Ədəbiyyatın və filologiyanın inkişafına marağı daha da artırmaq
üçün 1996-cı ildə Prezident Heydər Əliyevin təşəbbüsü ilə Füzuli adına
beynəlxalq mükafat təsis edilmişdi.
Həmin il Prezident fərmanı ilə «Azərbaycan» ədəbi-bədii jurnalı,
«Qobustan» dərgisi və «Ədəbiyyat» qəzeti dövlət büdcəsindən
maliyyələşdirilməyə başlandı. Sonralar «Ulduz» jurnalına da maddi
kömək göstərildi. 1997-ci ilin noyabrında Prezident Heydər Əliyev
qocaman ədəbiyyat və incəsənət xadimləri üçün ayda bir milyon manat
(250 dollar) məbləğində ömürlük 30 fərdi təqaüd təyin edilməsi haqqında
fərman verdi.
Respublikada bir sıra yeni teatrlar - «Bakı Bələdiyyə teatrı»,
«Tənqid-təbliğ teatrı», «Milli Dastan teatrı», «Yuq» teatrı və b. teatrlar
meydana gəlmişdi. 1997-ci ildə 20-dən çox dövlət teatrı fəaliyyət
göstərdi. 1996-cı ildə Azərbaycan Milli Dram Teatnnın binası bərpa
edildikdən sonra öz qapılarım tamaşaçılara açdı. 1998-ci ildə bu teatra
Hüseyn Cavidin adı verildi. 1998-ci ildə Musiqili Komediya Teatrının
tam yenidən qurulmuş binası istifadəyə verildi. Teatrlar xalqın qəhrəman
tarixindən və müasir həyatından bəhs edən onlarla əsərə səhnə həyatı
verdi. Mərahim Fərzəlibəyev, Hüseynağa Atakişiyev, Cahangir
Novruzov kimi istedadlı teatr rejissorları Azərbaycan rejissorluq
məktəbinin ən yaxşı ənənələrini yaşadır, inkişaf etdirirdilər. Azərbaycan
rejissorlan xarici ölkələrdə də bir sıra tamaşalara quruluş vermişdilər.
1995-ci ildə H.Atakişiyev Türkiyədə Ü.Hacıbəyovun «Arşın mal alan»
operettasını səhnəyə hazırlamış və bu tamaşa ilə İstanbul Bələdiyyə
teatrının əsası qoyulmuşdu.
Azərbaycan musiqi sənəti də yeni əsərlərlə zənginləşməkdə idi.
1996-cı ildə Süleyman Ələsgərovun «Solğun çiçəklən> operası tamaşaya
qoyulmuşdu. Görkəmli bəstəkar Cövdət Hacıyevin dövrün dramatizmini,
xalqın ümid və inamını musiqi dili ilə əks etdirən «Onu zaman seçib» adlı
VIII simfoniyası, bəstəkar Sərdar Fərəco- vun «Böyük vətəndaş
haqqında» odası xalqın səadəti, müstəqilliyin əbədi olması uğrunda
yorulmaz mübariz Heydər Əliyevə həsr olunmuşdu.
Azərbaycan musiqisində hərbi mövzu xeyli inkişaf etmişdir.
Süleyman Ələsgərovun «Əsgər marşı», Ş.Musaoğlunun hərbi mah- nılan
xalqda, döyüşçülərdə qələbəyə inam oyadırdı. Cavanşir Quliyevin
«Əsgər marşı» dillər əzbəri olmuşdur.
539
Azərbaycan musiqi ifaçılıq sənəti də inkişaf etməkdə və geniş təbliğ
olunmaqda idi. Muğam xalq mahnıları və təsnif ifaçılarının ənənəvi
müsabiqələri keçirilir, istedadlı gənc ifaçıların təqdim konsertləri təşkil
olunurdu. Azər Zeynalovun vokal sənəti Rəşid Behbudov məktəbi
ənənələrini davam etdirirdi. Musiqi kollektivləri, ayrı-ayrı ifaçılar tez-tez
xarici ölkələrə qastrola, beynəlxalq festival və müsabiqələrə dəvət
edilirdilər. Müğənni Eldar Əliyev 1995-ci ildə İtaliyanın məşhur La-Skala
teatnnda çıxış etməyə dəvət olunmuşdu. Xanəndələr Alim Qasımovun,
Səkinə İsmayılovanın, caz vokal ustası və pianoçu Əzizə Mustafazadənin,
müğənnilərin ABŞ, Kanada, Fransa, İngiltərə, Almaniya, İsveç, İtaliya,
Rusiya, Türkiyə, İraq, İsrail, Çin və başqa ölkələrdə çıxışlan böyük
maraqla qarşılanırdı. Lütfiyar İmanov, Xuraman Qasımova kimi görkəmli
vokal ustalan, habelə başqa musiqiçilər Türkiyə musiqi təhsili
müəssisələrində dərs deməyə dəvət olunmuşdular.
1997-ci ilin noyabr ayında Bakıda vokalçıların Bülbül adına birinci
beynəlxalq müsabiqəsi keçirildi.
Bu illərdə Azərbaycan kinosu, bütün maddi çətinliklərə baxmayaraq,
inkişaf dövrü keçirirdi. Müstəqil kinostudiyalar təşkil olunmuşdu.
«Azərbaycanfilm» kinostudiyası 1994-cü ildən yenidən dövlət
büdcəsindən maliyyələşdirilməyə başlamışdı. Həmin il Dövlət Film
Fondu təşkil olunmuşdu. Bu fonda Azərbaycanda istehsal olunmuş
filmlər, habelə nüsxələri yalnız xarici ölkələrdə qalmış filmlərin surətləri
toplanmağa başlamışdı. Azərbaycan kinosunun Vaqif Mustafazadə, Ayaz
Salayev, Hüseyn Mehdiyev kimi görkəmli rejissorları yetişmişdi. Bu
illərdə Azərbaycan kinomatoqraflan «Əhlikef», «Fransız», «Hər şey yaxşı
olacaq» (V. Mustafazadə), «Yarasa» (A.Salayev), «Həm ziyarət, həm
ticarət» (R.Ocaqov), «Uçurulmuş körpü», «Özgə vaxtı» (H.Mehdiyev)
kimi bir sıra yüksək bədii dəyərli filmlər yaratmışdılar. Müharibə, erməni
quldurlarının vəhşiliyi, qaçqınçılıq həyatının dəhşətləri Azərbaycan
kinosuna yeni mövzular gətirmişdi. «Ağatlı oğlan», (Ə.Əbluc), «Fəryad»
(C.Mirzəyev) kimi təsirli, realist filmlər yaradılmışdı.
Azərbaycan sənədli kinosu da xeyli inkişaf etmişdir. Müstəqillik
uğrunda mübarizə, Qarabağda müharibə. Prezident Heydər Əliyevin
xalqm səadəti uğrunda fədakarlıqla dolu mənalı həyatı mövzulannda
onlarla maraqlı, ibrətamiz kino, videolent çəkilmişdi. Müdafiə
Nazirliyinin sənədli kinotelestudiyası bu işdə xüsusən fərqlənirdi.
540
Azərbaycan filmi dünya ekranlarında daha geniş təmsil olun-5 mağa
başlanmışdı. 1995-ci ildə 10 Azərbaycan bədii filmi Beynəlxalq Nant «Üç
qitə» kinofestivalında nümayiş etdirildi. «Yarasa» bədii filmi 1996-cı ildə
Fransada «Birinci plan» beynəlxalq kinofes-^ tivalmda «Avropanın ən
yaxşı tammetrajlı bədii filmi» adma, Misir beynəlxalq kinofestivalında
yüksək mükafata layiq görüldü. 1997-ci ildə Beynəlxalq Madrid
kinofestivalında «Özgə vaxtı» filmi yüksək qiymətləndirildi, onun
yaradıcıları H.Mehdiyev ən yaxşı rejissor, A.Mirqasımova isə ən yaxşı
qadın rolu ifaçısı adına layiq görüldü. 90-cı illərin əvvəllərində
respublikanın şəhər və qəsəbələrində meydanlar, parklar monumental
kommunist təbliğatına xidmət edən heykəl və abidələrdən təmizləndi.
Bakıda K.Marksa, Leninə, Şaumyana, Kirova, Dzerjinskiyə, Fioletova,
«26-lar»a, «XI Qızıl Ordu»ya qoyulmuş heykəl və abidələr söküldü.
Dağüstü parkda «Şəhidlər xiyabanı» salındı. 1998-ci ildə burada şəhidlərə
möhtəşəm abidə ucaldıldı və əbədi məşəl yandırıldı. Şəhər və kəndlərdə
xalqın azadlığı uğrunda döyüşlərdə canından keçmiş igidlərin xatirəsini
əbədiləşdirən abidə və komplekslər yaradıldı.
Azərbaycan fırça ustalan yeni gözəl əsərlər yaradırdılar. Tahir
Salahovun «Heydər Əliyevin portreti» əsəri böyük maraqla qarşılanmışdı.
Respublika rəssamlannın sənət inciləri dünyanın sərgi salonlarında
müvəffəqiyyətlə nümayiş etdirilirdi. 1995-ci ildə ABŞ-da, 1996-cı ildə
Almaniyada Səttar Bəhlulzadənin əsərlərinin sərgisi təşkil olunmuşdu.
1996-cı
ildə Parisdə «Dünya rəssamları» sərgisində Toğrul
Nərimanbəyovun əsərləri, 1997-ci ildə Vaşinqtonda, Çikako və
Nyu-Yorkda rəssam Kamil Nəcəfzadənin əsərləri nümayiş etdirilmişdir.
Xalça rəssamlan Kamil Əliyevin və Eldar Mikayılovun əsərləri
yüksək bədii sənətkarlıq nümunələri idi. Kamil Əliyevin, Türk dünyasının
böyük şəxsiyyətləri Atatürk, Heydər Əliyevin, Süleyman Dəmirəlin,
Səudiyyə Ərəbistanının kralı, iki müqəddəs şəhərin xadimi Fəhd ibn
Əbdül Əziz əl Səudun portretləri toxunmuş xalçalarda Azərbaycan
miniatür sənətinin ən yaxşı ənənələri yaradıcılıqla inkişaf etdirilmişdi.
1996-cı ildə Brüsseldə Eldar Mikayılovun bənzərsiz xalçaları böyük
müvəffəqiyyətlə nümayiş etdirilmişdi.
Bu illərdə respublikanın tişə və fırça ustaları müharibə, qəhrəmanlıq,
vətənpərvərlik mövzularına tez-tez müraciət edirdilər. Xalqı biri yə,
düşmənə qarşı döyüşə, qələbəyə çağıran əsərlər meydana
541
Dostları ilə paylaş: |