gəlmişdi. C.Qasımovun, F.Hüseynovun, G.Əlizadənin və başqalarının bu
mövzuda plakatları, xüsusən təsirli və maraqlı idi.
Ümumiyyətlə, bu illərdə incəsənətdə formaca ənənəyə bağlılıq və
müasirlik, məzmunca milli özünəqayıdış, bəşəri dəyərlərin təbliği
üstünlük təşkil edirdi. Müstəqillik qüruru, iqtidar qayğısı, sanballı
hazırlıq səviyyəsi respublikanın, demək olar ki, bütün yaradıcı
qüvvələrini tərəqqiyə səfərbər etmişdi.
§ 3. Özünəqayıdış. Bəşəri mənəvi dəyərlərə doğru
Xalqın mənəvi aləmini zənginləşdirmək, onu özünə və başqalarına
daha yaxşı tanıtmaq üçün elm, təhsil, ədəbiyyat və incəsənətin bütün
vasitələrindən istifadə edilirdi. Xalqın görkəmli elm, mədəniyyət
xadimlərinin yubileyləri təntənə ilə qeyd olunurdu. 1996-cı ilin payızında
dahi Füzulinin 500 illik yubileyi böyük təntənə ilə qeyd edildi. Bakıya,
demək olar ki, dünyanın hər yerindən qonaqlar - ədəbiyyatşünas alimlər,
yazıçılar gəlmişdi. Həmin il Əliağa Vahidin, bəstəkar Müslüm
Maqomayevin, görkəmli alimlər Yusif Məmmədəliyevin, Sara
Aşurbəylinin, alim və dövlət xadimi Vəli Axundovun, şair Bəxtiyar
Vahabzadənin, Qabilin, rəssam Maral Rəh- manzadənin, 1997-ci ildə
ölməz şair Səməd Vurğunun, S.Rüstəmin, görkəmli alim, dövlət xadimi,
səhiyyə təşkilatçısı Əziz Əliyevin, akademik Həsən Əliyevin, dünya
şöhrətli musiqiçi, Azərbaycanda böyüyüb başa çatmış Mistislav
Rastropoviçin yubileyləri geniş qeyd olundu. Şairlərdən Bəxtiyar
Vahabzadə, Xəlil Rza (Ulutürk), Məmməd Araz (1995-ci ildə), Mirvarid
Dilbazi, bəstəkar Tofiq Quliyev (1997-ci ildə), rəssam Mikayıl
Abdullayev (1998-ci ildə) və b. vətənpərvərlik ruhunda yaratdıqları
əsərlərə görə «İstiqlal» ordeni ilə təltif olundular. Akademiklər
Mirməmməd Cavadzadə, Nəriman Quliyev, Eldar Salayev, Cəmil
Quliyev, İqrar Əliyev, tarixçi- alim Sara Aşurbəyli, heykəltəraş Mirəli
Mirqasımov, rəssam Maral Rəhmanzadə, xalq artistləri Zeynəb
Xanlarova, Fidan Qasımova, Qədir Rüstəmov, Lütfi Məmmədbəyov,
Nəsibə Zeynalova, Leyla Vəkilova, Müslüm Maqomayev, şairlərdən
Qabil, Nəbi Xəzri və b. «Şöhrət» ordeni ilə mükafatlandırıldılar.
542
1995-ci ilin mayında II Dünya müharibəsində faşizm üzərində
Azərbaycanın, xüsusən Bakı neftinin mühüm rol oynadığı qələbənin 50
illik yubileyi geniş qeyd olundu.
Dövlətçilik rəmzlərinin. Heydər Əliyevin uzaqgörən siyasəti
sayəsində bütün sahələrdə əldə olunan müvəffəqiyyətlərinin geniş təbliğ
edilməsi xalqda özünəinam, nikbinlik, qürur hisləri doğurur. Hər il 28
may - Respublika günü (l992-ci ildən), 15 iyun - Qurtuluş günü (1997-ci
ildən), 18 oktyabr - Dövlət Müstəqilliyi günü (1992-ci ildən), 12 noyabr -
Konstitusiya günü (1996-cı ildən), 17 noyabr - Milli Dirçəliş günü
(1992-ci ildən), 31 dekabr - Dünya azərbaycanlılarının Həmrəylik günü
(1990-cı ildən) bayram kimi geniş qeyd olunur. Hər il 20 yanvar - matəm
günü istiqlal uğrunda Şəhidlər Xiyabanını yüz minlərlə adam ziyarət edir.
1997-ci ildən Xocalı soyqırımı qurbanlan xatirəsinə ehtiram əlaməti
olaraq fevralın 26- da saat l7:00-da sükut dəqiqəsi elan olunması
haqqında Prezident fərmanı verilmişdir. Xalqın mənəvi gücünün
artmasına ermənilərin Azərbaycana və azərbaycanlılara qarşı
düşmənçiliyi haqqında tarixi həqiqətlərin öyrənilməsi mühüm təsir
göstərirdi. Prezident Heydər Əliyev deyirdi: «Xalqımız... daim bilməlidir
ki, bizim tarixi torpaqlanmız hansılar olubdur. Hansılar, nə vaxt
əlimizdən gedibdir, nəyə görə əlimizdən gedibdir və şübhəsiz ki, bunlar
qaytanl- mahdır. Biz də qaytara bilməsək, gələcək nəsillər bunları
qaytaracaqlar!»
Onun
«1948-1953-cü
illərdə azərbaycanhlann
Ermənistan SSR ərazisindən, tarixi etnik torpaqlarından kütləvi surətdə
deportasiyası haqqında» 1997-ci il 17 dekabr «Azərbaycanhlann
soyqınmı haqqında» 1998-ci il 26 mart tarixli fərmanlannda son iki əsrdə
Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən
etnik təmizləmə, soyqırımı siyasəti ifşa olunmuşdu. Bu tarixi cinayətə ilk
dəfə hüquqi-siyasi qiymət verilmişdi. Onun xalqa beynəlxalq
ictimaiyyətə çatdıniması üçün konkret tədbirlər görülməyə başlanmışdı.
Xalqa aşılanırdı ki, o, böyük türk mədəniyyətinin - Nizami, Xaqani,
İbn Sina, Qurbani, Xətai, Yunis İmrə, Nəsimi, Füzuli, Nəvai, Tusi,
Bəhmənyar, Vaqif, Səməd Vurğun, Şəhriyar və b. varisidir. Tez-tez türk
dövlət və topluluqlarının dostluq, qardaşlıq və iş birliyinə, xüsusən
mədəni əlaqələrin inkişafına həsr olunmuş qurultayı keçirilirdi. 1996-cı
ilin noyabrında Bakıda Türk dünyası yazıçılarının III qurultayı
keçirilmişdi. Bu vaxt Azərbaycanın paytaxtında TÜRKSOY-un da VIII
toplantısı təşkil olunmuşdu.
543
Türkdilli xalqlar birlikdə «Manas dastanı»nın min illiyini, böyük
Qazax şairi və filosofu Abayın 150 illiyini, Özbəkistanın böyük dövlət
xadimi, türk dünyasının böyük şəxsiyyəti Əmir Teymurun 660 illiyini.
Füzulinin 500 illiyini geniş qeyd etdilər. 1997-ci ilin aprelində
Azərbaycan prezidenti Heydər Əliyev Azərbaycan xalqının milli tarix və
mədəniyyət qaynaqlarından biri olan «Kitabi Dədə-Qorqud» dastanının
1300 illiyinin geniş qeyd edilməsi haqqında fərman verdi və bu tədbir
yüksək səviyyədə keçirildi. Həmin ilin noyabnnda böyük Azərbaycan
şairi M.Şəhriyann 90 illiyinin geniş qeyd olunması haqqında Prezident
fərmanı verildi. 1997-ci il noyabr ayında Şeyx Şamilin 200 illik yubileyi
böyük təntənə ilə qeyd olundu.
Müstəqillik dövründə respublikada yaşayan azsaylı xalqların mədəni
tərəqqisinə diqqət daha da artırılmışdı. Azərbaycan Respublikası
Millətlərarası münasibətlər Dövlət Komitəsi, Azərbaycan Mədəniyyət
Fondu yanında azsaylı xalqların mədəniyyətinin qorunması və inkişafı
üzrə ictimai elmi şura yaradıldı. Ləzgi, talış, kürd, udin, saxur, slavyan,
yəhudi və başqa xalqların mədəniyyət mərkəzləri fəaliyyətini xeyli
genişləndirdi. Ömumtəhsil məktəblərində bu xalqların dili tədris
olunmağa başlandı. 1993-cü ildə Qusarda Dövlət Ləzgi Teatn təşkil
edildi. «Azərnəşr»də azsaylı xalqlar redaksiyası yaradıldı. «Udin dili»,
«Ləzgi dili», «Talış dili» və başqa dərsliklər, əlifbalar çap olundu. «Talışı
sado» (Talışın səsi), «Sa- mur», «Vestnik» və b. qəzetlər çap olunub
yayılmağa başlandı.
Bu illərdə dünyanı xalqa tanıtmaq sahəsində də səmərəli işlər
görülmüşdü. Hələ 1989-cu ilin bahannda Azərbaycan Yazıçılar Birliyi
yanında təşkil edilmiş Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi dünya
ədəbiyyatı xəzinəsindən ən gözəl incilərin Azərbaycan dilinə orijinaldan
tərcümə olunmasında mühüm rol oynayırdı.
O.Süleymanovun,
Ç.Aytmatovun,
M.Svetayevanm,
F.Kafkanın,
R.Filkenin, T.Vulfun, K.Doylun, M.Malkesin, U.Folknerin, B.Yıl- dızın
və başqa dünya şöhrətli ədiblərin əsərləri Azərbaycan dilində nəşr
olunmuşdu. Azərbaycan ədəbiyyatından ingilis, alman, rus, fransız, ərəb,
fars dillərinə çoxlu tərcümələr edilmişdi. 1996-a ildən «Dünya ədəbiyyatı
korifeyləri» seriyası çap olunmağa başlanmışdı.
1991-ci ilin oktyabr ayında Moskvada Nizami Gəncəvinin abidəsi
açıldı. Moskva və Sankt-Peterburqda Nizaminin 850 illiyi təntənə ilə
qeyd olundu. 1994-cü ildə Moskvanın Sütunlu salonun-
g/l/t
Dostları ilə paylaş: |