qayğısı tamam unuduldu, hətta elmin bu qayda ilə təşkilinin
səmərəsizliyi, Akademiyanın ləğv olunması haqqında fikirlər yayılmışdı.
Alimlər cəmiyyətdə ən sayılmaz bir zümrəyə çevrilmişdilər. Onların bir
hissəsi (təkcə Elmlər Akademiyasından 170 nəfər görkəmli alim) xarici
ölkələrə getməyə məcbur oldu. Elmi-tədqiqat işlərinə gənclərin marağı
xeyli azalmışdı. Lakin həqiqi elm fədailəri bütün çətinliklərə
baxmayaraq, Azərbaycan elmini yaşadır, tədqiqat işlərini davam
etdirirdilər.
Heydər Əliyevin respublikaya rəhbərliyə qayıdışından sonra elm
sahəsində mühüm dəyişikliklər baş verdi. Alimlərin əməkhaqq- lan
artınldı, onların yaradıcılığına diqqət və qayğı ilə yanaşılmağa başlandı.
Alim, tədricən cəmiyyətdə öz layiqli yerini tutdu.
90-cı illərin ortalannda təkcə Elmlər Akademiyası sistemində 35
elmi-tədqiqat institutu vardı. Yeni «Milli münasibətlən>, «Arxeologiya
və etnoqrafiya» institutları (1992-ci il), İnsan Hüquqları İnstitutu (1998-ci
il) təşkil olunmuşdu.
1997-ci ilin fevralında Prezident Heydər Əliyevin alimlərlə
görüşündə elmin strateji istiqamətləri açıqlandı. Elmlər Akademiyası
Azərbaycan elminin, mədəniyyətinin inkişafında əvvəlki mövqeyini
bərpa etməyə başladı.
Respublikada elmi və elmi pedaqoji kadrlar hazırlanması işini
nizama salmaq üçün 1992-ci ildə Ali Attestasiya Komissiyası (1994-cü
ildən prezidentin yanında) təşkil olunmuşdu. Bu komissiya Ali
Attestasiya Komissiyalan Beynəlxalq Assosiasiyasına üzv qəbul
edilmişdi. Respublikanın elm və təhsil müəssisələrində 140-dək ixtisas
üzrə 70-ə qədər doktorluq və namizədlik dissertasiyaların müdafiəsi üçün
ixtisaslaşdınimış şura fəaliyyət göstərirdi. Bakı ilə yanaşı, Naxçıvan,
Gəncə, Şəki, Lənkəran və başqa şəhərlərdə də belə şuralar yaradılmışdı.
2000-ci ildə elmi-tədqiqat müəssisələrində və ali məktəblərdə 26370 işçi
çalışırdı. Onlardan 1512-si elmlər doktoru, 8380-i elmlər namizədi,
1700-ə qədər professor, 3660-a qədəri dosent idi.
Azərbaycan elminin maddi bazasının keyfiyyətcə yaxşılaşması
yolunda mühüm addımlar atılırdı. Azərbaycan EA-da «Bakı qovşağı» adlı
beynəlxalq kompyuter mərkəzi yaradılmışdı. Yeni elektron-rabitə
vasitələri azərbaycanlı alimlərə Transavropa tədqiqat və yaradıcılıq
şəbəkəsi ilə əlaqə yaratmağa imkan vermişdi. Dünya azərbaycanlı
alimlərinin əsərləri, elmi xidmətləri ilə daha yaxından
533
tanış olmağa başlamışdı. Onlarla alim dünyanın qabaqcıl elm
mərkəzlərinin, elmlər akademiyalarının həqiqi üzvü seçilmiş, elmi
əlaqələr xeyli genişlənmişdi. 1993-cü ildə Azərbaycan alimləri Müstəqil
Dövlətlərin Elmlər Akademiyalan Beynəlxalq Assosiasiyasının
yaradılması təşəbbüsçülərindən oldular. Bu təşkilat keçmiş sovet
respublikalan alimlərinin əlaqələrinin nisbətən bərpa olunmasına, yeni
əlaqələr yaranmasına münasib imkanlar açırdı. Xarici elmi mərkəzlərlə
ikitərəfli müqavilələr imzalanırdı. BMT İnkişaf Proqramı ilə əməkdaşlığa
mühüm yer verilirdi. 1996-cı ildə Bakıda görkəmli Amerika messenatı
Corc Sorosun yaratdığı «Soros» fondunun informasiya mərkəzi
fəaliyyətə başladı. Fond Azərbaycan EA-nm dünyada nəhəng
informasiya-texniki sistem olan «İNTERNET» ilə əlaqə yaratmasına
kömək göstərdi. «Soros» fondu EA üçün 93 qrand ayırmışdı.
Respublikada bir sıra ictimai-elmi birliklər - 1990-cı ildə Milli
Elmlər Akademiyası, 1992-ci ildə Beynəbcalq Memarlıq Akademiyası,
1993-cü ildə Azərbaycan Tarix Qurumu, Müstəqil Tarix Təd- qiqatçılan
Assosiasiyası, 1994-cü ildə Milli Tarix Akademiyası, müxtəlif elmi
fondlar, mərkəzlər, klublar təşkil olunmuşdu. Onlar müstəqil
elmi-tədqiqat işləri aparır, elmi konfranslar, sessiyalar təşkil edir, xarici
ölkə alimləri ilə əlaqələr yaradır, elmin təbliğində fəal rol oynayırdılar.
Görkəmli alim, akademik Cəlal Əliyevin rəhbərliyi altında yaradılmış
«Biologiya elminin yeni sahələrinin inkişaf fondu» (1994-cü il) daha fəal
və səmərəli fəaliyyət göstərirdi.
Bu illərdə Azərbaycan elmi bir sıra mühüm nailiyyətlər əldə etmişdi.
Akademik Cəlal Əliyevin yaratdığı elmi məktəb yüksək məhsuldar
yumşaq taxıl növləri yetişdirmək sahəsində mühüm nəticələr əldə
etmişdi. Bunlar dünya alimləri tərəfindən yüksək qiymətləndirilirdi.
C.Əliyev bir çox xarici ölkə akademiyalarının, elmi cəmiyyətlərinin, o
cümlədən Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdi.
«Soros» fondunun ayırdığı qrandlardan səkkizi onun rəhbərlik etdiyi
laboratoriyalarda hazırlanmış işlərə verilmişdi. Azərbaycan Milli
Astrokosmik Agentliyi Xüsusi Kosmik Cihazqayırma Konstruktor
Bürosunda Rusiya Kosmik Tədqiqatlar İnstitutunun sifarişi ilə yerin
maqnit sahəsinə günəş küləklərinin təsirini öyrənən nadir aerokosmik
cihaz yaradılmışdı.
Azərbaycanın neft sənayesinə xarici investisiyalar cəlb olunması
neft, neft-kimya elmlərinin inkişafına geniş imkanlar açmışdı. 1997-ci
534
ildə akademik Azad Mirzəcanzadənin rəhbərliyi ilə Azərbaycan Dövlət
Neft Akademiyasında «Qabaqcıl neft və qaz hasilatı texnologiyası
mərkəzi» təşkil olunmuşdu. Azərbaycan geofizikləri Aşağı Kür
çökəkliyində beş strukturdan ibarət tektonik zona kəşf etdilər və onu
Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması şərəfinə «Qayıdış
zolağı» adlandırdılar.
Tarix, ədəbiyyat, fəlsəfə, iqtisad elmləri rəsmi kommunist
ideologiyası təzyiqindən xilas olmuşdu. Bazar iqtisadiyyatı problemləri
iqtisadçıların geniş tədqiqat obyektinə çevrilmişdi. l997-ci ildə
Azərbaycan İqtisadiyyat Nazirliyi Elmi Şurası yanında «Heydər Əliyev
İqtisadiyyat məktəbi» təşkil olunmuşdu. İdarəetmə, sosiologiya,
politologiya sahəsində tədqiqatlar genişlənirdi. Azərbaycan tarixinin ən
mürəkkəb və mübahisəli problemlərini müxtəlif mövqelərdən şərh edən
onlarla əsər yazılmışdı. Akademiklər Ziya Bün- yadovun. Cəmil
Quliyevin, Tofiq Köçərlinin, İqrar Əliyevin, Teymur Bünyatovun və b.
əsərləri tarix sahəsində elmi fikri daha da zənginləşdirdi. Şərqdə ilk
respublika olmuş Azərbaycan Demokratik Respublikasının tarixi
(1918-1920) geniş şəkildə öyrənilməyə başlandı. Azərbaycanın siyasət
adamları, generallan, mühacir təşkilatları, siyasi partiyalan haqqında
tədqiqat işləri meydana gəldi. Tarixin XX əsr. xüsusən sovet dövrünü
obyektiv, bütün əsas ziddiyyətləri, naili>7ətləri və qüsurlan ilə əks
etdirən ilk dərslik - Eldar İsmayılov, Cəmil Həsənov və Tahir Qaffarovun
«Azərbaycan tarixi» dərsliyi (1918-1993-cü illəri əhatə edir) hazırlanıb
1995-ci ildə çap olundu. Bütövlükdə nisbətən qısa bir müddətdə
1994-1998-ci illərdə prof. Tofiq Vəliyevin rəhbərliyi ilə ümumtəhsil
məktəblərinin V-XI sinifləri üçün ölkəmizdə ilk dəfə «Azərbaycan tarixi»
dərslikləri (7 dərslik) hazırlanıb nəşr edilmişdir. Azərbaycan
Respublikası dövlət müstəqilliyinin bərpa olunması, mürəkkəb daxili
siyasi proseslər, Qarabağda müharibə, Heydər Əliyev cənablarının
rəhbərliyi altında ölkədə siyasi sabitliyin yaranması, cəbhələrdə atəşkəs
əldə edilməsi, uğurlu, müdrik xarici siyasət, sülh danışıq- lan, bazar
iqtisadiyyatı, sahibkarlığın inkişaf etdirilməsi tarixinin tədqiqi,
mənbələrin toplanması və araşdırılması diqqət mərkəzində idi. Bu illərdə,
«Qəsd», «Qayıdış 1990-1993», «Azərbaycan milli dövlət quruculuğu
yolunda», «Azərbaycan qaçqınları» adlı çox qi> mətli sənəd və material
topluları, milli ordu quruculuğu və başqa mühüm problemlər haqqında
tədqiqat əsərləri meydana gəlmişdi.
535
Dostları ilə paylaş: |