ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
9
POL SEZANN: KOMPOZİSİYA, FORMA VƏ RƏNG
ROMANTİK DÖVR (1860–1872)
Sezannın erkən rəngkarlıq yaradıcılı-
ğında tünd, dolğun qara rənglər üstünlük
təşkil edirdi. Rəssam öz duyğularını, yaşan-
tılarını, çoxqatlı və bədbin fi kirlərini ifadə
etməyə cəhd göstərirdi. O, hələ nə rəngə, nə
işığa, nə for maya, nə də yaxma lar la işləmə
texnikasının icra kamilliyinə malik, buna
görə də istədiklərini sona qədər ifadə edə
bilmirdi. Onun həmin zamanlarda yaratdığı
əsərlərdəki deformasiyaya uğramış fi qurlar
qeyri- sabit tarazlığı ilə fərqlənirdi.
“Piano çalan qız”. 1868. Rəssamın bacısı
Mari və anasının portreti. Ermitaj, Sankt-
Peterburq
Pol Sezann yaradıcılığını bir neçə mərhələyə ayırmaq olar:
İMPRESSİONİST DÖVR
(1872–1879)
Bu dövrdə Sezann impres sio nist lə rin
yaradıcılığı ilə ta nış olur, onun əsərlərin-
də rəngin təravəti, ke çid lərin yumşaqlığı
hiss olunur. Bu dövr üçün işıq-hava mü-
hitinin zərif keçidi və daha işıq lı rəng
qamması xarakterikdir. Onun yaradıcı-
lığında mənzərə və çiçəkli natürmortlar
əsas janra çevrilir. Əsərlər də əşyaların
yerləşməsi ba xımından hələ qəliz de yil.
Onlarda rəssamın öz bənzərsiz rəng ça-
larlarını – tünd gö yümtül mavi və sa-
rım tıl narıncının uyğunluğunu yaratdı-
ğını görmək mümkündür.
KONSTRUKTİV DÖVR
(1879–1888)
Sezann yaradıcılığının kamilliyi ilə
seçilən bu dövrü – onun sənətkarlığı-
nın zirvəsi olub, iri formaların və ciddi
kompozisiyaların harmonik uyğunluğu
ilə fərqlənir. Bu onun rəngkarlığın dahi
qurucularından biri olmasını şərtlən-
dirmişdir. Sezann öz əsərlərində həndə-
si formalardan daha çox istifadə edir və
harmoniyanın məğzini vurğulayırdı.
“Alma, şaftalı, armud və üzüm”.
1879–1880. Ermitaj, Sankt-Peterburq
“Vazada gül dəs tə si”. 1873–1875. Ermi-
taj, Sankt- Peterburq
LAYİHƏ
ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
10
POL SEZANN: KOMPOZİSİYA, FORMA VƏ RƏNG
“Parça və bardaq ilə natürmort”.
Təxminən 1899-cu il.
Ermitaj, Sankt-Peterburq.
SİNTETİK DÖVR (1888–1899)
Mənzərə və natürmort bu dövrdə
onu uydur ma süjetlərdən daha çox cəlb
edirdi. Sezannın natürmortları qəlizli-
yi, müx təlif ölçülü ləvazimat və meyvə-
lər lə yük lənməsi, onlarda ağırqatlı, sal-
la nan rəngbə rəng parçaların yer alması
ilə diqqət çəkir.
“Mavi mənzərə”. 1900.
Ermitaj, Sankt-Peterburq
ÖZ-ÖZÜNƏ ƏMƏLƏ GƏLƏN
(QƏFİL) RƏNGKARLIQ DÖVRÜ
(1900-cü illər)
Bu dövr əsərlərin kompozisiya-
sının əvvəlcədən düşünülməsi bila-
vasitə iş prosesində öz- özünə peyda
olması ilə seçilir. Rəssamın cəsarətli
sərt palitrasında lirik çalarlar görün-
məyə başlayır.
Rəssamın öz natürmortlarında istifadə etdiyi əşyalar nə qeyri-adi, nə də
təmtəraqlı idi. Zinət, bəzək əşyaları, zərif ipək onu cəlb etmirdi. O, daha çox mey-
və, tərəvəz, qab-qacaq çəkirdi. Pol Sezann natürmort janrında təxminən 200 əsər
yaratmışdır.
Fransa təsviri sənətinin XIX əsrin əsas janrı olan mənzərədən tədricən imtina
edərək, natürmorta üz tutmasında heç şübhəsiz Sezannın böyük təsiri olmuşdur.
Bilirsinizmi?
Sezan dünyanı yeniləşdirməyi arzulayırdı. Onu ətraf mühitin dinami-
kası, atmosferdə rəngin dəyişkənliyi, məkan planları maraqlandırmırdı.
Onun əsərlərini ayrı-ayrı perspektivli məkanların üst-üstə düşərək qo-
vuşması səciyyələndirir. Dəqiq düz xətlərə az rast gəlinir: onlar gah qat-
lanır, gah əyilirlər. Sezannın boyaları üç rəngin – yaşıl, mavi, noxudu və
təbii ki, bəyaz rənglərin uyarlığıdır.
LAYİHƏ
ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
11
POL SEZANN: KOMPOZİSİYA, FORMA VƏ RƏNG
Pol Sezann
(fr. Paul Cézanne)
Həyat xronologiyası
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
Müdrik f
ikirləri
19.01.1839–22.10.1906
Eks-an-Provans, Cənubi Fransa
Eks-an-Provansda bələdiyyə rəsm məktəbi (1858-1860),
Parisdə Süis Akademiyası
postimpressionizm; rəngkarlıq
mənzərə, natürmort, portret
“Viktor Şokenin portreti” (1875), “Küçə boyunca ev-
lər” (1881), “Estak körfəzi” (1886), “Qırmızı jiletli
oğlan” (təxminən 1890), “Kart oynayanlar” (1890-
1892), “İri şam ağacı” (1892-1896), “Sent-Viktuar
dağı” (1902-1904) və s.
Nə xətlər, nə də formalar mövcuddur, yalnız ziddiyyətlər
var. Bu ziddiyyətlər qara və ağ deyil, rəng duyumu ilə əmələ
gəlir. Forma çalarların dəqiq nisbəti ilə yaranır. Çalarlar
harmonik və ardıcıl düzüldükdə əsər öz-özünə yaranır.
GÖRKƏMLİ RƏSSAMLAR
Pol Sezannın yaradıcılığı haqqında sayt
http://paulcezanne.tumblr.com/
Sezann özünün oxşar düzbucaqlı yaxma sis-
temini icad etmişdi: yaxma lövhənin diaqonalı
üzrə: adətən yuxarı sağ küncdən aşağı sol küncə
enir və bütün kətanı bürüyürdü. Zaman keçdikcə
o, yaxmanın istiqamətini təkcə müxtəlif əsərlərdə
deyil, həm də eyni əsərin müxtəlif hissələrində də-
yişirdi, amma hər sahənin içində yaxmanın eyni
formanı saxlamasına və eyni paralel istiqamətdə
yayılmasına ciddi diqqət yetirirdi. Yaxmanın bu
cür yayılması Sezann rəngkarlığına parça, hətta
xalça səthi ilə oxşarlıq, “Medan qəsri” kimi əsər-
lərə isə ritmik hərəkət hissi bəxş edir.
Bu, maraqlıdır
“Medan qəsri”. 1881.
Kunsthauz muzeyi. Sürix, İsveçrə
Hansı postimpressionist üslubunda fəaliyyət göstərən rəssam özü nə məxsus
yaxma sistemi yaratmışdı? O öz əsərlərində bunu necə əks etdirirdi?
Düşünün və izah edin
LAYİHƏ
Dostları ilə paylaş: |