respublikanın  20  bölgəsində  televiziya 

verilişlərini  peyk  vasitəsilə  qəbuletmə  stansiyalannin  quraşdınlmasına 

başlandı.  Respubikada  rabitə  xidməti  sisteminin  inkişafında  uğurlu 

addımlar  atıldı.  ABŞ,  Yaponiya,  Böyük  Britaniya,  Türkiyə,  Almaniya, 

tsrail. Cənubi Koreya, Çin və b. ölkələrin məşhur rabitə şirkətləri ilə sıx 

əməkdaşlıq  yaradıldı.  Naxçıvan  MR-də  telefon  və  telerabitə sistemi  ən 

müasir avadanlıqla təchiz edilərək yenidən quruldu. Burada beynəlxalq 

telefon stansiyası tikildi, peyk rabitə sistemi yaradıldı, fıber-optik kabel 

xətti  çəkildi.  Bakı,  Gəncə,  Sumqayıt,  Naxçıvan  və  başqa  yerlərdə  ən 

müasir avtomat telefon stansiyaları quraşdınldı. 

1992-


 

ci ildə Bakıda Beynəlxalq Telefon Stansiyası işə salındı 

və 4 yerüstü stansiya ilə beynəlxalq əlaqə sisteminə qoşuldu. I995-ci ildə 

paytaxtda  yeni  beynəlxalq  telefon  stansiyası  fəaliyyətə  başladı. 

Respublikanın  şəhər  və  rayonlarının  böyük  əksəriyyətindən  dünyanın 

bütün şəhərləri ilə avtomat telefon rabitəsi yaratmaq mümkün oldu. 

Şəhərlərdə  köhnə  telefon  şəbəkəsi  yenidən  qurulmağa  başladı. 

Azərbaycan  Respublikası  Rabitə  Nazirliyi  İsrailin  «STYV»  firması  ilə 

«Bakcell»  adlı  birgə  müəssisə  yaradıb  şanvari-cib  telefonları  şəbəkəsi 

qurdular.  Tezliklə  bu  şəbəkə  respublikanın  bütün  bölgələrini  əhatə 

etməyə  başladı.  1996-cı  ilin  axırlannda  Rabitə  Nazirliyi  və  «Türksell» 

firması «Azərcell» adlı birgə müəssisə yaradıb daha təkmil cib telefon- 

lan - sellülyar rabitə sistemi qurdular. Adamların məişətinə cib telefon- 

lan  geniş  daxil  oldu.  2000-ci  ildə  hər  100  nəfərə  9  şəbəkə  telefonu 

düşürdü. Pcycer rabitə sistemi təşkil edildi. 

Nəqliyyat vasitələrinin işi də xeyli yaxşılaşdı. 1995-ci ildə Naxçıvan 

hava limanında ağıryüklü təyyarələrin enməsi üçün müasir uçuş- enmə 

zolağı istifadəyə verildi. 1996-cı ildə Gəncə hava limanı bərpa 



521 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə