nəzəri dilçiliklə tətbiqi dilçiliyin arasındakı ümumi
müĢtərək cəhətlərdən qısa da olsa bəhs etdik.
Hər bir
konkret xüsusi dilçilik ümumi dilçiliyin metodları
əsasında fəaliyyət göstərir və öz nailiyyətləri ilə ümumi
dilçiliyə daxil olur. Konkret dillər tədqiq edilmədikdə,
baĢqa sözlə, xüsusi dilçilik inkiĢaf etmədikcə ümumi
dilçiliyin bir çox problemləri həll edilməmiĢ qalır. Bunu
dillərin tipoloji və genealoji təsnifınə, bir sıra təriflərin
hazırlanmasına və s. aid etmək olar.
Əslində tətbiqi
dilçiliyin hər hansı bir sahəsi iĢlənməmiĢ qalırsa, bu bir
tərəfdən mədəniyyətin inkiĢafına, dikər tərəfdən nəzəri
dilçiliyin inkiĢafına mənfi təsir edər. Buna görə də nəzəri
dilçiliyin inkiĢafı çox vaxt tətbiqi dilçilikdən asılı olur.
Onların hər ikisinin inkiĢafı bir- birinə kömək edir.
Dilçilik Ģöbələri də bir-biri ilə əlaqədardır.
Dialektologiya ilə dil tarixinin əlaqəsi göz qabağındadır,
hər hansı bir dilin tarixən iĢlənib sonralar ədəbi dili tərk
etmiĢ bir sıra cəhətləri dialektlərdə, canlı Ģivələrdə
yaĢayır. Buna görə də dialekt və Ģivələr
müəyyən
mənada dilin arxivi, muzeyi rolunu oynayır. Dilin
struktur elementlərinin bir-biri ilə əlaqəsi fonetikanı
leksikologiya, morfologiya və sintaksislə əlaqələndirir.
Foneli- kanı onun qanunlarını
bilmədən leksikologiya,
semasiologiya haqqında düzgün nəticəyə gəlmək olmaz.
Çox vaxt hər hansı bir morfem bir fonemdən ibarət
olur. Dilin morfem tərkibindəki dəyiĢiklik fonetik
dəyiĢmələrlə də müĢayiət edilir. Bu da özlüyündə
fonetikanı morfologiya ilə əlaqələndirir.
Fonetika
sintaksislə də əlaqədardır. Məlumdur ki, sintaksisdə dil
elementləri
kommunikativ
səviyyəyə
yüksəlir.
Kommunikativ funksiyanın reallaĢması üçün çox vaxt
fonetik vasitələrdən – intonasiyadan istifadə edilir. Hətta
fonetik vasitə bəzən qrammatik kateqoriyanı əvəz edir.
Məs.; Я студент. Bu cümlədə qrammatik forma sıfır
vəziyyətdə olduğu halda,
fonetik intonasiya ona
predikativlik vermiĢdir. Bundan əlavə, sintaqınm
formalaĢmasında fonetik ritmin əsas rol oynaması da bu
iki dilçilik sahəsini sıx əlaqələndirir.
Morfologiya ilə sintaksisi əlaqələndirən dilin
qrammatik quruluĢudur, hər bir qrammatik (morfoloji)
kateqoriya müəyyən sintaktik vəzifə yerinə yetirir.
Cümlə üzvləri ilə nitq hissələri arasındakı qarĢılıqlı
əlaqə
və münasibət onların yaxınlığına dəlalət edir. Nitq
hissələrinin ənənəvi bölgü
parametrlərindən biri də
onların sintaktik funksiyasıdır. Yəni əsas nitq hissələri
cümlə üzvü ola bilir. Köməkçi nitq hissələri isə cümlə
üzvü ola bilmir.
Dilçilik Ģöbələri arasındakı qarĢılıqlı əlaqə
deyilənlərdən daha çoxdur.
Dostları ilə paylaş: