prinsipi həddən ziyadə siyasiləşmiş cəmiyyətdə orduya müxtəlif amallı
və əqidəli adamların gəlməsinə səbəb olmuşdu. Orduda elə ilk günlərdən
xaos yaranmağa başlamışdı.
Müxalifət də silahlı qüvvələr yaradılmasına öz səriştəsiz hərəkətləri
ilə mane olurdu. Ə.Elçibəy prezidentə «Qarabağ problemi»ni həll etmək
üçün 20-25 gün vaxt verilməsini tələb edirdi. Müdafiə Nazirliyini ələ
keçirmək istəyən siyasi qüvvələr - Rəhim Qazıyev, Etibar Məmmədov,
Fəhmin Hacıyev və b. bura hərbçinin deyil, mülki şəxsin rəhbər təyin
edilməsini tələb edir, piketlər keçirirdilər. Müdafiə nazirlərinin tez- tez
dəyişdirilməsi ordu quruculuğuna ağır zərbələr vururdu.
Azərbaycan Respublikasının 1991-ci il 9 oktyabr «Azərbaycan
Respublikası Silahlı Qüvvələri haqqında» qanununun qüvvəyə minməsi
haqqında Ali Sovetin qərannın hərbi obyektləri, silah və texnikanı
invertallaşdırıb müsadirə etmək tələblərinə baxmayaraq, rus hərbçiləri
mümkün olan hər bir şeyi respublikadan çıxarmağa, şəxsi adamlara
satmağa, məhv etməyə çalışırdılar.
Bu təxribatlardan biri də hərbi vertolyotları yandırmaq cəhdi oldu.
Bəzi aviasiya hissələrindən isə təyyarələr aparıldı, hərbi aerodrom
dağıldı, qiymətli hərbi cihazlar məhv edildi. Xəzər donanması
gəmilərində də avadanlığa, yerüstü obyektlərin, demək olar ki, hamısına
xəsarət yetirilmiş, sökülüb dağılmışdı.
Belə bir şəraitdə erməni hərbi hissələri MDB qoşununun köməyi ilə
azərbaycanlılar yaşayan kəndlərə hücumu genişləndirirdilər. Onlar
1992-
ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli,
Quşçular kəndlərini ələ keçirdilər. Xocalı və Şuşanın mühasirəsi getdikcə
daralırdı. Yeni yaradılmağa başlanan Azərbaycan ordusunun hissələri,
xüsusi təyinatlı milis və özünümüdafiə dəstələrinin müqavimət
tədbirlərinin nizamsızlıq, əlaqəsizlik, satqınlıq üzündən baş tutmurdu.
Azərbaycan Ordusunun Şuşamn mühasirəsini Daşaltı tərəfdən qırmaq
üçün keçirdiyi əməliyyat da tam uğursuzluqla nəticələndi. Satqın
bələdçilər bir taqım əsgər və zirehli maşınları minalanmış əraziyə
saldılar, ordu böyük tələfat verdi, 33 nəfər həlak oldu, 34 nəfər itkin
düşdü, 36 nəfər yaralandı.
Fevralın ortalannda düşmən növbəti dəfə Qaradağlı kəndinə güclü
hücuma başladı. Qanlı döyüşlərdə kənd dəfələrlə əldən-ələ keçdi. Dörd
gün davam edən qeyri-bərabər döyüşdən sonra ermənilər kəndi ələ
keçirib onun 92 nəfər müdafiəçisini, 54 sakinini vəhşicəsinə öldürərək
silos quyularına atdılar. Qalan əhali əsir götürüldü.
479
Fevralın sonunda Xocalı faciəsi törədildi. Şəhər uzun müddət
mühasirədə olmuş, respublika rəhbərliyinin cinayətkar laqeydliyi
üzündən müdafiə işləri lazımınca təşkil edilməmişdi. Xocalı ərazi
özünümüdafiə batalyonu heç bir zirehli texnika ilə silahlanmamışdı. Ona
Şıx briqadası II batalyonunun cəmi 20 nəfərdən ibarət minaatanlar
batareyası kömək edirdi.
Fevralın 25-də axşam saat 9-da erməni hərbi birləşmələri, MDB
qoşununun Xankəndindəki 366-cı mexanikləşdirilmiş atıcı alayı, habelə
xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar uzun müddət mühasirədə
olan Xocalıya hücum etdilər. İlk zərbə şəhərin yaxınlığındakı hava
limanına vuruldu. Şəhərin müdafiəçiləri azsaylı və pis silahlanmış olsalar
da, mərdliklə vuruşurdular. Xüsusi təyinatlı milis dəstəsinin komandiri,
milis mayoru Əlif Hacıyev döyüşdə, xüsusilə fərqlənirdi. Onun rəhbərlik
etdiyi 22 nəfərlik dəstə düşmənin hava limanına güclü hücumlannı üç
dəfə dəf etdi. Lakin qüvvələr bərabər deyildi. Ə.Hacı- yev vəziyyətin
çıxılmaz olduğunu görəndə hava limanının dispetçer məntəqəsini
partladaraq düşmən əlinə keçməsinə imkan vermədi.
Sonrakı döyüşlərdə igid komandir ağır yaralanıb qəhrəmancasına
həlak oldu, ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı
verildi. Güclü artilleriya hazırlığından sonra düşmən tankları zirehli
maşınlan şəhərə soxuldu, küçə döyüşləri başlandı. Cəsur komandir Tofiq
Hüseynovun rəhbərlik etdiyi batalyonun 150-yə qədər dÖ3dişçüsü
qat-qat güclü olan yağı düşmənlə qəhrəmancasına vuruşurdular. Tofiq
Hüseynov düşmənlə üç gün, üç gecə son nəfəsinədək döyüşdü, yağılan
azdınb onlarla adamın mühasirədən çıxmasına imkan yaratdı. Axırda özü
mühasirəyə düşdü. O, düşmənin təslim olmaq çağınşına məhəl qoymayıb
son gülləni özünə vurdu, ana torpağı qucaqlayaraq gözlərini əbədi
yumdu. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi.
Xocalı döyüşündə yüzlərlə adam həlak oldu, yaralandı, əsir
götürüldü, şəhər yandınIdı. Sağ qalanlann bir hissəsi, əsasən qadınlar,
qocalar və uşaqlar şəhərin şimal-şərq istiqamətində iki yolla Ağdama
tərəf qaçmağa başladılar. Qarlı, şaxtalı gecəni ayaqyalın, başıaçıq meşədə
keçirən qaçqınlann çoxunu don vurdu, yaralıların bir hissəsi tab
gətirməyib öldü. Qalanlan səhəri gün Xocalıdan 6-7 km aralı Qaraqaya
adlı yerdə meşədən çıxarkən pusquda durmuş erməni faşistləri tərəfindən
gülləbaran edildilər. Yüzlərlə köməksiz qadın, qoca, uşaq həlak oldu.
Xilas olaraq Abdal-Gülablı kəndinə getməyə çalışan qaçqınları da
düşmən mühasirəyə alıb atəşə tutdu. Çoxlan əsir götürüldü. Erməni
480