Qeyd etdiyimiz kimi qarın yatalağı və paratiflərdə infeksiya mənbəyi xəstə və
ya
törədicigəzdirən ola bilər, ona görə də infeksiya mənbəyinə qarşı aparılan
tədbirlər
onların təcrid edilməsini nəzərdə tutur.
Xəstənin infeksiya mənbəyi kimi təcrid edilməsi onun xəstəxanaya qoyulması
ilə əldə edilir. Xəstəliyin vaxtında aşkar edilməsinin böyük əhəmiyyəti vardır.
Diaqnozu vaxtında qoymaq üçün hemokultura, kopro və urokultura almaq
üsullarından, seroloji üsullardan (Vidal reaksiyası, eritrositar diaqnostikumla qoyulan
passiv hemaqqlutinasiya reaksiyası və s.) istifadə edilir. Diaqnoz qoyulan kimi
ocaqda xəstənin yatağı yanında cari dezinfeksiya aparılır, xəstə xəstəxanaya
göçürüldükdən sonra isə ocaqda yekun dezinfeksiya aparılır. Xəstənin ifrazatı (nəcis,
sidik, qusuntu kütləsi) üzərinə ifrazatın 1/5 qədər xlorlu əhəng töküb qarışdırır və 1
saat ağzı qapalı qabda saxladıqdan sonra ümumi kanalizasiyaya tökürlər. Xəstənin
ifrazatı ilə çirklənmiş əşya, qab və paltarlar 3-5%-li lizol, 1-3%-li xloraminlə, xəstəni
daşıyan nəqliyyat isə 1%-li xloramin və ya 0,5% durulaşdınlmış xlorlu əhəng
məhlulu ilə dezinfeksiya edilir.
Bakteriyagəzdirənlər ayaqyoluna gedəndən sonra əllərini sabunla və 2%-li
xloraminlə yumalıdırlar. Ayaqyolu mütləq dezinfeksiya edilməlidir, onun
istifadəsində ayrıca əl dəsmalı və qab-qacaq olmalıdır. Xəstəxanadan çıxandan sonra
6 aya kimi yemək hazırlamaqdan çəkinməli, alt paltarlarını yumazdan əvvəl
qaynatmalıdır və s. Törədicigəzdirən sağıcıdırsa, südü sağdıqdan sonra
onu istifadəyə
verməzdən əvvəl qaynatmalıdır.
2.
Yoluxma mexanizminə qarşı aparılan tədbirlər yoluxma yolu və
yoluxdurucu amillərə qarşı yönəldilir. Bu tədbirlərin sırasına:
su
mənbələrinin abadlaşdın İması və əhalinin təmiz su ilə təchiz edilməsi, quyuların
sanitar-texniki vəziyyəti üzərində ciddi nəzarət (nasos qoyulması, ictimai vedrə ilə
təminat və s.), su və müxtəlif ərzaq məhsullannm çirklənməsinə yol verilməməsi,
şəxsi gigiyena qaydalarının gözlənilməsi, milçəklərlə mübarizə və s. aiddir. Su
təchizatının mərkəzləşdiriliməsi, mərkəzi kanalizasiya sisteminin yaradılması, üzvi
tullantıların yaşayış yerlərindən kənar edilərək zərərsizləşdirilməsi, əhalinin
sanitariya mədəniyyətinin yüksəldilməsi, milçəklərlə mübarizə, qidalanma və
kommunal gigiyena qaydalarına ciddi riayət edilməsi və s. bu xəstəliklərin
yayılmasının qarşısının abnmasmda böyük kömək göstərir.
ictimai yerlərdə (vağzallarda, məktəblərdə, klublarda, yataqxanalarda, sahə
düşərgələrində və s.) su təchizatı üzərində daim nəzarət qoyulmalıdır. Suyun
qaynadılması ilə yanaşı su saxlanılan qabların təmiz saxlanmasına diqqət
yetirilməlidir. Kanalizasiyası olmayan yaşayış
167
downloaded from KitabYurdu.org