ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
96
RƏSSAM VƏ TEATR SƏNƏTİ
RƏSSAM VƏ GEYİM. Rəssamın geyim üzərində işi eskizdən başlayır,
personajın obrazlı səciyyəsi artıq eskizdə dəqiqləşdirilməlidir. Geyimin
eskizləri tamaşanın səhnəqrafiyası ilə eyni üslubda cızılır. Hər persona-
jın geyimi tamaşanın bütün aktyorları üçün geyimlərin üslub vahidliyi
nəzərə alınaraq yaradılır.
Rəssamın düşündüyü geyim yalnız aktyorun oyunu zamanı məna da-
şıyır. Aktyorun həmin geyimlərdə necə davranması, hərəkət etməsi, ge-
yimin zahiri və daxili baxımdan yaddaqalan obrazın yaradılmasında ona
necə kömək etməsi – rəssamın işinin uğurlu alındığına sübutdur.
R Ə S S A M – A K T Y O R –
QRİM. Əgər səhnədə dekorasi-
yalar qurulub, işıqlar gur yanır,
musiqi səslənir, amma aktyor
yoxdursa, deməli tamaşa da yox-
dur. Aktyor – teatr sənətinin
təməlidir, onun sayəsində pyesin
mətni və dekorasiyalar canlanır,
rejissor və rəssamın düşüncələri
öz təcəssümünü tapır. Aktyorun
öz qəhrəmanına çevrilməsi – teatr sənətinin məğzidir.
Azərbaycanda peşəkar teatr sənətinin yarandığı dövrlərdə səhnəqrafiya ilk
addımlarını atırdı. Rəssamlar səhnə sənətinin ictimai məzmununun əhəmiyyə-
tini yaxşı başa düşür və tamaşaların tərtibatında milli xüsusiyyətləri əks etdir-
məyə çalışırdılar.
Səhnədə baş verənlərin doğurduğu bədii təəssürat bizdə, əsasən,
aktyorun sayəsində yaranır. Aktyorluq sənəti rəsmdən daha çox hey-
kələ yaxındır. Aktyorlar – öz forma və məğzini davamlı dəyişən “canlı
heykəllər”dir. Heykəlin obrazlı ifadəsi və səhnə hərəkəti eynidir, çünki
insan vücudunun plastikasının eyni dilində danışırlar. Aktyor, rəssam
LAYİHƏ
ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
97
RƏSSAM VƏ TEATR SƏNƏTİ
kimi, öz plastikasının canlı və dinamik heykəl forması ilə tamaşanın gö-
rünən simasını yaradır.
Aktyor teatrda öz qəhrəmanının maskası arxasında gizlənir. O, daha
çox personajı təmsil edir, onun xarakter və davranışını təsvir edir, nəin-
ki onun həyatı ilə yaşayır. Oyun maskasının yaranmasında zahiri ifadə
vasitələri – qrim və plastika, diksiya və geyimin xüsusiyyətləri böyük
rol oynayır. Qəhrəmanın zahiri siması – onun daxili aləminin və xarak-
terinin əksidir.
Qrimçi rəssam qrimi düşünüb-daşınır, parik və taxma saç axtarır,
saç düzümü yaradır, bığ-saqqal yapışdırır. Rəssam qrim etməklə aktyora
qəhrəman obrazı verir.
Jest – heykəltəraşlıqda və səhnədə ifadənin dili
Zakir Əhmədov.
“Nəvələr”
Kompüterin köməyi ilə qrim nümunələri və digər zahirən başqalaş-
ma vasitələri yaratmaq çox faydalı və maraqlıdır. Rəssam fotonu əsas
götürərək, aktyor ilə birlikdə personajın simasını xeyli variantda model-
ləşdirə bilər.
Elə bir insan var ki, onsuz teatr sənəti mövcud deyil, o – tamaşaçıdır.
Bəs tamaşaçı tamaşa barədə məlumatı haradan alır? Bunun üçün tamaşanın
reklamı, onun yaradıcıları ilə müsahibələr hazırlanır və s. Yenə də burada
rəssamın afi şa, proqram, buklet və s. yaradan dizayner kimi iştirakı tələb
olunur.
LAYİHƏ
ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
98
RƏSSAM VƏ TEATR SƏNƏTİ
Teatr plakatı və afişası sənəti qrafik dizayn sahəsinə aiddir. Lakin ənənə-
vi olaraq, bu həm də tamaşanın istər səhnədə, istərsə də plakatda – bütün
obraz həlli üçün məsul olan quruluşçu rəssamın fəaliyyət sferasına daxildir.
Tamaşanın plakatda obrazı, onun qabarıq ifadəsi tamaşaçını aktyorların
adlarından heç də az cəlb etmir.
Teatr cəmiyyətdə və sizin həyatınızda hansı rolu oynayır?
Düşünün və izah edin
Biz hər şəhərdə tamaşa salonu, işıqlı foyesi, pərdələrinin arxasındakı sirli
məkanda rəngbərəng işıq şüalarının qaranlıqdan çıxan aktyorların üzünü işıq-
landırdığı səhnəsi olan gözəl teatr binasının olmasına alışmışıq.
Lakin heç də həmişə belə olmayıb. Hələ iki yüz il əvvəl tamaşa salonu elek-
trik işığı ilə deyil, şamla işıqlandırılırdı. Ondan daha əvvəllər isə tamaşalar
gündüz, açıq səma altında oynanılırdı. Amma o zaman tamaşalar da başqa idi,
teatr binasının memarlığından danışmağa da dəyməzdi, müvafiq olaraq teatrda
rəssamın rolunun əhəmiyyəti də fərqli idi.
Bilirsinizmi?
Hər təsvir – heç də sənət əsəri deyil. Onu əsərə çevirən fırça, ya da
fotoaparat yox, rəssamın istedadıdır. Bu istedad hər hansı bir dərəcədə
sizin hər birinizdə var.
İncəsənət – təkcə təsvir etmək qabiliyyəti deyil, həm də gözəlliyi gör-
mək, onu hiss etmək və ondan zövq almaq qabiliyyətidir.
Siz teatr sənəti ilə tanış olarkən istənilən fəaliyyət sferasında yaradı-
cı insan olmağınıza kömək edəcək təcrübə və bilik əldə edirsiniz.
Rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər, rəngli qələmlər, quaş
Sərbəst iş üçün tapşırıqlar
LAYİHƏ
ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
99
RƏSSAM VƏ TEATR SƏNƏTİ
Müəyyən edin
1.
“Teatr sənəti və rəssam” mövzusunda tədris-araşdırma işini (fərdi
və yaxud kollektiv) yerinə yetirin. Rəssam və aktyor yaradıcılığının
qarşılıqlı əlaqəsini, həmçinin cəmiyyətdə teatrın rolunun dəyişməsi-
ni açıqlayın.
Yaradıcı fəaliyyət
2.
Bütün siniflə birlikdə məktəbdə yaddaqalan tamaşa göstərməyə və öz
dostlarınızı dəvət etməyə çalışın. Bunun üçün mövzunu seçmək və
onun əsasında “Teatr və rəssam” layihəsini araşdırmaq lazımdır.
Sinifdə “Quruluşçu rəssam”, “Qrimçi rəssam”, “Geyim üzrə rəssam”
və “Aktyorlar” adlı yaradıcı qruplar yaradın. Dərslikdəki mətnin
əsasında hər bir rəssamın fəaliyyəti ilə tanış olacaq və müvafq ola-
raq da təklif edilən tapşırıqları yerinə yetirəcəksiniz. Bədii əsərdən
xoşunuza gələn bir fraqmenti seçin və onun əsasında öz şəxsi ssena-
rinizi tərtib edin.
“Quruluşçu rəssam”: üç-dörd əşyadan: stol, stul, kətil və i. ibarət tamaşa yeri
yaradın. Eyni əşyalardan müxtəlif məkanlar – hazırlanan tamaşanın eski-
zi və maketi yaradıla bilər. Dekorasiya elementləri: dəzgahlar, arakəsmələr,
nərdivanlar, yastıqlar və s. məktəb tamaşasında istifadə edilə bilər. Səhnənin
tərtibatı – tamaşanın fonu, afişa, proqram, buklet və s. hazırlanması.
“Qrimçi rəssam”: tamaşada iştirak edən hər obraz üçün qrim düşünmək.
Aktyorların üzünü rəngin, yapışqanlı plastik və tükün, parikin, saç düzü-
münün və s. köməyi ilə dəyişmək. Qrimin xarakteri yazılı mətnin bədii xüsu-
siyyətlərindən, aktyorun yozumundan, rejissor konsepsiyasından və tama-
şanın tərtibat üslubundan asılıdır. Hazırlanan tamaşanın personajlarının
qrim və saç düzümü variantlarını (kompüterdə də olar) yaratmaq.
“Geyim üzrə rəssam”: səhnə geyiminin xüsusiyyətləri nəzərə alınmaqla
personajların geyim eskizlərini yaratmaq. Tamaşanın geyim və səhnəqrafi-
yasının vahid üslubuna nail olmaq işin uğur meyarı sayılır. Geyimləri ka-
ğızdan, parçadan, yaxud artıq əl altında olan kostyum materiallarından
hazırlamaq olar.
“Aktyorlar”: ssenari və rollar ilə tanış olun, obraza girin və öz “rolunuzu”
yerinə yetirin.
3.
“Teatr və rəssam” layihəsi çərçivəsində rejissor, aktyorlar və rəs-
samların işinin nəticəsinin teatrlaşdırılmış sərgi formasında təqdi-
matını keçirin.
3
Teatrda rəssamın əsas vəzifələri nədən ibarətdir?
3
Səhnəqrafiyanın rəngkarlıqdan əsas fərqi nədir?
Özünüzü yoxlayın
LAYİHƏ
Dostları ilə paylaş: |