cana yeritmək üçün Rusiya artıq açıqca erməni tərəfini dəstəkləməyə
başlamışdı. İmperiyapərəst dairələrin əlaltılan olan Müdafiə Naziri Rəhim
Qazıyev və onu neytrallaşdırmaq üçün prezidentin korpus komandiri və
Qarabağda səlahiyyətli nümayəndə təyin etdiyi, «Milli Qəhrəman» adı
verdiyi Surət Hüseynov cəbhələrdə təxribat işini gücləndirdilər, ordunun
müvəffəqiyyətlə gedən əməliyyatlan dayandınidı. Ordu quruculuğuna
operativ rəhbərlik etmək üçün 1992-ci ilin sentyab- nnda Müdafiə
Nazirliyində yaradılmış Hərbi Şura da vəziyyəti nizamlaya bilmirdi.
Ermənistanın silahlı qüvvələri 1992-ci il dekabnn 10-da
Azərbaycanın Qubadlı və Zəngilan rayonlarına soxularaq bir neçə kəndi
ələ keçirib, yandırdı. Eyni zamanda düşmən Tovuz və Gədəbəy
istiqamətində hücuma keçdi. Azərbaycan Ordusu və polis qoşunlan onu
geri oturda bildi. Cavab olaraq Ermənistan ərazisindəki hərbi bazalar
atəşə tutuldu.
Lakin düşmən Rusiyanın hərbi köməyi ilə yenidən güclü hücuma
keçdi. 1993-cü il fevralın 5-nə keçən gecə Yuxan Qarabağda
Ermənistanın ekspedisiya korpusu MDB 7-ci ordusuna daxil olan 128-ci
moto- atıcı alayının və muzdla tutulmuş əsgərlərin, əsasən kazakların
iştirakı ilə Ağdərə bölgəsinə hücuma başladı. Bir az əvvəl Rusiya açıq,
ultimatum şəklində Azərbaycana bildirmişdi ki, o, ya rus qoşununun
köməyindən istifadə edib MDB-yə üzv olmalı, ya da yalnız öz ordusuna
arxalanmalıdır. Azərbaycan dövləti buna razı olmadı. Qəsbkarlar martın 1
O-dək Ağdərə bölgəsinin Ağdərə şəhərinə qədər bir çox yaşayış
məntəqələrini ələ keçirdilər. Martın axırlannda düşmən həm Ermənistan,
həm də Ağdərə tərəfdən Kəlbəcər rayonunu güclü atəşə tutdu. Rayonun
müdafiəsi təşkil edilməmişdi. Əksinə, hərbi bölmə və texnikanın bir
hissəsi rayondan çıxanlmışdı. Bu, bir tərəfdən satqın ordu rəhbərlərinin
rus imperiyapərəst qüvvələrinə nökərçilik etməsi, digər tərəfdən
respublika rəhbərliyinin Kəlbəcəri təslim etməklə Ermənistanı təcavüzkar
dövlət kimi tamtma cəhdi ilə bağlı idi. Aprelin 3-də Kəlbəcər düşmən
əlinə keçdi. Azərbaycan silahlı qüvvələri geri çəkilərkən respublika
rəhbərliyinin laqeydliyi üzündən əhalinin hamısını bölgədən vaxtında
çıxarmaq mümkün olmadı. 15 min nəfərə qədər sakin erməni faşistlərinin
əlinə keçdi. Ermənilər işləyə bilməyən qocalan, uşaqlan yerindəcə
güllələyirdilər. Evlər, müəssisələr, təsərrüfatlar qarət edilir, mal-qara
sürülüb apanlırdı.
AXC -Müsavat iqtidan, əvvəlki iqtidar kimi, səriştəsiz xarici siyasəti
ilə Azərbaycanın beynəbcalq mövqelərini daha da zəiflətmişdi.
486
Doğrudur, Azərbaycan Respublikası 1992-ci ilin i)oınunda Qara dəniz
hövzəsində İqtisadi Əməkdaşlıq Birliyinin təsisçilərindən biri olmuş,
1992-
ci ilin iyulunda 1975-ci il Helsinki Yekun aktına, 1992-ci il
Helsinki sənədinə qoşulmuşdu. 1992-ci ilin yazında Dağlıq Qarabağ
münaqişəsini həll etmək üçün ATƏM-in Minsk qrupu təşkil edilmişdi.
İqtidar bu geosiyasi məkanda və respublikanın sərvətlərində marağı olan
bütün xarici siyasi qüvvələri nəzərə alıb, qarşılıqlı şəkildə
neytrallaşdırmaq xətti götürmək əvəzinə məsuliyyətsiz bəyanatlar verir,
qonşu dövlətlərlə münasibətləri daha da soyuqlaşdırır, ciddi
uğursuzluqlara düçar olurdu. Minsk qrupu çox passiv fəaliyyət göstərirdi.
ABŞ Azərbaycanı Ermənistanı blokadaya salmaqda günahlandınrdı.
Konqres 1992-ci ilin oktyabnnda «Azadlığı müdafiə aktı»na 907 saylı
əlavə ilə Azərbaycana dövlət səviyyəsində yardım göstərilməsinə ciddi
məhdudiyyətlər qoymuşdu.
Bu hadisələr iqtidan tam nüfuzdan saldı. Xalq bütün ümidini
Naxçıvan MR Ali Məclisinin sədri, dünyada ağıllı və tədbirli bir siyasətçi
kimi tanınmış Heydər Əliyevə bağlamışdı.
Fəaliyyətinin ilk dövründə xalqın azadlıq mübarizəsinə rəhbərlik
edən AXC Heydər Əliyev tərəfindən dəstəklənirdi. Lakin hakimiyyəti ələ
keçirəndən sonra AXC bu böyük şəxsiyyətin xalq içərisindəki
nüfuzundan qorxur, ona qarşı mübarizəyə başlayır. 1992-ci ilin
iyunundan Naxçıvan Muxtar Respublikasına elektrik enerjisi verilməsi,
iyuldan buraya qatarlann hərəkəti dayandınlır, respublika blokada
vəziyyətinə düşür. Heydər Əliyev çox ağır bir şəraitdə Naxçıvan MR-i
müvəffəqiyyətlə idarə edir, 1992-ci ilin mart ayında S.Dəmirəl ilə
görüşüb, danışıqlar aparır. Türkiyə Naxçıvana 100 min. dollar kredit verir
və bunun hesabına ərzaq, toxum, lazımi avadanlıq göndərir. Naxçıvan
MR Türkiyə elektrik şəbəkəsinə qoşulur. 1992-ci il mayın 28-də
Naxçıvan ilə Türkiyə arasında Sədərək-Dilucu «Ümid» körpüsü açıldı.
1992-ci ilin avqustunda Heydər Əliyev İran İslam Respublikası
Prezidenti ilə görüşüb Naxçıvanın ehtiyaclannın ödənilməsi ilə bağlı
razılaşmalar əldə etdi. İranla Naxçıvanı birləşdirən yeni körpü açıldı.
Naxçıvana İrandan elektrik enerjisi verildi.
Heydər Əliyevin rəhbərliyi altında Muxtar Respublikada dövlət
quruculuğu, hakimiyyət və idarəetmə işlərinin təkmilləşdirilməsi
sahəsində mühüm işlər görüldü. Mövcud siyasi böhran aradan qaldırıldı,
iqtisadi islahatlar keçirildi, sahibkarlığın inkişafı üçün müəyyən şərait
yaradıldı, hərbi quruculuq məsələlərinə xüsusi diqqət yetirildi. Keçmiş
487