Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə208/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   204   205   206   207   208   209   210   211   ...   216

ma sinif otağı quraşdırılmış, minlərlə məktəbli dərs ləvazimatı ilə təmin 

olunmuşdu. 

2000-

 

2001-ci tədris ilində respublikada 4548 ümumtəhsil məktəbi 



fəaliyyət  göstərirdi.  Onlarda  1654  mindən  çox  şagird  təhsil  alırdı.  Bu 

məktəblərdə 165 mindən çox müəllim dərs deyirdi. Qaçqınlar üçün 697 

məktəb təşkil olunmuşdu. 

Ümumtəhsil  məktəbləri  sistemində  müəyyən  dəyişikliklər  baş 

vermişdi. Liseylər, gimnaziyalar yaranmışdı. 1997-1998-ci tədris ilində 

respublikada  27  lisey,  8  gimnaziya  və  kollec  vardı.  Bakıda  «Avropa» 

liseyi fəaliyyət göstərirdi. Türkiyə Dövlət Anadolu liseyi. Türk Dünyası 

Araşdırmaları Vəqfınin Atatürk liseyi. Dəyanət Vəqfınin Bakı Türk liseyi 

və  «Çağ»  Öyrətim  Şirkətinin  T.Ozal  adına  Sumqayıt,  Bakı  özəl  Türk 

liseyləri, habelə onların Quba, Sumqayıt, Mingəçevir, Ağdaş, Lənkəran 

və  b.  filialları təşkil  olunmuşdu. Xarici  liseylər  Azərbaycan  məktəbinə 

müasir  təhsil  texnologiyası  gətirmişdilər.  ABŞ-ın  «Azadlığı  müdafiə 

aktı»  çərçivəsində  gənclər  mübadiləsi  proqramına  müvafiq  olaraq 

1994-cü  ildən  müsabiqə  yolu  ilə  seçilmiş  azərbaycanlı  şagirdlər 

Amerikanın orta məktəblərində təhsillərini davam etdirirdilər. 

Orta ixtisas, peşə təhsil məktəbləri hələ tənəzzüldən çıxa bilməmişdi. 

90-cı illərin birinci yarısında orta ixtisas məktəblərində şagirdlərin sayı 

iki  dəfə  azalıb  30  minə,  texniki-peşə  məktəblərində  iki  dəfə  azalıb  43 

minə enmişdi. Peşə ixtisasartırma və yeni ixtisasa yiyələnmə sistemində 

məşğul  olanların  sayı  dörd  dəfə  azalıb  81  min  nəfər  olmuşdu.  Bu 

məktəblərdə yenidənqurma yeni təsərrüfatçılıq sistemi ilə daha sıx bağlı 

olduğundan hələ ləng gedirdi. 

Maarifin təşkilində mühüm dəyişikliklərdən biri 1992-ci ildən ali və 

orta ixtisas məktəblərinə qəbulun test üsulu ilə aparılması olmuşdu. Bu, 

qəbul  zamanı  mənfi  halların  qarşısını  xeyli  almışdı.  Lakin  bu  sistemin 

təkmilləşməyə  böyük  ehtiyacı  vardı.  Abituriyentin  biliyini  aşkara 

çıxarmağa  imkan  verən,  düşündürücü  testlər  tərtib  etmək  təcrübənin 

azlığı özünü göstərirdi. 

1993-

 

cü ildən respublika ali məkəblərində bakalavr və magistr 



sisteminə  keçid  başlanmışdı.  1997-ci  ildə  magistraturalara  ilk  qəbul 

keçirildi, 

2001-

 

ci ildə respublikada 25 dövlət ali təhsil müəssisəsi fəaliyyət 



göstərirdi.  Onlarda  11  minə  qədər  professor,  müəllim  işləyir,  91  min 

tələbə təhsil alırdı. Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnsti- 



527 


tulu,  Lənkəran  Dövlət  Universiteti  təşkil  olunmuşdu.  Bir  sıra  ali 

məktəblər - Azərbaycan Dövlət Neft-Kimya İnstitutu, Azərbaycan Kənd 

Təsərrüfatı  İnstitutu,  Azərbaycan  Dövlət  Konservatoriyası  akademiya 

kimi yenidən təşkil olunmuş, müvafiq surətdə Azərbaycan Neft-Kimya 

Akademiyası, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası və Azərbaycan 

Musiqi  Akademiyası  adlanmağa  başlanmışdı.  1996-cı  ildə  Bakı 

Dənizçilik məktəbi əsasında Dəniz Akademiyası təşkil olunmuşdu. Polis 

məktəbi (1921-ci ildə təşkil olunub, 1992-ci ildən milis məktəbi adlanıb) 

Polis  Akademiyasına  çevrildi.  Bakı  Əmtəəşünaslıq,  Kommersiya 

İnstitutu təşkil edildi. Tusi adma Azərbaycan Dövlət Pedaqoji İnstitutu 

Pedaqoji  Universitet,  Politexnik  İnstitutu  Texniki  Universitet, 

N.Nərimanov  adma  Tibb  İnstitutu  Tibb  Universiteti  kimi,  Bakı  Ali 

Partiya Məktəbi Po- litologiya və Sosial İdarəetmə İnstitutu kimi yenidən 

qurulmuşdu. 

2000-ci  ildə  bir-birini  təkrarlayan  dövlət  ali  təhsil  müəssisələri 

birləşdirildi,  iki  yeni  dövlət  ali  məktəbi  yaradıldı,  beş  ali  təhsil 

müəssisəsinə  universitet  statusu  verildi,  bir  neçə  ali  məktəbin  adı 

məzmununa  uyğun  olaraq  dəyişdirildi.  Azərbaycan  Dövlət  İqtisad 

İnstitutunun, Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun, Azərbaycan 

Kooperasiya İnstitutunun və Bakı Kooperativ Texnikumunun bazasında 

Azərbaycan  Dövlət  İqtisad  Universiteti  yaradıldı,  Azərbaycan 

İnşaat-Mühəndisləri  Universiteti  Azərbaycan  Memarlıq  və  İnşaat 

Universiteti  adlandırıldı.  Azərbaycan  Sənaye  İnstitutu  bazasında 

Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Rus Dili və 

Ədəbiyyatı  İnstitutunun  profili  genişləndirilməklə  Bakı  Slavyan 

Universiteti, 

Gəncə 

Dövlət 


Pedaqoji 

Universitetinin 

profili 

genişləndirilməklə Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Dillər 

İnstitutunun  profili  genişləndirilərək  Azərbaycan  Dövlət  Dillər 

Universiteti, 

Azərbaycan 

Texnologiya 

İnstitutunun 

profili 


genişləndirilərək  Azərbaycan  Texnologiya  Universiteti  adlandırıldı. 

Azərbaycan  Rəssamlıq  Akademiyası  və  onun  nəzdin-  də  İncəsənət 

kolleci  (Azərbaycan  Dövlət  Rəssamlıq  Texnikumu  bazasında), 

Azərbaycan Musiqi Konservatoriyası və onun nəzdində Musiqi Kolleci 

(Azərbaycan Dövlət Musiqi texnikumu bazasında) təsis edildi. 

Ali  Hərbi  Məktəbi,  Ali  Hərbi  Dənizçilik  Məktəbi  və  Ali  Hərbi 

Təyyarəçilik  Məktəbində  onlarla  ixtisas  üzrə  hərbi  mütəxəssislər 

hazırlanırdı. 



528 


Prezident  Heydər  Əliyev  2001-ci  ildə  sentyabr  ayında  əlaçı  ali 

məktəb tələbələrinə prezident təqaüdü təsis etdi. 

Respublikada özəl ali məktəblərin geniş şəbəkəsi meydana gəlmişdi, 

«Xəzər»  Universiteti,  «Azərbaycan»,  «Asiya»,  «Qərb»,  «Təfəkkür», 

«Odlar yurdu», «Qafqaz» universitetləri. Ali İctimai- Siyasi Kollec, Ali 

Diplomatiya Koleci kimi özəl ali məktəblər fəaliyyətə başlamışdı. 

Ümumiyyətlə,  respublikanın  şəhər  və  qəsəbələrində  121  özəl  ali 

məktəb  təşkil  olunmuşdu.  Onlardan  cəmi  18-i  xüsusi  dövlət 

komissiyasından müsbət rəy almışdı. Onlarda 29 minə qədər tələbə təhsil 

alırdı,  özəl  ali  məktəblərin  böyük  əksəriyyəti  lazımi  maddi-tədris 

bazasına,  kifayət  qədər  yüksək  səviyyəli  kadrlara  malik  deyildilər, 

rəqabətə tab gətirib yaşaya bilmirdilər. 

2000-2001-ci tədris ilində ali məktəblərdə 30-dan çox xarici ölkənin 

iki  mindən  artıq  vətəndaşı  təhsil  alırdı.  Gənclərin  xarici  ölkələrin  ali 

məktəblərində təhsil  almasına şərait  yaradılmışdı. Türkiyənin  ali  təhsil 

ocaqlannda  mindən  çox  azərbaycanlı  tələbə  oxuyurdu.  Azərbaycanla 

Böyük  Britaniya  arasında  bağlanmış  müqaviləyə  əsasən  ali  və  oirta 

məktəb  müəllimləri  üçün  hər  iki  ölkədə  təkmilləşdirmə  kursları 

açılmışdı. 1994-cü ildə Azərbaycan Beynəlxalq Fransız dili müəllimləri 

federasiyasına daxil oldu. 1997-ci ilin martında Azərbaycan və Türkiyə 

respublikaları təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında protokol 

imzalandı və bu sahədə fəaliyyətin genişlənməsinə yeni imkanlar açıldı. 

1997-ci ilədək 200 nəfərdən çox azərbaycanlı gənc ABŞ-ın təhsil və elm 

ocaqlarında  müxtəlif  ixtisaslara  yiyələnmişdir.  1994-1997-ci  illərdə 

Almaniyanın Akademik  və Pedaqoji Mübadilə xidmətləri 100-dən çox 

azərbaycanlıya Almaniyada təhsil almaq üçün təqaüd ayırmışdı. 

Respublikada  xalq  maarifinin  inkişafında  əlamətdar  cəhət  yeni 

təsərrüfat  sistemi,  bazar  iqtisadiyyatı  ilə  bağlı  tətbiqi  elmlərin,  xarici 

dillərin,  xüsusən  ingilis  dilinin  tədrisinə,  kompyuter  savadının  geniş 

yayılmasına diqqət və marağın artması, beynəlxalq hüquq, diplomatiya, 

beynəlxalq  münasibətlər,  politologiya,  menecment,  marketinq  kimi 

ixtisaslar üzrə kadrlar hazırlanmasına başlanması olmuşdu. 

Məktəb  gənc  nəslin  ümumi  mədəni,  xüsusən  siyasi  səviyyəsinin 

yüksəlməsinə  diqqəti  artırmışdı.  1997-ci  ildən  Bakı  Universitetində, 

Politologiya İnstitutunda, Pedaqoji Universitetdə, Naxçıvan Uni 

529 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə