Son 30 illər ərzində xəstəlik böyük epidemiyalar şəklində üç regional
hiperendemik ocaqlarda (Mərkəzi Amerika, Cənubi-Şorqi Asiya, Mərkəzi Afrika)
geniş yayılmış və kök atmışdır. Bununla əlaqədar olaraq, digər ölkələr və qitələr üçün
real təhlükə yaranmışdır. Pandemiya Mərkəzi Amerikada 1968-ci ildə başlamış və bir
neçə il ərzində davam etmişdir. Cənub-Şərqi Asiyada isə 1972-ci ildə başlayıb və
1986-cı ilə qədər, Mərkəzi Amerikada 1979-cu ildə başlayıb, 1982-1983-cü illərə
qədər davam etmişdir. Bu regionlarda hal-hazırda sporadik xəstələnmə qeydə alınır.
Bu xəstəliyin epidemiyaları yenidən baş verə bilər.
Müasir dövrdə dünyanın bütün ölkələrində daha çox əhəmiyyətə malik olanları
S.sonnei və S.flexneri növləridir (böyük nozoloji formalar). Bunların xüsusi çəkisi
97-99% təşkil edir. Shigella disenteriae və S. boydii kiçik nozoloji formaların
törədiciləridir.
Belə təsəvvür yaranıb ki, inkişaf edən ölkələrdə Fleksner, inkişaf etmiş
ölkələrdə isə Zonnc şigelyozu (şəhər xəstəliyi, sivilizasiya xəstəliyi) yayılıb.
Azərbaycanda Fleksner növü dövran edir (50-80%). Törədicilərin vaxtaşırı dəyişmə
səbəbi hələ də aydın deyildir.
Xarici mühitdə S.flexneri və S.sonnei növləri daha çox davamlıdırlar.
S.flexneri və S.sonnei növləri nəm torpaqda 3 aya qədər, quru torpaqda - 15 gün,
çirkab suda 45 gün, çay suyunda - 3 ay, su kəməri suyunda 1 ay ərzində, alt paltarında
15-20 gün, buzda 96 gün, əllərin çirkli dərisində 2-3 gün, milçəklərin bədən səthində
3 gün, bağırsağında 6 gün salamat qalır. S.sonnei süd, xama, kəsmik, kotlet, paştetdə
artıb çoxalırlar. 60° C-da 10 dəqiqə ərzində, 100° C- də dərhal məhv olurlar.
Xloraminin 1%-li sulu məhlulu, xlorlu əhəngin 1-2%-li məhlulu, 1%-li fenol,
lizolun 3%-li sulu məhlullarının təsiri nəticəsində dizenteı iya mikıobları 10-15
dəqiqə ərzində məhv olurlar.
Ultrabənövşəyi şüaların təsirinə qarşı 10 dəqiqəyə qədər, birbaşa düşən günəş
işığında 30 dəqiqəyə qədər sağ qalırlar.
İnkubasiya dövrü bir sutkadan 6 günə qədər davam edir, adətən 2-4 gün
çəkir.
İnfeksiya mənbəyi. Antroponoz bağırsaq infeksiyasıdır. İnfeksi- ya mənbəyi
xəstə (kəskin və xroniki) və törədicigəzdirənləıdir (rekonvalessent və sağlam). Müasir
dizenteriyada xəstəliyin kəskin və xüsusən infeksiyanın silinmiş gedişi (90%-ə qədər)
daha çox epide- mioloji əhəmiyyət daşıyır. Xəstəliyin
birinci günündə xəstə daha
172
downloaded from KitabYurdu.org