Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə171/175
tarix25.12.2022
ölçüsü16,97 Mb.
#97881
növüDərslik
1   ...   167   168   169   170   171   172   173   174   175
“Bakı prosesi”
– mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini 
nəzərdə tutan bir təşəbbüsdür. “Bakı prosesi” təşəbbüsünü ilk dəfə Azərbaycan 
Prezidenti İlham Əliyev 2008-ci il 2-3 dekabr tarixində Bakıda Avropa və ona 
qonşu regionların mədəniyyət nazirlərinin 
“Mədəniyyətlərarası dialoq Avropa 
və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır
” mövzusunda 
keçirilmiş konfransında irəli sürmüşdür. Bu konfransda ilk dəfə olaraq 10 islam 
ölkəsinin də iştirak etməsi ilə yeni bir formatın əsası qoyulmuşdur. Ümumilikdə 
48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət 
təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda 
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 
“Mədəniyyətlərarası dialoqun 
təşviqinə dair Bakı Bəyannaməsi” 
qəbul edildi. Bununla sivilizasiyalar arasında 
dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin və bu prosesin uğurla davam 
etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən “Sənətçilər dialoq 
naminə” layihəsinin əsası qoyuldu.
“Bakı prosesi”nin əsas aktorları Azərbaycan Respublikası hökuməti, 
UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının 
Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatıdır.
“Bakı prosesi”nin məqsədləri aşağıdakılardır:
1. Mədəniyyətlər arasında anlaşmanın, dialoqun və tolerantlığın inkişafı;
2. Müsəlman və Qərb cəmiyyətləri arasında əməkdaşlığın inkişaf 
etdirilməsi;
3. Xalqlar arasında olan dini və mədəni gərginliyin azadılması məqsədilə 
11
Azərbaycan Respublikasının “Bakı Prosesi” çərçivəsində mədəniyyətləarası dialoqa yüksək önəm verməsinin 
daha bir bariz nümunəsi kimi 2019-cu il 30 iyun - 10 iyul tarixlərində Bakıda UNESKO-nun Dünya İrs Komitəsinin 
43-cü sessiyasına ev sahibliyi etməsini göstərmək olar. Dünya mədəni irsi ilə bağlı məsələlərin müzakirə edildiyi 
və dünyanın 180-dən artıq ölkəsindən 2500 nəfərdən artıq nümayəndənin qatıldığı 43-cü sessiyada Ümumdünya 
Mədəni İrs Siyahısına salınması üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 36 namizəd fayl (onlardan 28-i 
mədəni, 6-sı təbiət, 2-si qarışıq abidələr olmaqla) nəzərdən keçirilmişdir. İrs Komitəsinin 43-cü sessiyasında 
təqdim olunmuş 36 abidədən çoxu UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmışdır. Siyahıya salınan adidələr 
sırasında Şəkinin Xan Sarayı ilə birgə onun tarixi mərkəzi də vardır.


MULTİKULTURALİZMƏ GİRİŞ
422
barışdıran və sakitləşdirən qüvvələrə dəstək göstərməklə mədəniyyətlər arasında 
hörmət və qarşılıqlı anlaşmanın qurulması;
4. Mədəniyyətin, mədəni irsin və incəsənətin imkanlarını müəyyən 
etməklə, onların potensialının mədəniyyətlərarası dialoqun və əməkdaşlığın 
həyata keçirilməsində daha səmərəli istifadəsi;
5. Mədəni və bədii fəaliyyətlərin dəstəkləməsi; qarşılıqlı anlaşma və 
dialoqun qurulması prosesində yaradıcılıq və incəsənət adamların təkan verici 
qüvvə kimi tanınması;
6. Üzv ölkələr və vətəndaş cəmiyyətinin cəlb olunması ilə, səlahiyyətli 
beynəlxalq və regional təşkilatlar arasında dialoqun inkişaf etdirilməsi.
“Bakı prosesi” əvvəlcə regional təşəbbüs kimi yaranmışdır. 2010-cu ildə 
BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edərkən Azərbaycan Respublikası 
Prezidenti İlham Əliyev növbəti il Bakıda Ümumdünya Mədəniyyətlərarası 
Dialoq Forumunun keçirilməsini elan etdi. Bu hadisə “Bakı prosesi”nin 
regional 
təşəbbüsdən qlobal hərəkata çevrilməsinə 
səbəb oldu.
Azərbaycan Respublikası tərəfindən irəli sürülən “Bakı prosesi” 
təşəbbüsünü BMT-nin Baş Katibi Antonio Quterreş yüksək qiymətləndirərək 
onu 2008-ci ildən bəri bütün dünyada mədəniyyətlər arasında dialoqun 
təşviq olunmasındə mühüm rol oynadığını qeyd etmişdir. Bundan başqa 
Avropa Şurası Baş Katibinin müavini xanım Qabriella Battaini Draqoni “Bakı 
prosesi”nin əhəmiyyəti haqqında aşağıdakıları söyləmişdir: 
“Bəli, 2008-ci ildə 
bu, bir xəyal idisə, indi “Bakı prosesi” bir reallığa çevrilib. “Bakı prosesi” və 
mədəniyyətlərarası dialoq forumları bizlərə çox mükəmməl bir fürsət yaratmışdır 
ki, bir yerə toplaşıb dünyamızı narahat edən məsələləri müzakirə edək... Cənab 
Prezident, Sizə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya üz tutaraq 
xahiş edirəm ki, “Bakı prosesi”nin mə
şə
lini heç zaman sönməyə qoymayaq. 
Çünki indi dünyanın sülhə, harmoniyaya, birgəyaşayışa daha çox ehtiyacı var”. 
Beləliklə, multikulturalizm siyasətinin meydana gəldiyi bir sıra Avropa 
dövlətlərinin başçıları bu siyasətin ölkələrində iflasa uğradığını bəyan etdikləri 
bir dövrdə Azərbaycanda multikulturalizm siyasəti cəmiyyətdəki etnik-mədəni 
müxtəlifliyin tənzimlənməsində ən mütərəqqi və optimal siyasət modeli kimi 
çıxış edir.


423
MÜASİR DÖVRDƏ AZƏRBAYCANDA MULTİKULTURALİZM 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə