Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə214/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   208   209   210   211   212   213   214   215   216

da  Füzuliyə  həsr  olunmuş  təntənəli  gecə  təşkil  edildi.  1996-cı  ilin 

aprelində  Rusiya  Federasiyasında  Azərbaycan  mədəniyyəti  günləri  və 

Moskvada Rəşid Behbudovun yubiley gecəsi keçirildi. Görkəmli rəssam 

Nikas  Safronov  «Heydər  Əliyev»  və  Naxçıvanda  çəkdiyi  «İlanlı  dağ» 

kimi  məşhur  əsərlərini  yaratdı.  Eyni  zamanda  Rusiya  mədəniyyəti 

Azərbaycanda  geniş  təbliğ  olundu.  Rusiyanın  mərkəzi  şəhərlərində 

Azərbaycan mədəniyyəti günləri keçirildi. 

Azərbaycan Respublikası başqa ölkələrlə də mədəni əlaqələri inkişaf 

etdirirdi. 1992-ci ilin yayında «Azərbaycan - Almaniya cəmiyyəti» təsis 

edilmiş, iki ölkə arasında mədəni əlaqələrin inkişafına münasib imkanlar 

açılmışdı. 1995-ci ilin baharında Almaniyada Azərbaycan, payızında isə 

Azərbaycanda  Almaniya  fırça  ustalan-  nın  əsərlərindən  ibarət  sərgilər 

təşkil olunmuşdu. 1996-cı ilin mayında Bakıda Gürcüstan mədəniyyəti 

günləri geniş qeyd edilmişdi. 1996-cı ilin sonlannda Azərbaycanla İran 

arasında  mədəni  əməkdaşlıq  haqqında  müqavilə  bağlanmışdı. 

1996-1997-ci  illərdə  respublikada  Baltik  ölkələri,  İran,  Fransa 

kino-festivalları  keçirilmişdi.  1997-ci  ilin  əvvəllərində  mədəni 

əməkdaşlığa dair Azərbaycan - Almaniya komissiyası təsis olunmuşdu. 

1997-ci  ilin  sentyabnnda  Bakıda  Finlandiya  mədəni>'>*əti  günləri 

keçirilmişdi. Bakı Təbriz və Paris şəhərləri ilə qardaşlaşmışdı. Sumqayıt 

şəhəri  ilə  Almaniyanın  Lüdviqshafen  şəhəri  arasında  hələ  70-ci  illərin 

ortalanndan  başlanmış  dostluq  və  əməkdaşlıq  əlaqələri  bərpa 

olunmuşdur.  1997-ci  ildə  Lüdviqshafcnin  mərkəzi  küçələrindən  birinə 

«Sumqayıt»  adı  verilmişdir.  Sumqayıtda,  «Lüdviqshafen»  parkı 

açılmışdı.  ABŞ-Azərbaycan  parinyorluq  münasibətlərinin  yaranması 

hələ  1972-ci  ildə  qardaşlaşmış  Bakı  və  Hyuston  şəhərləri  arasında 

əlaqələrin genişlənməsinə səbəb olmuşdu. 

Xarici ölkələrdəki Azərbaycan mədəni>7ət mərkəzləri, dəmək, ocaq 

və  əncümənləri  ilə  sıx  əlaqələr  saxlanılırdı.  Bu  təşkilatlar  Azərbaycan 

mədəniyyətinin  xarici  ölkələrdə  tanınması  sahəsində  mühüm  rol 

oynayırdı.  Xarici  ölkələrdə  yaşayan  azərbaycanlıların  təşkil  etdikləri 

onlarla təşkilat, o cümlədən Madriddə «Azərbaycan dostlan», Londonda 

«Azərbaycan  mədəniyyət  mərkəzi»,  Kölndə  «Azərbaycan  mədəniyyət 

mərkəzi»,  Torontoda  «Azərbaycan  Mərkəzi»,  habelə  İngiltərədə 

«Aydınlıq», «Odlar ölkəsi», Belçikada «Azərbaycan», «Qürbət», İsveçdə 

«Azərbaycan»,  Almaniyada  «Ana  dili»,  «Savalan»,  «Qaynarça», 

Türkiyədə «Xəzər», «Azərbay 

545 



can  türkləri»,  İspaniyada  «Dədə  Qorqud»,  İraqda  «Yurd»,  ABŞ-da 

«Azərbaycan»  qəzetləri,  «Azərbaycanın  səsi»  adlı  müxtəlif  teleradio 

proqramları bu sahədə xüsusən fərqlənirdi. 

2001-ci  il  noyabrın  9-10-da  Bakıda  Dünya  Azərbaycanlılannm  I 

Qurultayı keçirildi. Prezident Heydər Əliyevin təşəbbüsü ilə keçirilən bu 

qurultayda  37  xarici  ölkədən  560  nümayəndə  iştirak  edirdi.  Qurultayda 

«Dünya  Azərbaycanlılarının  Əlaqələndirmə  Şurası»  təsis  olundu.  Bu 

forum  müxtəlif  ölkələrdə  yaşayan  azərbaycanlıların  qüvvələrini  Vətən, 

sülh, tərəqqi naminə səfərbər etmək vasitələrini . və imkanlarını müəyyən 

etdi. 


Azərbaycan  açıq,  dünyəvi  cəmiyyət  idi.  Əhalinin  həyat  tərzinə  ■ 

bəşər mədəniyyətinin yüksək dəyərləri ilə yanaşı, xalqın mənəviyyatına, 

psixologiyasına  yad  olan  cəhətlər  də  təsir  göstərirdi.  Şəhərlərdə  çoxlu 

kazinolar, qumarxemalar, gecə barlan, ehtiraslı oyun totalizatorları və s. 

peyda olmuşdu. Bu, xalqın məişətini korlayır, cəmiyyətdə haqlı narazılıq 

doğururdu.  1998-ci  ilin  yanvannda  bu  müəssisələr  Prezident  Heydər 

Əliyevin xüsusi sərəncamı ilə ləğv edilmişdi. 

tdmaQ 


Respublikanın idman həyatında da canlan 

ma  hiss  olunurdu.  Azərbaycan  1991-ci  ildən  Beynəlxalq  Olimpiya 

Komitəsinə, 1994-cü ildən Avropa Futbol Birliyinə və başqa beynəlxalq 

idman  təşkilatlarına  üzv  qəbul  edildi.  Milli  Olimpiya  Komitəsi  təşkil 

olundu.  1997-ci  ildə  İlham  Əliyev  bu  komitəyə  sədr  seçildikdən  sonra 

onun işi daha da canlandı. 

Respublikada idmanla fəal məşğul olanlann sayı 400 min nəfərdən 

çox idi. Burada 78 idman klubu və cəmiyyəti, 8200 idman qurğusu, 174 

uşaq-gənclər idman, 36 şahmat məktəbi fəaliyyət göstərirdi. Respublika 

stadionu  təmir  olunmuş,  onun  beynəlxalq  yanş-  lar  keçirilməsinə 

uyğunlaşdırılması  üçün  yenidən  qurulmasma  başlanmışdı.  Suraxanıda 

«Neftçi» idman-sağlamlıq mərkəzinin olimpiya bazası açılmışdı. 2000-ci 

ildə  Bakıda  Olimpiya  tdman  Kompleksi  istifadəyə  verildi.  1997-ci  ilin 

oktyabnnda idmanın və bədən tərbiyəsinin inkişafına göstərdiyi qayğıya 

görə  Milli  Olimpiya  Komitələri  Birliyinin  İcraiyyə  Şurası  Prezident 

Heydər Əliyevi «Ləyaqət mükafatı» ilə təltif etdi. 

Hər  il  idmanın  müxtəlif  növləri  üzrə  respublika  çempionatlan 

keçirilirdi. Azərbaycan idmançılan beynəlxalq idm2m yarışlarında uğurla 

iştirak edirdilər. Təkcə 1995-ci ildə 165 idmançı dünya və 

546 



Avropa çempionatlarında, kubok yanşlarmda çıxış etmiş, 54 medalla (23 

qızıl,  9  gümüş)  vətənə  qayıtmışdılar.  1996-cı  ildə  Azərbaycan 

idmançıları  XXVI  yay  Olimpiya  oyunlarında  ilk  dəfə  müstəqil 

respublikanı  təmsil  edirdilər.  Azərbaycan  komandası  197  komanda 

arasında 48-ci yerə çıxdı. Güləşçi Namiq Abdullayev olimpiyanın gümüş 

medalını  qazandı.  Müxtəlif  yarışlarda  N.Abdullayev,  C.Məmmədov 

(sambo),  Z.Hüseynova  (sambo),  M.Abdullayev  (güləş),  F.Musayev 

(karate-do),  R.Tağıyev  (kikboksinq),  T.Zahidov  (yunan-Roma  güləşi), 

İ.Qədimova (şahmat) və başqaları dəfələrlə dünya çempionu adına layiq 

görülmüşdülər. 1997-ci ildə Bakıda gənclər arasında Sambo üzrə XXV 

Avropa  çempionatı  keçirildi.  Yarışlarda  iştirak  edən  5  azərbaycanlı 

idmançı  Avropa  çempionu  adını  qazandı.  1997-ci  ildə  Azərbaycan 

idmançılan  müxtəlif  beynəlxalq  yanşlarda  56  qızıl,  45  gümüş  və  37 

bürünc  medal  qazanmışdılar.  1998-1999-cu  illərdə  Azərbaycan 

idmançıları beynəxalq yarışlarda 334, o cümlədən 130 qızıl və 90 gümüş 

medal qazandılar. 1998-ci ilin fevralında Yaponiyanın Naqano şəhərində 

keçirilən  XVIII  qış  olimpiya  oyunlarında  azərbaycanlı  fiqurlu 

konkisürənlər  də  iştirak  etdilər.  Sidneydə  keçiriləcək  XXVII  yay 

olimpiya  oyunlarında  iştirak  etmək  üçün  ciddi  hazırlıq  işləri  başlandı. 

Bunun  üçün  Prezident  xüsusi  sərəncam  vermişdi.  Milli  Olimpiya 

Komitəsi  38  idmançı  və  onların  məşqçiləri  üçün  təqaüd  təsis  etmişdi. 

Nəticədə,  2000-ci  ilin  sentyabrında  Sidneydə  Zemfira  Meftahətdinova 

(stend  atıcısı)  və  Namiq  Abdullayev  (güləş)  qızıl,  Vüqar  Ələkbərov 

(boks) isə bürünc medal qazandılar 198 komanda arasında Azərbaycan 

komandası 34-cü yerə çıxdı. 

Ümumiyyətlə, müstəqilliyin əldə edilməsi, elmin, təhsilin, ədəbiyyat 

və  incəsənətin  inkişafı,  mədəni  sərvətlərin  çoxalması  xalqın  mənəvi 

yüksəlişinə təkan verdi. Milli azadlıq qazanmış xalq böyük iftixar hissi 

keçirir,  müharibənin,  keçid  dövrünün  çətinliklərini  təbii  qarşılayır, 

qüvvələrini onların dəf olunmasına səfərbər edirdi. 

Heydər  Əliyevin  hakimiyyətə  qayıdışı,  dövlətçiliyin  və 

müstəqilliyin qarantına çevrilməsi bu mənəvi yüksəlişin siyasi və iqtisadi 

da-  yaqlannı  daha  da  möhkəmləndirmiş,  onun  sürətlənməsinə  yeni 

imkanlar açmışdı. Prezident Heydər Əliyevin «Bizim üçün həyat, yaşayış 

nə qədər çətin olsa da azad, milli azadlıq şəraitində yaşamaq, müstəqil 

olmaq, müstəqil, azad dövlətdə yaşamaq hər şeydən əzizdir, üstündür» 

sözləri əhalinin böyük əksəriyyətinin fikirlərinin ifadəsi idi. 

547 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə