silahlılan yaralılara işgəncə verir, meyitləri eybəcər hala salır, baş
dərisini soyur, qadın və qızları təhqir edirdilər.
Xocalı soyqınmı XX əsrin ən böyük facilərindən biri oldu. Onun
başlıca səbəbkarı erməni və rus şovinizmi idi. Rusiya Azərbaycanda öz
nüfuzunu, ordusunu saxlamaq üçün təxribatlara rəvac verirdi. Lakin uzun
müddət düşmən əhatəsində qalmış şəhərə lazımi kömək göstərməyən,
erməni və rus hərbi hissələrinin geniş hücuma hazırlığı haqqında
məlumat aldıqdan sonra belə, əhalini təhlükəsiz yerlərə köçürmək üçün
təsirli tədbirlər görməyən respublika rəhbərliyi, habelə hakimiyyət
uğrunda mübarizədə Qarabağ problemindən istifadə edib siyasi kapital
toplamağa çalışan siyasətbazlar da bu faciədə günahkar idilər.
Xocalı soyqırımı ölkədə siyasi gərginliyi daha da artırdı. Ali Sovetin
binası qarşısında çoxminli izdihamlı mitinqə toplaşmış xalqın tələbi ilə
parlamentin 1992-ci il martın 5-6-da keçirilən fövqəladə sessiyasında
Mütəllibov istefa verməyə məcbur oldu.
Hakimiyyətdə boşluq yaranmışdı, onu ələ keçirmək istəyən, habelə
qisas almağa çalışan qüvvələr siyasi vəziyyəti daha da gərginləşdirməyə
çalışırdılar.
Siyasi oyunlann, çəkişmələrin növbəti qurbanı Şuşa və Laçın oldu.
Şuşaya güclü hücum gözlənilirdi. Vəziyyət 1992-ci ilin martında
Müdafiə Şurasında müzakirə olunmuşdu. Lakin əməli iş, demək olar ki,
görülmürdü. Şəhər uzun müddət mühasirədə qalmışdı. Lazımi silah və
sursatla təmin olunmurdu. 336-cı polkun 180 hərbi mütəxəssisinin 90
ağır texnika ilə ermənilər tərəfə keçməsi məlum idi.
Şuşanın müdafiəsində isə cəmi 24 ağır texnika dururdu. Düşünülmüş
müdafiə planı yox idi.
Milis silahlı qüvvələri komandanlığı ilə ordu hissələri komandanlığı
arasında tabeçilik münasibətləri qəti müəyyənləşdirilməmişdi. 1992-ci
ilin martında Müdafiə naziri vəzifəsini ələ keçirmiş, Rusiyanın imperi-
yapərəst qüvvələri əlində oyuncaq olan Rəhim Qazıyev hakimiyyətə
gəlmək, ölkədə hərbi diktatura yaratmaq üçün siyasi vəziyyəti daha da
gərginləşdirmək məqsədilə burada vahid komandanlıq yaranmasına
mane olurdu. Bununla yanaşı, ordu zabitlərinin çoxunun hazırlıqsız,
nizam-intizamsız olması da uğursuzluqlara gətirib çıxartmışdı. Hərbi
rabitə bərbad vəziyyətdə idi. Hücum ərəfəsində xeyli döyüşçü
qısamüddətli məzuniyyətə buraxılmışdı. Şuşa batalyonunda ştatda
1500-ə yaxın döyüşçü olduğu halda, şəhərdə cəmi 500 döyüşçü vardı.
Mayın 7-dən 8-nə keçən gecə düşmən şəhəri güclü artilleriya atəşinə
tutdu.
481
Əslən Rostovdan olan Arkadi adlı bir erməninin rəhbərlik etdiyi bu
hücumda 80-ə yaxın T-72 tankı, 6000-ə yaxm döyüşçü iştirak edirdi.
Emıənilərin tərəfində xaricdən muzdla tutulmuş döyüşçülər də vuruşurdu.
Belə bir şəraitdə hərbi texnika Şuşadan çıxanimağa başladı. Xüsusi
milis dəstəsi döyüşçüləri şəhəri tərk etdilər. Minalannuş sahələr
zərərsizləşdirildi. Mayın 9-da səhər saat 5-də şəhər ətrafında olan postlann
əksəriyyəti artıq tutulmuşdu. Ön mövqelərdə duran əsgərlər düşmənə
qarşı qəhrəmanlıqla vuruşurdular. Səhər düşmənin üç tankı şəhərə
girmişdi. Azərbaycan Ordusunun 533 nömrəli tankı onlardan birini vurdu,
o biri tanklar geri qayıtmağa məcbur oldular.
Şəhərin müdafiəçilərinə kömək göstərilmədi. Axşama yaxın köməyə
gələn vertolyot asfalt zavodu yaxınlığında səhvən öz mövqelərimizi atəşə
tutdu, bir PDM-i məhv etdi.
Qayabaşı adlanan yerdə mövqe tutan müdafiə batalyonunun
əsgərləri son nəfəsədək vuruşurdular. 40 nəfər şəhid oldu. Mühasirəyə
düşüb əlacsız qalmış 38 döyüşçü özünü Öldürdü. Digər müdafiə dəstələri
axşama qədər müqavimət göstərdilər. Artıq ön mövqedə vuruşan 30-40
nəfərdən başqa şəhərdə heç kim qalmamışdı. Axşam onlar da müqaviməti
dayandırmağa məcbur oldular. Şuşa süqut etdi. Döyüşlərdə 155 nəfər
həlak oldu, 167 nəfər yaralandı.
Şuşanın süqutu, mayın ortalannda milli hərbi hissələrin Laçını tərk
etməyə başlaması siyasi vəziyyəti daha da gərginləşdirdi. Mayın 14-də
parlament sessiyasında eks-prezident tərəfdarlannın köməyi ilə yenidən
öz vəzifəsinə qaytarıldı. A.Mütəllibov dərhal ölkədə fövqəladə vəziyyət
tətbiqi haqqında fərman verdi.
Lakin demokratik qüvvələr parlamentin 14 may tarixli qərannı
konstitusiyaya zidd hesab etdilər və onu yenidən totalitarizmə qayıdış
kimi qiymətləndirdilər. Bakıda AXC-nin qərargahı qarşısında etiraz
mitinqi başlandı. Rəsmi hökumət isə fövqəladə vəziyyət haqqında
qanunauyğun tədbirlər həyata keçirə bilmədi. Cəbhə bölgələrindən
Bakıya AXC-yə tabe hərbi hissələr gətirilmişdi. Xalq cəbhəsi parlamentə
öz qərarını ləğv etmək tələbi ilə ultimatum verdi. Ultimatum müddəti
qurtarandan sonra mitinqçilər hərbçilərin köməyi ilə Ali Sovetin binasına
doğru yürüş etdilər. Yürüşün önündə zirehli texnika gedirdi. Silahlılar
«Moskva» mehmanxanası və Ali Sovetin binası üstündəki atəş nöqtələrini
susdurdular. Toqquşma nəticəsində bir adam öldü, iki nəfər yaralandı.
Cəbhə tərəfdarları, demək olar ki, müqavimətsiz parlamentin binasına
daxil oldular.
482
Müxalifət qüvvələri respublika teleradio şirkətini, digər mühüm
obyektləri, habelə Prezident binasım ələ keçirdilər. Parlamentin 18 may
sessiyasında xalq cəbhəsi liderlərindən biri olan İsa Qəmbərov
Respublika Ali Sovetinin sədri seçildi. Bu sessiyada parlament
səlahiyyətinin Milli Məclisə verilməsi haqqında qərar qəbul edildi.
1992-
ci il iyunun 7-də Prezident seçkiləri keçirildi. Respublikanın
Prezidenti Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Əliyev oldu.
Xalq cəbhəsinin hakimiyyəti ələ keçirməsi bu təşkilatın daxildən
parçalanmasını və zəifləməsini daha da sürətləndirdi. AXC fəlakətinin
əsas səbəbi xalqın rifahı naminə cəmiyyəti yeniləşdirmək yollarmı
göstərən konstruktiv proqramın olmaması, əsasən kəmsavad, korafəhm
populistlərə aıxalamb, ağıllı siyasətçiləri, aparıcı ziyalıları özündən
uzaqlaşdırması idi.
Bu zaman siyasət səhnəsinə onlarla yeni partiya və hərəkat
rəhbərləri atılmışdı.
1993-
cü ilin ortalanndan respublikada 30-a qədər siyasi partiya,
cəmiyyət və hərəkat fəaliyyət göstərirdi. Bundan başqa, milli azlıqların
ictimai və siyasi təşkilatları formalaşmağa başlamışdı.
1992-ci ilin iyununda «Siyasi partiyalar haqqında» qanun qəbul
olunmuşdu. 1993-cü ilin fevralında AHlŞ ləğv olundu, əvəzinə
Azərbaycan Həmkarlar İttifaqlan Konfederasiyası təsis edildi.
Əhalinin təşkilatlanma tələbinin belə yüksəldiyi dövrdə meydana
gəlmiş siyasi qüvvələrin marağını nəzərə almamaq AXC-Müsavat
duetinin ciddi qüsuru idi.
Xalq Cəbhəsi - Müsavat hakimiyyəti dövründə respublikada siyasi
və iqtisadi böhran dərinləşdi. İdarəçilik işinə, əsasən təcrübəsiz, siyasi
cəhətdən qeyri-yetkin adamlar gətirildi. Dövlətçilik dağılmağa başladı.
Hakimiyyəti ələ keçirənə qədər addımbaşı demokratiyadan dəm
vuranlar rəhbərliyi müxtəlif siyasi ambisiyalan olan fərasətsiz
siyasətbazlara verməklə güc orqanlanna nəzarəti, demək olar ki, itirmiş,
ölkədə qanunsuzluq, hərc-mərclik daha da dərinləşmişdi. Ən təhlükəli hal
orduya rəhbərliyin əldən verilməsi idi.
1992-ci il 15 may SSRİ hərbi əmlakının bölüşdürülməsi haqqında
Daşkənd müqaviləsinə əsasən 4-cü ordu silahlannm (özü də MDB dövlət
başçılannm 1992-ci il 14 fevral Minsk razılaşmasında nəzərdə tutulandan
çox az) təhvil verilməsi Azərbaycan Ordusu təchizini nisbətən
yaxşılaşdırdı. Operativ-taktiki hazırlıq işləri apanidı. Bakı Ali
Ümumqoşun (1991-ci il 17 dekabr) və Ali Hərbi Dənizçilik məktəbləri
(1992-ci il 3 iyun) Müdafiə Nazirliyinə verilmişdi. Bakı Ali Ümumqo-
483
Dostları ilə paylaş: |