Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə210/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   206   207   208   209   210   211   212   213   ...   216

qayğısı  tamam  unuduldu,  hətta  elmin  bu  qayda  ilə  təşkilinin 

səmərəsizliyi, Akademiyanın ləğv olunması haqqında fikirlər yayılmışdı. 

Alimlər cəmiyyətdə ən sayılmaz bir zümrəyə çevrilmişdilər. Onların bir 

hissəsi (təkcə Elmlər Akademiyasından 170 nəfər görkəmli alim) xarici 

ölkələrə  getməyə  məcbur  oldu.  Elmi-tədqiqat  işlərinə  gənclərin  marağı 

xeyli  azalmışdı.  Lakin  həqiqi  elm  fədailəri  bütün  çətinliklərə 

baxmayaraq,  Azərbaycan  elmini  yaşadır,  tədqiqat  işlərini  davam 

etdirirdilər. 

Heydər  Əliyevin  respublikaya  rəhbərliyə  qayıdışından  sonra  elm 

sahəsində  mühüm  dəyişikliklər  baş  verdi.  Alimlərin  əməkhaqq-  lan 

artınldı, onların yaradıcılığına diqqət və qayğı ilə yanaşılmağa başlandı. 

Alim, tədricən cəmiyyətdə öz layiqli yerini tutdu. 

90-cı  illərin  ortalannda  təkcə  Elmlər  Akademiyası  sistemində  35 

elmi-tədqiqat  institutu  vardı.  Yeni  «Milli  münasibətlən>,  «Arxeologiya 

və etnoqrafiya» institutları (1992-ci il), İnsan Hüquqları İnstitutu (1998-ci 

il) təşkil olunmuşdu. 

1997-ci  ilin  fevralında  Prezident  Heydər  Əliyevin  alimlərlə 

görüşündə  elmin  strateji  istiqamətləri  açıqlandı.  Elmlər  Akademiyası 

Azərbaycan  elminin,  mədəniyyətinin  inkişafında  əvvəlki  mövqeyini 

bərpa etməyə başladı. 

Respublikada  elmi  və  elmi  pedaqoji  kadrlar  hazırlanması  işini 

nizama  salmaq  üçün 1992-ci ildə  Ali  Attestasiya Komissiyası (1994-cü 

ildən  prezidentin  yanında)  təşkil  olunmuşdu.  Bu  komissiya  Ali 

Attestasiya  Komissiyalan  Beynəlxalq  Assosiasiyasına  üzv  qəbul 

edilmişdi.  Respublikanın  elm  və  təhsil  müəssisələrində  140-dək  ixtisas 

üzrə 70-ə qədər doktorluq və namizədlik dissertasiyaların müdafiəsi üçün 

ixtisaslaşdınimış  şura  fəaliyyət  göstərirdi.  Bakı  ilə  yanaşı,  Naxçıvan, 

Gəncə, Şəki, Lənkəran və başqa şəhərlərdə də belə şuralar yaradılmışdı. 

2000-ci ildə elmi-tədqiqat müəssisələrində və ali məktəblərdə 26370 işçi 

çalışırdı.  Onlardan  1512-si  elmlər  doktoru,  8380-i  elmlər  namizədi, 

1700-ə qədər professor, 3660-a qədəri dosent idi. 

Azərbaycan  elminin  maddi  bazasının  keyfiyyətcə  yaxşılaşması 

yolunda mühüm addımlar atılırdı. Azərbaycan EA-da «Bakı qovşağı» adlı 

beynəlxalq  kompyuter  mərkəzi  yaradılmışdı.  Yeni  elektron-rabitə 

vasitələri  azərbaycanlı  alimlərə  Transavropa  tədqiqat  və  yaradıcılıq 

şəbəkəsi  ilə  əlaqə  yaratmağa  imkan  vermişdi.  Dünya  azərbaycanlı 

alimlərinin əsərləri, elmi xidmətləri ilə daha yaxından 

533 



tanış  olmağa  başlamışdı.  Onlarla  alim  dünyanın  qabaqcıl  elm 

mərkəzlərinin,  elmlər  akademiyalarının  həqiqi  üzvü  seçilmiş,  elmi 

əlaqələr xeyli genişlənmişdi. 1993-cü ildə Azərbaycan alimləri Müstəqil 

Dövlətlərin  Elmlər  Akademiyalan  Beynəlxalq  Assosiasiyasının 

yaradılması  təşəbbüsçülərindən  oldular.  Bu  təşkilat  keçmiş  sovet 

respublikalan  alimlərinin  əlaqələrinin  nisbətən  bərpa  olunmasına,  yeni 

əlaqələr yaranmasına münasib imkanlar açırdı. Xarici elmi mərkəzlərlə 

ikitərəfli müqavilələr imzalanırdı. BMT İnkişaf Proqramı ilə əməkdaşlığa 

mühüm  yer  verilirdi.  1996-cı  ildə  Bakıda  görkəmli  Amerika  messenatı 

Corc  Sorosun  yaratdığı  «Soros»  fondunun  informasiya  mərkəzi 

fəaliyyətə  başladı.  Fond  Azərbaycan  EA-nm  dünyada  nəhəng 

informasiya-texniki  sistem  olan  «İNTERNET»  ilə  əlaqə  yaratmasına 

kömək göstərdi. «Soros» fondu EA üçün 93 qrand ayırmışdı. 

Respublikada  bir  sıra  ictimai-elmi  birliklər  -  1990-cı  ildə  Milli 

Elmlər Akademiyası, 1992-ci ildə Beynəbcalq Memarlıq Akademiyası, 

1993-cü ildə Azərbaycan Tarix Qurumu, Müstəqil Tarix Təd- qiqatçılan 

Assosiasiyası,  1994-cü  ildə  Milli  Tarix  Akademiyası,  müxtəlif  elmi 

fondlar,  mərkəzlər,  klublar  təşkil  olunmuşdu.  Onlar  müstəqil 

elmi-tədqiqat işləri aparır, elmi konfranslar, sessiyalar təşkil edir, xarici 

ölkə alimləri ilə əlaqələr yaradır, elmin təbliğində fəal rol oynayırdılar. 

Görkəmli  alim,  akademik  Cəlal  Əliyevin  rəhbərliyi  altında  yaradılmış 

«Biologiya elminin yeni sahələrinin inkişaf fondu» (1994-cü il) daha fəal 

və səmərəli fəaliyyət göstərirdi. 

Bu illərdə Azərbaycan elmi bir sıra mühüm nailiyyətlər əldə etmişdi. 

Akademik  Cəlal  Əliyevin  yaratdığı  elmi  məktəb  yüksək  məhsuldar 

yumşaq  taxıl  növləri  yetişdirmək  sahəsində  mühüm  nəticələr  əldə 

etmişdi.  Bunlar  dünya  alimləri  tərəfindən  yüksək  qiymətləndirilirdi. 

C.Əliyev  bir  çox  xarici  ölkə  akademiyalarının,  elmi  cəmiyyətlərinin,  o 

cümlədən  Nyu-York  Elmlər  Akademiyasının  həqiqi  üzvü  seçilmişdi. 

«Soros»  fondunun  ayırdığı  qrandlardan  səkkizi  onun  rəhbərlik  etdiyi 

laboratoriyalarda  hazırlanmış  işlərə  verilmişdi.  Azərbaycan  Milli 

Astrokosmik  Agentliyi  Xüsusi  Kosmik  Cihazqayırma  Konstruktor 

Bürosunda  Rusiya  Kosmik  Tədqiqatlar  İnstitutunun  sifarişi  ilə  yerin 

maqnit  sahəsinə  günəş  küləklərinin  təsirini  öyrənən  nadir  aerokosmik 

cihaz yaradılmışdı. 

Azərbaycanın  neft  sənayesinə  xarici  investisiyalar  cəlb  olunması 

neft, neft-kimya elmlərinin inkişafına geniş imkanlar açmışdı. 1997-ci 

534 



ildə akademik Azad Mirzəcanzadənin rəhbərliyi ilə Azərbaycan Dövlət 

Neft  Akademiyasında  «Qabaqcıl  neft  və  qaz  hasilatı  texnologiyası 

mərkəzi»  təşkil  olunmuşdu.  Azərbaycan  geofizikləri  Aşağı  Kür 

çökəkliyində  beş  strukturdan  ibarət  tektonik  zona  kəşf  etdilər  və  onu 

Heydər  Əliyevin  yenidən  hakimiyyətə  qayıtması  şərəfinə  «Qayıdış 

zolağı» adlandırdılar. 

Tarix,  ədəbiyyat,  fəlsəfə,  iqtisad  elmləri  rəsmi  kommunist 

ideologiyası təzyiqindən xilas olmuşdu. Bazar iqtisadiyyatı problemləri 

iqtisadçıların  geniş  tədqiqat  obyektinə  çevrilmişdi.  l997-ci  ildə 

Azərbaycan İqtisadiyyat Nazirliyi Elmi Şurası yanında «Heydər Əliyev 

İqtisadiyyat  məktəbi»  təşkil  olunmuşdu.  İdarəetmə,  sosiologiya, 

politologiya sahəsində tədqiqatlar genişlənirdi. Azərbaycan tarixinin ən 

mürəkkəb və mübahisəli problemlərini müxtəlif mövqelərdən şərh edən 

onlarla  əsər  yazılmışdı.  Akademiklər  Ziya  Bün-  yadovun.  Cəmil 

Quliyevin, Tofiq Köçərlinin, İqrar Əliyevin, Teymur Bünyatovun və b. 

əsərləri  tarix  sahəsində  elmi  fikri  daha  da  zənginləşdirdi.  Şərqdə  ilk 

respublika  olmuş  Azərbaycan  Demokratik  Respublikasının  tarixi 

(1918-1920)  geniş  şəkildə  öyrənilməyə  başlandı.  Azərbaycanın  siyasət 

adamları,  generallan,  mühacir  təşkilatları,  siyasi  partiyalan  haqqında 

tədqiqat  işləri  meydana  gəldi.  Tarixin  XX  əsr.  xüsusən  sovet  dövrünü 

obyektiv,  bütün  əsas  ziddiyyətləri,  naili>7ətləri  və  qüsurlan  ilə  əks 

etdirən ilk dərslik - Eldar İsmayılov, Cəmil Həsənov və Tahir Qaffarovun 

«Azərbaycan tarixi» dərsliyi (1918-1993-cü illəri əhatə edir) hazırlanıb 

1995-ci  ildə  çap  olundu.  Bütövlükdə  nisbətən  qısa  bir  müddətdə 

1994-1998-ci  illərdə  prof.  Tofiq  Vəliyevin  rəhbərliyi  ilə  ümumtəhsil 

məktəblərinin V-XI sinifləri üçün ölkəmizdə ilk dəfə «Azərbaycan tarixi» 

dərslikləri  (7  dərslik)  hazırlanıb  nəşr  edilmişdir.  Azərbaycan 

Respublikası  dövlət  müstəqilliyinin  bərpa  olunması,  mürəkkəb  daxili 

siyasi  proseslər,  Qarabağda  müharibə,  Heydər  Əliyev  cənablarının 

rəhbərliyi altında ölkədə siyasi sabitliyin yaranması, cəbhələrdə atəşkəs 

əldə  edilməsi,  uğurlu,  müdrik  xarici  siyasət,  sülh  danışıq-  lan,  bazar 

iqtisadiyyatı,  sahibkarlığın  inkişaf  etdirilməsi  tarixinin  tədqiqi, 

mənbələrin toplanması və araşdırılması diqqət mərkəzində idi. Bu illərdə, 

«Qəsd»,  «Qayıdış  1990-1993»,  «Azərbaycan  milli  dövlət  quruculuğu 

yolunda», «Azərbaycan qaçqınları» adlı çox qi> mətli sənəd və material 

topluları, milli ordu quruculuğu və başqa  mühüm problemlər haqqında 

tədqiqat əsərləri meydana gəlmişdi. 

535 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə