ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
VASİLİ KANDİNSKİ:
ABSTRAKT SƏNƏTDƏ AXTARIŞLAR
24
Abstrakt əsərlərin adları yuxarıda haqqında danışılan üç qrupa uyğun
gəlirmi? Öz cavabınızı əsaslandırın.
Düşünün və izah edin
“Kazaklar” əsəri detallarda
1910. Dövlət Tretyakov Qalereyası, Moskva
Vasili Kandinskinin “Kazaklar” tablosu rəssamın ən yaxşı əsərlərin-
dən sayılır. Təpələrin görüntüsü, üfüq xətti, at çapan kazakların siluet-
ləri tablonun ümumi dinamikası, ayrı-ayrı forma, xətt və rəng parçala-
rın ilə vəhdət təşkil edir. Kompozisiya abstrakt tutumlu və “Kandinski
realizmi”nə müvafiqdir.
Kandinski rəngin məxsusi simvolizmini – rəmz daşıyıcılığını həmişə
incəliklə duyurdu. Onun bütün əsərlərində rənglər xüsusi rəmzi məna
daşıyır: ağ rəng dirçəliş, yeni başlanğıc; qara – ölüm, həyatın sönməsi;
qırmızı – cəsurluq və özünü qurban vermək mənasını bildirir. Onun əsər-
lərində
sadəcə rənglər deyil, xətlər də xüsusi rəmzlərə çevrilir.
1.
2.
4.
5.
6.
3.
1. Atəş açan silahlar və ya maneələr. Sol tərəfdəki paralel xətlər qırmızı
tüstüyə bürünmüş atəş saçan silahlar da, maneələr də ola bilər.
LAYİHƏ
ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
25
VASİLİ KANDİNSKİ: ABSTRAKT SƏNƏTDƏ AXTARIŞLAR
Kandinski “Amazonka” və “Amazonka dağ-
larda” adlı şüşə üzərində dekora tiv kompozisiya-
lar da yaradıb. Bu kompozisiyalardan biri Azər-
baycan Milli İncəsənət Muzeyində saxlanılır.
Bilirsinizmi?
“Amazonka”. 1911. Şüşə üzərində təsvir, 16x13 sm.
Milli İncəsənət Muzeyi. Bakı, Azərbaycan
Kandinski və digər abstrakt sənətin rəs-
samları öz zəmanələrinin – dəyişikliklər, in-
qi lablar, elmdə kəşfl ər, eksperimentlər döv-
rünün övladları idilər. Dünyada baş verənlər
incəsənətə təsirsiz ötüşə bilməzdi.
Kandinski aydın xətlərin, alabəzək rəng
par çalarının dili ilə insan şüuruna toxun-
madan birbaşa onun qəlbinə təsir göstərmək istəyirdi. O, təsviri sənəti
daha çox abstrakt olan musiqiyə yaxınlaşdırmaq istəyirdi. Bu incəsənət
insanın fi kirlərini parçalamır, əksinə, onu qeyri-standart fəlsəfi düşüncə
obrazına alışdırırdı.
Abstrakt sənət hər kəs tərəfi ndən qavranıla bilməz. Bunun üçün
müəyyən hazırlıq olmalıdır. Lakin bunu incəsənətin inkişafının artıq
başa çatmış axtarışlar, təcrübələr dövrü kimi qəbul etmək və qiymətlən-
dirmək lazımdır. Bədii cərəyan olaraq abstraksionizm müasir memarlıq
üslubunun, dizaynın, sənaye, tətbiqi və dekorativ sənətin təşəkkülünə
və inkişafına böyük təsir göstərmişdir.
Tarix milyonlarla insan yaradır, amma tarixin axarını dəyişməyə
tək-tək insanların kifayət qədər gücü və istedadı çatır. Vasili Kandinski
incəsənətin inkişaf tarixində aparıcı şəxsiyyətlərdən biri olmaq üçün ki-
fayət edəcək bu keyfi yyətlərə malik insan idi.
İllər sonra, artıq dahi sənətkar kimi tanınanda, rəssam çox səyahət
edir, sənət xiridarları və tənqidçilər tərəfi ndən yüksək qiymətləndirilən
sərgilər nümayiş etdirir. İkinci Dünya müharibəsi başlayan zaman abst-
raksionizm faşistlər tərəfi ndən ümidsizlik sənəti kimi elan edilir.
2. Döyüşən süvarilər. Ağ atların belində döyüşən kazakları qırmızı papaq-
larından, sarı
əlcəklərindən və uzun, iti qılınclarından tanımaq mümkündür.
3. Göy qurşağı-körpü. Göy qurşağı əsərin sol tərəfi nin arxa planındakı mə-
kanı sarayın ucaldığı mavi təpə ilə birləşdirir. Göy qurşağı burada körpünün
rəmzidir.
4. Quşlar. Ziqzaqlar və V-şəkilli xətlər uçan quş dəstəsini təsvir edir.
5. Kazaklar və şiş təpələr. Qırmızı papaqlı üç kazak mavi təpənin fonunda
təsvir edilib.
6. Təpədəki saray. Alçaq qalanı xatırladan qəsrin cizgiləri bir neçə xətt ilə
göstərilib.
LAYİHƏ
ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
VASİLİ KANDİNSKİ: ABSTRAKT SƏNƏTDƏ AXTARIŞLAR
26
Rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər, quaş, tuş
Sərbəst iş üçün tapşırıqlar
Müəyyən edin
1.
Kandinskinin rəngin psixoloji təsiri haqqında fikrini necə başa dü-
şürsünüz?
“Rəng – insan ruhuna bilavasitə təsir edə biləcək vasitədir. Rəng –
pianonun klavişidir; göz – kiçik çəkicdir; qəlb – çoxsimli royaldır.
Rəssamın əli məqsədyönlü şəkildə bu və ya digər klaviş vasitəsilə in-
san qəlbini titrədir”.
Yaradıcı fəaliyyət
2.
“Bizim küçə (park, bulvar)” mövzusunda abstrakt mənzərə çəkin.
Xətt, forma və rənglər vasitəsilə abstrakt üslubun əsas xüsusiyyət-
lərini göstərməyə çalışın.
Sənətkar məsləhəti
Abstrakt sənətdə fırçadan əlavə barmaqlar və süngər də rəsmə maraqlı ef-
fekt verir. Abstraksionistlər arasında əl ilə çəkmək dəbdə idi və hesab olunur-
du ki, rəssam fırça ilə yox, qəlbi ilə işləyir. Bu üslubda işləyərkən karandaşla
ilkin qaralamalar etmək məqbul sayılmır.
Mücərrəd rəsmi necə çəkməli
İncəsənətdə abstraksionizm forma və əşyaların dəqiq deyil, təqribi təsviri ilə
xarakterizə olunur. Abstrakt rəsm vasitəsilə siz məhz özünüzün görə bildiyi-
nizi, ya da, sadəcə, əhvali-ruhiyyənizi nümayiş etdirə bilərsiniz.
Abstrakt rəngkarlıq çoxları üçün sadə görünür, lakin o, klassik rəngkarlıq-
dan daha çətin ola bilər. Bu, abstrakt sənətin qayda və normalara riayət
etməməyindən irəli gəlir. Qaydaları pozmaq və yaxud riayət etmək, abstrakt
sənətin nə və necə olduğuna dəyəri yalnız özünüz qərar verə bilərsiniz.
2007-ci ildə Rusiyada rəssamın xatirəsinə ehtiram əlaməti olaraq hər
il təqdim edilən Kandinski mükafatı təsis edilib. Yaradıcılığı bu və ya
digər tərzdə müasir incəsənətin inkişafına təsir göstərən rəssamlar bu
mükafata iddiaçı ola bilərlər.
3.
V.Kandinskinin yaradıcılığı haqqında əlavə məlumat toplayın və təq-
dim edin.
3
V.Kandinski təsviri sənətin inkişafına hansı töhfəni verib?
3
Abstrakt incəsənətin meydana gəlməsinə nə təkan verdi?
Özünüzü yoxlayın
LAYİHƏ